Gundemxeber.az » İraqda parlament seçkiləri ərəfəsində sükut günü başlayıb
İraqda Nümayəndələr Şurasına (parlament) 2005-ci ildən bəri sayca altıncı seçkilər ərəfəsində sükut günü başlayıb.
Gundemxeber.com xəbər verir ki, bu barədə İraqın Müstəqil Seçki Komissiyası məlumat yayıb
Seçkilər noyabrın 9-da başlayacaq və ayın 11-nə qədər davam edəcək.
329 deputat mandatı uğrunda təxminən 7,8 min namizəd mübarizə aparacaq.
Ümumi səsvermə noyabrın 11-də baş tutacaq.
Sorğu məlumatlarına görə, hazırkı baş nazir Məhəmməd Şiya əs-Sudaninin rəhbərlik etdiyi hakim "Bərpa və İnkişaf" koalisiyası 50 mandat qazanacaq. Keçmiş hökumət başçısı Nuri əl-Malikinin "Hüquqi dövlət" blokunun 38 yer, parlamentin keçmiş spikeri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi "Takaddum" ("Tərəqqi") koalisiyasının isə 26 mandat qazanacağı gözlənilir.
Gundemxeber.com
28-01-2013, 10:53
28-08-2015, 20:02
17-12-2018, 12:38
21-10-2015, 16:10
15-05-2018, 11:15
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?