Gundemxeber.az » GündəmXəbər » 600 min dollar və 6 lüks avtomobil: Dubaydan başlayan qalmaqallı iddia
Dubayda avtomobil alqı-satqısı ilə məşğul olduğu bildirilən Murad Həsənov və atası Hacı Qurban Həsənovla bağlı iranlı iş adamının irəli sürdüyü iddialar ciddi müzakirələrə səbəb olub.
İddialara görə, iranlı iş adamına avtomobil alqı-satqısı adı ilə ümumilikdə 600 min ABŞ dolları və 6 lüks avtomobil məbləğində zərər vurulub. Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanda araşdırma aparılır.
İş adamı həmçinin Murad Həsənovun guya Dubayda həbs olunması barədə ona məlumat verildiyini, sonradan isə bununla bağlı ziddiyyətli məlumatlar əldə etdiyini bildirir.
İddialarda müxtəlif lüks avtomobillərin Azərbaycana gətirilməsi və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilməsi, eləcə də əldə olunan vəsait hesabına əmlak alınması barədə məlumatlar da yer alır.
Hazırda əsas suallar 600 min dolların və 6 avtomobilin taleyi, eləcə də vəsaitlərin hansı istiqamətdə istifadə olunması ilə bağlıdır.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Gundemxeber.org
15-09-2020, 12:46
4-05-2018, 15:19
27-05-2019, 11:58
30-05-2017, 19:00
31-05-2017, 17:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?