Gundemxeber.az » Ölüm saçan “MedAura” klinikası – Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır? -DETALLAR

6 aydır ki, koma vəziyyətində olan N.Budaqlının yaxınları həkimlərin cəzasını çəkməsini və dəymiş ziyanla bağlı öhdəliklərinin yerinə yetirilməsini istəyirlər.
2024-cü ilin aprelində paytaxt sakini Lətafət Məmmədovanın yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yaranıb. Septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədovanın əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.
Bir müddət mübarizədən sonra ikinci əməliyyat elə həmin xəstəxanada baş tutub. İkinci əməliyyat lor-həkim Yaqub Əhədi tərəfindən edilib. Lakin ikinci əməliyyat da uğursuz olub.
Arzu Sadıqovanın abdominoplastika əməliyyatından bir gün sonra halı pisləşib və onu yenidən əməliyyata salıblar. Qanaxmaya düşən Arzu ikinci əməliyyat sırasında dünyasını dəyişib. Ailəsi onda heç bir əlavə xəstəliklərin olmadığını, ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.
Onu da qeyd edək ki, haqqında kifayət qədər şikayət olan Nigar Məmmədovanın adı Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almayıb.
7-08-2024, 10:42
15-10-2025, 22:39
9-04-2019, 14:13
24-07-2025, 23:55
21-02-2025, 10:09
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?