GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Astarada Qızbəs Məmmədovanın analoqu olmayan maxinasiyalları

Astarada Qızbəs Məmmədovanın analoqu olmayan maxinasiyalları

Tarix: 22-11-2016, 03:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 970
Astarada Qızbəs Məmmədovanın analoqu olmayan maxinasiyalları

Rəşad Həsənov: “O, Astara bulvarında "Yelkən" kafesini işlədən şəxsi də mükafatsız qoymayıb və onu rayon məktəblərin birinə, ibtidai hərbi-hazırlıq üzrə rəhbər də təyin edib”

Astara şəhəri, 2 saylı hərbi şəhərcik, ev-1,mənzil-38 ünvanında yaşayan Həsənov Rəşad Əlövsət oğlu tərəfindən “Gündəm Xəbər”ə müraciət ünvanlanmışdır.O, yazdığı müraciətində təhsil şöbəsinə rəhbərlik edən Qızbəs Məmmədovanın əməllərindən bəhs edir və onun analoqu olmayan maxinasiyalarının ictimailəşməsini də xahiş edir. O, yazır ki, “Astara rayon Təhsil şöbəsində çoxsaylı faktların, qol qoyulan qanunsuzluqların əksəriyyəti mənə məlum olduğundan, bunları sizə göndərirəm və dərc olunmasını da sizdən xahiş edirəm. Çünki, “Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikası Qanunun 9.3-cü maddəsinin tələblərinə (vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır) bütün bunlar uyğun gəldiyindən və korrupsiya cinayəti ola biləcəyindən, bunları yəqin edib Sizə göndərirəm”.
Yəni onu vurğulamaq istəyirəm ki, Astara rayon Təhsil şöbəsində Qızbəs Məmmədova 2004-2013-cü illər ərzində, təhsil şöbəsinin balansında olan, amma istismara yararsız VAZ-2104 markalı avtomobilə sürücü əmrləşdirilmiş, həmin avtomobil texniki baxışdan kecmədiyi halda, nəqliyyat vasitəsinə aid yanacaq və ehtiyat hissələri də silinmişdir. Hal-hazırda rayondakı məktəblərin əksəriyyətində psixoloq ixtisası üzrə dərsləri, baza təhsili olmayan müəllimlər keçirlər.
2011-ci ildən bu günədək Təhsil Nazirliyindən test imtahanlarından keçməyən 200-dən çox şəxs, Qızbəs Məmmədova tərəfindən bilik səviyyələri yoxlanılmadan işə qəbul olunublar. Sual oluna bilər ki, nəyə görə və hansı məqsədlə belə bir addımlar atılıb? O, təhsil şöbəsinə rəhbərlik etdiyi illər ərzində 25 nəfər ali təhsili, amma hərbi rütbəsi olmayan şəxsləri hərbi müəllim kimi işə də qəbul etmişdir. Qızbəs xanım həmçinin təcrübəli müəllimlərin əvəzinə, heç bir pedoqoji stajı olmayan şəxsləri də, birbaşa təhsil şöbəsinə metodist vəzifələrinə təyin etmişdir. 2006-cı il tarixdən 2013-cü il tarixədək şöbə müdirinin yaratdığı "Uşaq fonduna", hər ay müəllimlərin məvaciblərinin 1 faizi tutulmuşdur. Fonda toplanan pulların taleyi isə, hələ də qaranlıq qalmaqdadır.
Qızbəs Məmmədova rəhbərlik etdiyi illər ərzində, təhsil işçilərinin Azad Həmkarlar Komitəsinə maddi maraqları naminə məktublar yazdırmış və həmin qurumdan külli miqdarda pul əldə etməklə onu da xərcləmişdir. 2016-cı ilin avqust ayında rəhbərlik adından sui-istifadə edərək, 10 nəfər təhsil şöbəsinin işçisini və məktəb direktorunu maddi marağına cavab vermədiyi üçün, onlardan "könüllü" ərizə alaraq işdən azad etmişdir. O, Astara bulvarında "Yelkən" kafesini işlədən şəxsi də mükafatsız qoymayıb və onu rayon məktəblərin birinə ibtidai hərbi-hazırlıq üzrə rəhbər də təyin edib.
Rayon məktəblərinin təmirinə ayrılan vəsaitləri müxtəlif illərdə necə gəldi xərcləyən Qızbəs müəllimə, smeta dəyərlərini şişirtməkdən belə çəkinməyib. Astara rayon Şiyəkəran kənd 1 nömrəli məktəbin acınacaqlı durumuna baxmaq kifayət edər ki, hər şeydən xəbər tutmaq mümkün olsun.
2015-ci il tarixdə Astara rayon Şiyəkəran kəndində quraşdırılmış 4500 manattıq Linqafon labaratoriyası niyə quraşdırıldı və niyə aktla da geri götürüldüyünü, yəqin ki, Qızbəs Məmmədovadan başqa heç kim bilir. Rayon məktəblərinə alınmş avadanlıqların qiymətində 5-6 qat şişirdilmələrə yol verilir. Belə ki, kimya labaratoriyasına alınan bir partanın qiyməti 1700 manat, bir şkafın qiyməti isə, 400 manat dəyərində qiymətləndirilmişdir.
2011-2015-ci il tarixlərdə məktəblərə verilən idman geyimləri rəsmi sənədlərdə orjinal adı ilə əksini tapsa da, əslində Çin istehsalı olan əmlaklar məktəblərə verilmişdir. Astara rayon üzrə 120 min manatlıq məktəb ləvazimatları yoxdur. Onların 37 min manatı Motlayataq kənd tam orta məktəbə, 40 min manatı Şümrüd kənd tam orta məktəbinə, qalanları isə Agkörpü və Asxanakəran kənd tam orta məktəblərinə güya ki, verilib. Fakt bu ləvazimatlar yoxdur. İndi yavaş-yavaş onları silmək istəyirlər. 4 il əvvəl verilən malları necə silmək olar?
Qızbəs Məmmədovaya sual vermək lazımdır ki, 2008-ci ildə Astara rayonun Şiyəkəran kənd 2 nömrəli məktəbin tikintisi üçün keçirilən tenderin “qalibi olan” tikinti şirkəti, necə oldu ki, tikintidən sonra dərhal qeybə çəkildi. Bu kimi “tikinti şirkətləri” rayon ərazisində tikilən və ya təmir olunan məktəblərdə “işlərini bitirən kimi” dərhal yoxa çıxırlar, yəni fəaliyətlərinə xitam verilir.
2016-cı ilin yeni tədris ilində Qurban bayramı ilə əlaqqədar verilmiş istirahət günlərinə görə müəllimlərin maaşları da, təhsil şöbəsinin rəhbərliyi tərəfindən tutulmuşdur.
2016-cı ilin oktyabr ayında fənn kabinetlərinə görə ödənilcək pul məbləği ödənilməmişdir.
Təhsilin bir növü olan fərdi təhsilə (saglamlığı məhdud olan uşaqlar üçün) görə, oktyabr ayı üçün müəllimlərə əmkhaqqı məvacibi ayrılmamışdır.

Problemləri diqqətdə saxlayacağıq.
Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astarada 18 yaşlı qız binanın yeddinci mərtəbəsindən yıxılaraq ölüb

    Astarada 18 yaşlı qız binanın yeddinci ...

    27-10-2016, 23:20

  • 
  • Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi

    Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi ...

    27-04-2016, 17:16

  • 
  • Qəfil soyuğa yaxalanan Astara sakinləri soyuqdan donurlar - "Biz məcburuq ki, övladlarımızı məktəbə buraxmayaq"

    Qəfil soyuğa yaxalanan Astara sakinləri soyuqdan ...

    4-11-2014, 18:03

  • 
  • Astarada 72 yaşlı arvad 76 yaşlı ərini öldürdü

    Astarada 72 yaşlı arvad 76 yaşlı ərini öldürdü ...

    14-01-2014, 11:33

  • 
  • Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə

    Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı ...

    9-06-2016, 16:29


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu