Gundemxeber.az » GündəmXəbər » Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
Uzun illərdir birgə yol gələn iki yaxın şəxsin artıq ayrılmaq mərhələsinə gəldiyi iddia olunur.
Bizimesr.media-ya daxil olan məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun direktoru Elnur Əliyevin tutduğu vəzifədən öz istəyi ilə uzaqlaşmasını istəyir.
Məlumata əsasən, son dövrlərdə Elnur Əliyevin ölkənin təhsil sistemində təsir imkanlarının əhəmiyyətli dərəcədə artması nazirlik daxilində narazılığa səbəb olub.
İddialara görə, onun müxtəlif Agentliklər üzərində nəzarəti ələ alması və imkanlarını genişləndirməsi, iri maliyyəli layihələrin idarə edilməsində rolunun artması və qəbul etdiyi qərarların təhsil sistemində əlavə problemlər yaratması Emin Əmrullayevlə münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxarıb.
Bildirilir ki, Elnur Əliyevə fəaliyyəti ilə bağlı narazılıq dolayısı ilə çatdırılıb. Hətta ona tutduğu vəzifədən və nəzarətində olan bəzi istiqamətlərdən geri çəkilməsi ilə bağlı tövsiyələr verildiyi iddia edilir.
Lakin bu yanaşmanın Elnur Əliyevin mövqeyini zəiflətmək əvəzinə, əksinə, onun daha sərt mövqe nümayiş etdirməsinə səbəb olacağı ehtimal olunur.
Məlumata görə, təhsil sistemindəki təsir imkanlarının genişlənməsi Elnur Əliyevin gələcəkdə daha yüksək vəzifəyə iddia edə biləcəyi ilə bağlı ehtimalları da gündəmə gətirib.
Eyni zamanda, son dövrlərdə təhsil sistemində baş verən bir sıra qalmaqalların Elnur Əliyevin fəaliyyətinə münasibətdə narazılığı daha da artırdığı iddia olunur. Xüsusilə keçirilən müəllim imtahanları zamanı sualların məzmunu ilə bağlı pedaqoqlar arasında ciddi narazılıqların yaranması diqqət çəkdi. Müəllimlər tərəfindən imtahan suallarının proqramla uyğunluğu və hazırlanma prinsipləri ilə bağlı müxtəlif iradlar səsləndirilsə də, sualların hazırlanmasında iştirak edən Təhsil İnstitutunun bu məsələlərə münasibətdə yetərli açıqlama vermədiyi bəlli oldu.
Narazılığın digər istiqaməti isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi imtahanlarla bağlıdır. İddialara görə, həmin imtahanlarda istifadə olunan sualların müzakirəyə açıq şəkildə təqdim edilməməsi və imtahan iştirakçılarının suallarla bağlı etirazlarının cavabsız qalması ciddi suallar yaradıb. Bu sahə üzrə imtahan sualları da Təhsil İnstitutu tərəfindən aparılır.
Beləliklə, təhsil sistemində uzun müddət bir-birinə yaxın mövqedə dayanan Emin Əmrullayev və Elnur Əliyev arasında münasibətlərin hansı mərhələdə olduğu və bu qarşıdurmanın kadr dəyişikliklərinə gətirib çıxarıb-çıxarmayacağı maraq doğurur.
Ədil Hüseynli
Gundemxeber.org
27-07-2020, 12:24
16-04-2026, 21:00
21-05-2013, 11:25
24-08-2015, 14:41
17-08-2020, 16:36
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?