Gundemxeber.az » Xəbərlərin siyahısı: Oktyabr 2017 illər » Səhifə 92
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Aşura gününün mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri aparılmışdı.
Sentyabrın 12-də Xətai rayonu, Əhmədli yolu, 15-də məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib. 5 mənzil tamamilə yararsız hala düşüb, binada dərin çatlar yaranıb. 2 gün əvvəl küləklə müşayiət olunan yağış nəticəsində dam örtüyü də uçub, şifer yaxınlıqda oynayan azyaşlının üstünə aşıb. O gündən indiyədək köçkünlər küçədə gecələyirlər.
Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyevanın 2020-ci ilə qədər məktəblərin özünümaliyyələşdirmə sisteminə keçməsi ilə bağlı təklifinə münasibət bildirib.
Avtomobil yollarında sürücülərə qarşı tətbiq edilən cərimələrdən əldə olunan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunacaq.
Dünya şöhrətli model Alessandra Ambrosio İsveçrədə keçirilən Sürix Film Festivalında obrazı ilə diqqət çəkib.
İsveçin ikinci böyük şəhəri Qöteburqun hüquq-mühafizə orqanları tərəfindən neonasistlərin və onların əleyhdarlarının şənbə günü keçirilən nümayişindən sonra 23 nəfər həbs edilib.
Bu gündən - oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?