GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Restoranlarda yeni fənd: Kababın tikəsi azalır, qiyməti isə artır

Restoranlarda yeni fənd: Kababın tikəsi azalır, qiyməti isə artır

Tarix: 11-06-2026, 23:28 Bölmə :Ölkə / Maraqlı Baxış: 20

Restoranlarda yeni fənd: Kababın tikəsi azalır, qiyməti isə artır
Son dövrlər ictimai iaşə müəssisələrində təqdim olunan şiş kababların porsiyası ilə bağlı istehlakçılar arasında narazılıqların artdığı müşahidə olunur. Belə ki, müştərilər bildirirlər ki, bir şişdə təqdim olunan ət tikələrinin sayı azalıb, lakin qiymətlərdə artım da davam edir. Restoran və kafelərdə qiymət siyasətində baş verən dəyişikliklər fonunda porsiyaların da kiçilməsi istehlakçıların etirazı ilə qarşılanır.

Gundemxeber.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bəzi restoranlarda kabab porsiyalarının kiçildilməsi və qiymətlərin artırılması ilə bağlı istehlakçılardan təxminən üç ildən artıqdır ki, şikayətlər daxil olur. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var.

“Əsas səbəblərdən biri restoran biznesinin sürətlə inkişaf etməsi fonunda bu sahəyə tələbatın kəskin artmasıdır. İnsanların restoranlarda qidalanmağa marağı xeyli yüksəlib. Xüsusilə yay aylarında bölgələrdə aparılan müşahidələr göstərir ki, bəzi ərazilərdə tələb təklifi ciddi şəkildə üstələyir. Mənim müşahidələrimə görə, bu vəziyyət daha çox Quba-Qusar zonasında özünü göstərir. Eyni hal Gəncə bölgəsində də müşahidə olunur. Nisbətən daha balanslı vəziyyət isə cənub bölgəsindədir. Burada tələb təklifi o qədər də üstələmir”.

AİB sədri vurğulayıb ki, bazar iqtisadiyyatında tələb təklifi üstələdikdə bəzi sahibkarlar bundan sui-istifadə etməyə çalışırlar:

“Nəticədə istehlakçının aldadılması, xidmət və məhsul keyfiyyətinin aşağı düşməsi, qiymətlərin isə yüksəlməsi halları meydana çıxır.

Digər mühüm səbəb isə restoranlar da daxil olmaqla biznes subyektləri üçün formalaşmış nəzarət mexanizmlərinin yetərincə effektiv olmamasıdır. Nəzarət və yoxlama aparan qurumların imkanlarının məhdud olması bəzi obyektlər tərəfindən sui-istifadə hallarına şərait yaradır. Bu da istehlakçı hüquqlarının pozulmasına səbəb olur”.

O eyni zamanda əlavə edib ki, əslində, menyuda kababın çəkisi, hansı ətdən hazırlandığı və qiyməti aydın şəkildə göstərilməlidir:

“Lakin qanunvericiliyin bəzi hallarda yetərincə işlək olmaması, istehlakçı hüquqlarının tam qorunmaması, eləcə də qiymətlərə nəzarətin zəifliyi müəyyən problemlər yaradır. Qiymətlərin sərbəst olması bəzi restoranların bu vəziyyətdən öz maraqları naminə istifadə etməsinə gətirib çıxarır.

Xüsusilə turistlərin daha çox üz tutduğu məkanlarda belə hallara rast gəlinir. Bəzi sahibkarlar düşünürlər ki, turist həmin məkana yalnız bir dəfə gələcək və buna görə də ona istənilən qiyməti tətbiq etmək mümkündür”.

E.Hüseynov onu da diqqətə çatdırıb ki, bəzi istirahət məkanlarında və turizm obyektlərində bir çaynik çayın həddindən artıq yüksək qiymətə təklif edilməsi ilə bağlı faktlar da mütəmadi olaraq gündəmə gəlir.

Bu cür hallar Azərbaycanın turizm imicinə də mənfi təsir göstərir. Problemin həlli üçün ictimai nəzarət gücləndirilməli, istehlakçı hüquqları daha etibarlı şəkildə qorunmalı, biznes etikası yüksəldilməli və sahibkarların məsuliyyəti artırılmalıdır.

Azərbaycanın tanınmış kulinariya tarixçisi, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, bahalaşma şəraitində ya məhsulun qiyməti yüksəlməli, ya da çəkisi azaldılmalıdır.

“Çörəkdə olduğu kimi, ya qiymət artmalıdır, ya da çəki azalmalıdır. Əks halda keyfiyyətsiz, daha ucuz ət növlərindən və ya ət əvəzedicilərindən istifadə olunmalıdır. Başqa yolu yoxdur”.

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli isə deyib ki, xammalın qiyməti artdığı halda restoranlar satış qiymətlərini yüksəltmək istəmirlərsə, porsiyanın çəkisinin azaldılması qaçılmaz olur.

“Əgər xammal bahalaşırsa və restoran qiymətləri artırmaq istəmirsə, məntiq göstərir ki, bu halda çəki azalmalıdır. Bu, normal haldır. Ya qiymət qalxmalıdır, ya da çəki azalmalıdır”, – deyə F.Aşurbəyli vurğulayıb.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 400 manat verib cibimizi belə “soyurlar”

    400 manat verib cibimizi belə “soyurlar” ...

    19-10-2017, 23:21

  • 
  • “Bahalı restoranlarda brend adı ilə saxta içkilər verilir” - EKSPERTDƏN ŞOK AÇIQLAMA

    “Bahalı restoranlarda brend adı ilə saxta içkilər ...

    27-12-2019, 15:30

  • 
  • Restoranlarda xidmət tam bərpa edilir

    Restoranlarda xidmət tam bərpa edilir ...

    8-09-2020, 11:58

  • 
  • Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti yedizdirilir

    Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti ...

    13-09-2017, 12:43

  • 
  • Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib

    Restoranların üçdə birindən çoxu Bakıda cəmləşib ...

    6-12-2013, 18:03


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu