Gundemxeber.az » GündəmXəbər » Şəhid ailəsinin evi təhlükə saçır: Həsənrizdəki tikinti qüsurlarına kim cavab verəcək?
Ağdərə rayonunun Həsənriz kəndində yaşayan şəhid ailəsi evlərindəki ciddi tikinti qüsurlarının aradan qaldırılmamasından narazıdır. Ailənin bildirdiyinə görə, mənzilin dam və çardaq hissəsində yaranmış problem artıq adi təmir məsələsi deyil, azyaşlı uşaqların həyatı üçün birbaşa təhlükə mənbəyidir.
Gundemxeber.org-un media üzərindən əldə etdiyi məlumata görə Kəlbəcər rayonundan olan məcburi köçkün Gülgəz Məmmədova “Mediatv.az-a müraciət edərək yaşadığı 15-81 nömrəli evdə uzun müddətdir həllini tapmayan problemlərdən bəhs edib. Şəhid həyat yoldaşının sözlərinə görə, mənzilə köçdükləri ilk gündən müxtəlif tikinti qüsurları və yarımçıq işlər müşahidə olunub.
Yarımçıq işlər, uçan lambrinlər və çökmə təhlükəsi
Şikayətçi bildirir ki, tikinti zamanı ayrılan materialların hamısından istifadə olunmayıb, görülən işlər isə keyfiyyətsiz saxlanılıb:
Evin lambrinləri qoparaq tökülüb, digər ciddi təmir qüsurları mövcuddur.
Evin arxa hissəsinə bitişik çardağın şifer və milləri qırılıb, dayaqları tamamilə yararsız vəziyyətə düşüb.
Yağış və qar yağarkən su birbaşa evin içinə axır. Ən acınacaqlısı isə konstruksiyanın hər an çökmə ehtimalının olmasıdır.
Məmmədova qeyd edir ki, təmirlə bağlı tenderin qalibi olan “AEF” şirkətinə, “Real MMC”yə, həmçinin podratçı qurumun nümayəndələri Emin və Elxan müəllimlərə dəfələrlə müraciət edilsə də, problem mahiyyəti üzrə araşdırılmayıb və mənzilə lazımi texniki baxış keçirilməyib.
Altı nəfərlik ailənin təhlükəli sınağı
Gülgəz Məmmədovanın həyat yoldaşı Oqtay Surxay oğlu Məmmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Hazırda bu evdə şəhidin həyat yoldaşı, övladı və üçü azyaşlı olmaqla 6 nəfərlik ailə məskunlaşıb. Azyaşlı uşaqların yaşadığı mənzildə damın çökmə təhlükəsinin olması məsələnin təxirəsalınmazlığını bir daha ortaya qoyur.
Cavabsız qalan suallar
Ortaya haqlı suallar çıxır:
Görülən işlərin keyfiyyətinə hansı qurum nəzarət edib?
Şəhid ailəsinin müraciətlərinə qarşı bu laqeydliyin səbəbi nədir?
Təhlükənin aradan qaldırılması üçün mütləq hansısa bədbəxt hadisənin baş verməsimi gözlənilməlidir?
Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən təcili olaraq yerində texniki baxış keçirilməli, dam və çardaq konstruksiyalarının təhlükəsizliyi qiymətləndirilməli və təxirəsalınmaz bərpa işlərinə başlanılmalıdır.
Gundemxeber.org olaraq yazıda adıçəkilən “AEF” şirkətinin, “Real MMC”nin və digər aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
10-08-2020, 11:07
12-11-2013, 13:05
5-08-2016, 00:23
1-05-2020, 11:00
27-08-2013, 09:51
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?