GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Evləri var, sənədləri yoxdur - Yeni Günəşli sakinləri “fövqəlnazir”ə müraciət etdilər

Evləri var, sənədləri yoxdur - Yeni Günəşli sakinləri “fövqəlnazir”ə müraciət etdilər

Tarix: 6-01-2026, 23:53 Bölmə :--- Baxış: 6


Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət ünvanlayıb.

Surəti Musavat.com-a göndərilən müraciətdə 165 ailə FHN rəhbərindən nazirliyin sözügedən binanı istismara götürməsini, mənzillərə çıxarış verilməsi üçün müvafiq addımın atılmasında köməklik göstərilməsini xahiş edir. Sakinlər binanın artıq heç bir problemi qalmadığını, kommunal infrastrukturun təmin olunduğunu da qeyd edib.

Müraciətdə deyilir:

“Cənab nazir, ilk növbədə qeyd etməliyik ki, “Sahil-S İnşaat” MTK-dan mənzil alan 165 ailə illərdir üzləşdiyi problemlərin həlli və hüquqlarının bərpası uğrunda hüquqi mübarizə aparır. Şirkət rəhbərliyinin qanunsuz və dələduz hərəkətləri ucbatından indiyə qədər 165 ailənin mülkiyyət hüquqları pozulub. Belə ki, MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satmasının ifşa olunması, onların istintaqa cəlb edilməsi həm də binada xeyli problemlərin yarımçıq qalmasına səbəb olmuşdu.

MTK rəhbərliyində olan şəxslərin həbsindən sonra biz sakinlər banklardan kredit və borc götürərək bu binanın yarımçıq qalan işlərinin başa çatdırılması istiqamətində xeyli iş görmüşük. Yəni tikintinin tamamlanması, liftlərin quraşdırılması və digər infrastrukturun reallaşdırılması kredit götürdüyümüz vəsaitlər hesabına mümkün olub. Lakin binada tikintinin yekunlaşdırılması ilə sakinlərin problemləri tam həllini tapmayıb. Təbii ki, mənzillərin su, işıq və qazla təmin olunması ən vacib həllini gözləyən məsələlərdən idi. Ona görə də kommunal infrastrukturun bu gün fasiləsiz təmin olunmasında Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, hörmətli deputat Zahid Oruc bizə böyük köməklik göstərib. Artıq binada qaz, su və işıq, var. Ancaq binanın istismara götürülməsi, müvafiq rəyin verilməsi, bunun müqabilində mənzillərə çıxarış əldə olunması üçün Sizin dəstəyinizə ehtiyacımız var.

Hazırda ən böyük problemimiz də məhz mənzillərin çıxarışının olmamasıdır. Bu səbəbdən ciddi hüquqi əngəllərlə üzləşmişik. Çünki götürdüyümüz kreditləri qaytarmaq üçün mənzilləri satmaq istəyirik. Ancaq mənzillərin çıxarışı olmadığına görə notariuslar alqı-satqını həyata keçirmir. Bu da borclarımızı qaytarmaq üçün mənzillərimizi satmaqda ciddi hüquqi maneə yaradıb.

Ümumiyyətlə isə təkcə mənzillərin satışı deyil, hər bir sakin mülkünün çıxarışlı olmasını arzulayır. Bu həm də müxtəlif idarələrdə zəruri sənədləşmə, mənzillərin qeydiyyatına düşmək, övladlarımızın yaxınlıqdakı təhsil ocaqlarına yazdırılması və digər çətinliklərin aşırılmasında mühüm məsələdir”.

Sakinlər Kəmaləddin Heydərova müraciətdə nazirdən onları sevindirəcək reaksiya gözlədiklərini vurğulayıblar:

“Cənab nazir, biz inanırıq ki, başda Mehriban xanımın dəstəyi olmaqla, digər strukturların da nəzarəti, köməyi sayəsində həmin problemlər necə həllini tapıbsa, Siz də yeni ilin ilk günlərində bizi sevindirəcək bir tapşırıq verəcəksiniz.

İnanırıq ki, illərdir başı bəlalar çəkən bu sakinlərin bir-bir həll olunan məsələlərinə bir nazir olaraq Sizin də töhfəniz, qatqınız olacaq. Artıq binanı istismara götürmək, lazımı tədbirlər görmək üçün hər hansı problem qalmayıb. Bizi aldadan şəxslərə hökm oxunmasını gözləyirik ki, o dələduzların MTK rəhbərliyindən də uzaqlaşdıraq və kollektiv idarəçilik yaradaq. Ancaq məhkəmənin qərarına qədər ümid edirik ki, binanı istismara götürmək, mənzillərə çıxarışa görə lazımi rəyi vermək nazirlik üçün çətin olmayacaq. Biz bütün sənədləri təqdim etməyə hazırıq və hər şey qaydasındadır.

Cənab nazir, inanırıq ki, “Şəhərsalma və Memarlıq İli”ndə müraciətimizə cavab olaraq hamımızı sevindirən reaksiyanız olacaq

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sahil - S İnşaat” MTK sakinləri aldadır - NARAZILIQ!

    “Sahil - S İnşaat” MTK sakinləri aldadır - ...

    30-06-2021, 11:27

  • 
  • “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu

    “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – ...

    7-01-2021, 14:10

  • 
  • Tikinti şirkəti baş redaktoru aldadıb - Prezidentə müraciət

    Tikinti şirkəti baş redaktoru aldadıb - ...

    3-08-2021, 16:33

  • 
  • Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi 165 ailəni aldatmış dələduza niyə `mərhəmət` göstərir? - Bir cinayətin "sirri..."

    Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi 165 ailəni ...

    22-06-2023, 17:39

  • 
  • Şah Taley Alaverdiyevlə Pənah Kərimovdur, qanun şah deyil: “Sahil - S İnşaat” MTK rəhbərliyi niyə həbs edilmir?

    Şah Taley Alaverdiyevlə Pənah Kərimovdur, qanun ...

    28-03-2022, 12:50


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu