GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Qara kassir”in Qazax əməliyyatı

“Qara kassir”in Qazax əməliyyatı

Tarix: 24-11-2016, 21:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 560
“Qara kassir”in Qazax əməliyyatı

İcra başçısının “qara kassa” əməliyyatı və ya, Qazaxda deşifrə olunmuş Babaşov

“Gündəm Xəbər”in redaksiyasına Qazax rayonundan növbəti açıqlama daxil olub. “Əsl Qazaxlı” imzası ilə göndərilən açıqlamada, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun atdığı addımlardan bəhs olunur. Odur ki, kiçik düzəliş və ixtisarlarla yeni göndərilmiş açıqlamanı çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq.
Hər kəsin gələcək fəaliyyətini müəyyən etmək üçün, onun keçmişinə nəzər yetirmək kifayətdir. Çünki, hər kəs öz arşınıyla ölçür. Babaşovun əməlləri get-gedə deşifrə olunmaqdadır. O, 2016-cı ilin mayın 19-da Prezidentin sərəncamı ilə Qazaxa başcı təyin olundu. Onun birinci planı rəhbərliyin tam etimadını qazanmaq, kreslosunu bərkitmək, sonra isə, rahatlıqla “Qara kassa”-nın Qazax planını həyata keçirmək olur.
Babaşov aqressiv davranışı ilə hər kəsdə xof və qorxu hissi yaratması, əslində “BOYÜK YIĞIM” kompaniyasına hazırlığıdır. Kəndçi dili ilə desək, “bu əkin, suvarma, dərmanlama və alaq otlarını döymə prosesi “qara kassir”-in “BÖYÜK YIĞIM” kompaniyasının ilkin mərhələsidir. Yəni, xof və qorxu yaratdıqdan sonra “qara kassa”nın doldurulma prosesi asanlaşacaq. Məhz, buna görə də Rəcəb Babaşov sözün əsl mənasında özünə aqressiv və “zalım diktator” obrazı yaratmağa çalışır və hardasa buna da nail ola bilib.
O, Qazaxda vəzifəsinin icrasına yeni başlayarkən müşavirələrdə tez-tez deyirdi: “Mən pul almıram, siz də almayacaqsınız”. “Qara kassir”dən belə bir antikorrupsion jest bir o qədər də səmimi və inandırıcı görsənmir. Hərhalda icra başçısının rayonda korrupsiyanın kökünü tamamilə kəsmək niyyətinin olmasına inanmaq ağılsızlıq olar. Bəs bu sözlərin arxasında hansı məqsədlər dayana bilər? Variantlardan biri odur ki, məmurlar yalnız maaşla dolana bilməyəcəyini dərk edib “qara kassa”ya “qarşılıqlı maraqlar” təklif edə bilərlər. Maraqlı təkliflərdən isə, heç kəs imtina etməz, xüsusilə də əgər söhbət “qara kassa” mütəxəssisindən gedirsə. İkinci variant o ola bilər ki, kənar gəlirdən məhrum olmuş məmurlar könüllü şəkildə işdən çıxsınlar və bununla da “qara kassir”ə kadr alveri üçün şərait yaratsınlar.
Babaşov iri sahibkarlıq obyektlərinə və yeyinti çox olan büdcə təşkilatlarının müdirlərinə manipulyasiya etmək yolu ilə, onları “tasa” düşməyə təhrik edir. Deyə bilərik ki, hələki bu addımı çox ustalıqla alınır. Çünki, bu sahədə onun böyük iş təcrübəsi olması, artıq hər kəsə bəllidir. Vaxtilə iri vergi ödəyiciləri şöbəsində müdir müavini işləyən Babaşov, indi daha böyük vəzifə və daha böyük səlahiyyət sahibidir. Onun təbilincə desək, bundan yararlanmamaq günah olar! İlk “tas”a düşənlərdən birincisi səhiyyənin “şefi” Arzu Novruzov oldu. Axı, Babaşov harada daha çox yeyinti olduğunu gözəl bilir. Baş həkim Babaşovun siftəsi oldu. Necə deyərlər “siftə səndən, bərəkət Allahdan”. Amma, görünür Arzu həkim “tas”a ürəklə düşməyib və ona görə də əli düşərli olmayıb. Yəqin ki, ona görə də Babaşovun gömrük “şef”ini “tas”a otuzdurmaq planı puça çıxdı və deyilənlərə görə, o, bir-iki kötək də yeməli olub.
Qazaxda bir neçə vəzifə sahibinin işindən çıxması və bəzi obyektlərin bağlanması, xüsusi manipulyasiya mexanizminin tərkib hisəsi kimi də başa düşmək olar. Belə ki, atılan addımlar işində qalmaq istəyənlərə və obyektlərinin bağlanmamasını arzulayanlara psixoloji təsir və manipulyasiya məqsədi də güdülə bilər. “Qara kassa” düşünür ki, bundan sonra onları “tas”a otuzdurmaq elə də çətinlik yaratmayacaq.
Bir neçə gün bundan əvvəl Babaşov yeni bir qurbanını hədəfə alaraq, ona manipulyasiya etdi. Qazaxda dairəvi yol deyilən ərazidə bir neçə aydır ki, fəaliyyətə başlayan 3 mərtəbəli “Əsədoğlu” marketinin müdiriyyətini Babaşov yanına çağıraraq ona iradını bildirib ki, “obyekt çox təhlükəli yerdə tikilib, ona görə də onu sökdürəcəyəm”. Onların “tas”a düşüb-düşməmələri haqda hələlik nəsə deyə bilmərik. Amma, bütün bu kimi manipulyasiyaların niyyətini dəqiq deyə bilərik ki, baş verənlər “tas” məsələsidir.
Qazaxdakı Doğum evini qarşısında tikilmiş “Aptek Nizami” adı ilə tanınan şəxsə də irad bildirən Babaşov, onu da “tas”a otuzdurduğunu deyə bilmərik. Belə misalları çox çəkmək olar və bunların hamısının yalnız bir adı var “manipulyasiya”. Bilməyənlər üçün deyək ki, “manipulyasiya”-idarə edən şəxsin mənafeyinə uyğun şəkildə, digər bir şəxsin davranışının gizli idarə olunması prosesidir. Yəni, manipulyasiya “hədəf götürülmüş şəxsi, yaxud kütləni qorxu, maraq yaratmaqla istənilən hərəkətə təhrik etmək anlamına gəlir.
Qazaxda böyük biznesə sahib olan Carçiyevlərin də, “Göyəzən” təhsil mərkəzinin fəaliyyətinin dayandırılmasını tələb etmişdir. Sonradan onlarla necə razılaşdığını deyə bilməsək də, atılan addımların nəyə hesablandığını get-gedə anlamağa başlayırıq. Keçmiş hərbi komissarlığın yerində fəaliyyət göstərən “Qazax Təhsil Mərkəzi” və Qazax bazarında Babaşovun göstərişi ilə qapıları qaynaqlanıb bağlanan mağaza da, şəxsən Babaşovun göstərişi əsasında olub.
Rayonda uzun illərdir ki, fəaliyyət göstərən Eldəniz və Elşad Əzimov qardaşlarının işlətdikləri, öz maliyyə vəsaitləri ilə təmir etdikləri tarixi abidə İsrafil Ağa hamamının da bağlanması, məhz Rəcəb Babaşovun göstərişi ilə oldu. Qardaşların bildirdiyinə görə obyektdə 12 nəfər şəxs işləyirdi və indi onların hamısı işsiz və çörəksiz qalıblar.
Göründüyü kimi “Qara kassa”nın fəaliyyəti və strategiyası hər kəsə bəllidir.. Babaşovun xarakterinin aqressivliyi “tas”a otuzdurmaq, eyni zamanda manipulyasiya addımları, çox zaman münaqişə və əlbəyaxa davalara gətirib çıxarır. Etibarlı mənbədən əldə etdiyimiz məlumatlara görə, Babaşov gömrük “şef”I ilə məlum qarşıdurmadan sonra Bakıya çağrılır və ona Adminstrasiya tərəfindən sərt xəbərdarlıq da edilir. Babaşovun qeyri peşəkar bir məmur olaraq Adminstrasiyanın “qara siyahı”sına düşdüyü də bildirilir. Hətta onun bu ilin axırına kimi, daşıdığı vəzifəsindən uzaqlaşdırılacağı da bildirilir.
Babaşov bu gün özünü müdafiə etmək üçün, Qazaxda ziyalılardan ibarət müdafiə komitəsi yaradıb. Əgər onlara ziyalı demək olarsa? Həmin “ziyalılar” 15 noyabrda toplaşaraq bir müşavirə də keçiriblər. Onlar Babaşovun davranış və idarəçiliyi haqqında məlumatlı olsalar da, onun haqqında mətbuatda yazılan açıqlamaların həqiqət olmadığını ictimayyətə sırımağa çalışırlar. Büdcə təşkilatlarında çalışanlar rayon rəhbərindən asılı olduqlarını dərk etdiklərindən, bu cür addımlarını atmağa məcbur olurlar. Belə olan halda onların addımları başa düşüləndir.
Babaşovun səmimiyyəti hər kəsdə şübhə doğurur və görülən işlərin arxasında Qazax əhalisinin rahatlığı, firavanlığı öndə tutulur yanaşması, heç də həqiqət deyil. Bütün bunların hamısı “qara kassa”nın yığım planlarına hesablanmış addımlardan başqa bir şey deyil. Göründüyü kimi bu cür gedişlər , artıq deşifrə olunmaqdadır.

İlham

gundemxeber.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Qazaxa icra başçısı təyin etdi - SƏRƏNCAM

    Prezident Qazaxa icra başçısı təyin etdi - ...

    20-05-2016, 00:05

  • 
  • Qazax RİH-də “YARPAQ  TÖKÜMÜ”

    Qazax RİH-də “YARPAQ TÖKÜMÜ” ...

    21-11-2016, 19:30

  • 
  • Vergi sistemindən transfer edən Babaşovun Qazax macəraları - İDDİA

    Vergi sistemindən transfer edən Babaşovun Qazax ...

    3-08-2016, 16:54

  • 
  • İcra başçısının “Sınıq-Körpü”də  mitinq planı

    İcra başçısının “Sınıq-Körpü”də mitinq planı ...

    11-11-2016, 16:24

  • 
  • Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı

    Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı ...

    8-12-2012, 10:45


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu