GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakimin ədalətsiz qərarı faciələrə yol açıb

Hakimin ədalətsiz qərarı faciələrə yol açıb

Tarix: 29-10-2017, 18:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 627
Hakimin ədalətsiz qərarı faciələrə yol açıb


Bir neçə gündür ki, Qəmbərli Babaəli Atamoğlan oğlu 15 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir və bu onun ikinci aclıq aksiyasıdır

Son illər tam əksəriyyətin ittiham etdiyi qurumlardan biri də, hüquq-mühafizə orqanlarının istintaq idarələridir. Çünki, adı çəkilən qurumlarda başlanan və istintaqı aparılan bir çox işlər, əksər hallarda hansısa maraqlar, sifarişlər əsasında həyata keçirilir. Bu da çoxsaylı sakinlərin heç bir əsas olmadan həbsə atılmalarına, minbir əzab-əziyyətlə üz-üzə qalmalarına, olmazın oyunlara salınmalarına və s. səbəb olur. Bu günlərdə Bakı şəhəri, Nəsimi rayonu Əbilov küçəsi-75 ünvanda yaşayan Cabbarova Ziba Baloğlan qızının “Gündəm Xəbər”ə ünvanladığı müraciətdə, vaxtilə bitərfli mövqe tutmuş və ədalətsiz istintaq işləri həyata keçirmiş Nəsimi rayon Polis İdarəsinin istintaq idarəsi “top atəşi”nə tutulur. Xanım şikayətçi ünvanladığı müraciətində qeyd edir ki, “vaxtilə Bakı şəhəri, Nəsimi rayonu Əbilov küçəsi-75 ünvanda babamız Atamoğlan Qəmbərova məxsus mülk var idi. Bir neçə il bundan əvvəl babamızdan bizə miras qalmış paylı mülkiyyəti bölmək məqsədilə Nəsimi rayon Məhkəməsinə müraciət etdik. Keçirilən məhkəmə prosesi zamanı mənim xeyrimə qərar çıxarıldı və biz məhkəmənin çıxarmış olduğu qərar əsasında verilmiş evə köçdük. Çox keçmədi ki, Nəsimi rayon Məhkəməsinin belə bir qərarından razı qalmayan ögey əmimiz Akimov Eyvaz Sadıq oğlu, bizə verilmiş evdən qardaşım Qəmbərli Atamoğlan Baloğlan oğlunun çıxarılması üçün Nəsimi rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etdi. Qardaşım Atamoğlan Qəmbərlinin həmin evə qeydiyyatı olmasa da, ögey əmim belə bir əsassız tələblə çıxış etdi. Onu da bildirim ki, bizim xeyrimizə çıxarılmış məhkəmə qərarı həmin vaxtlarda qardaşımla ögey əmim arasında qarşıdurmanın əmələ gəlməsinə də səbəb oldu. Çox keçmədi ki, Eyvaz Akimov Nəsimi rayon Məhkəməsinin çıxarmış olduğu qərarı saya salmadı və məcburi şəkildə bizə məxsus evə daxil oldu. Hətta, o, üstündə gəzdirdiyi tapançası ilə bizə hədə-qorxu gəlib “kim bura gələrsə dərhal güllələyəcəyəm” deməkdən də çəkinmədi.
Onu da vurğulayım ki, ögey əmimlə aramızda yaşanan problemlərə qardaşım oğlu Babaəli Qəmbərli heç zaman qarışmırdı. O, bu işlərə o zaman qarışdı ki, ögey əmim qohum-əqrəbamızın çoxunu, hətta onları da ailəlikcə polisə vermişdi. Eyvaz Akimov qardaşım oğlu ilə eyni həyətdə yaşadığından daim ona “mən sizi evinizdən çıxartdım, sizi poisə verdim, bu gün birinizin kişiliyi varsa qarşıma çıxın, o halda hər birinizi güllələyib qətlə yetirəcəyəm” deyir. Həmin günlərdə qardaşım oğlu ilə ögey əmim arasında qarşıdurma daha da dərinləşir və Eyvaz Akimov onu üstündə gəzdirdiyi tapança ilə vurmaq istədikdə, ilk əvvəl Babaəli Qəmbərli özünü müdafiə edir. Son anda məcburiyyət qarşısında qalıb, onu evindəki ov tüfəngi ilə vurub qətlə yetirir. Çox keçmir ki, hadisə yerinə müəyyən istintaq qrupu gəlir, bəzi çəkilişlər həyata keçirilir və Eyvaz Akimova məxsus tapança maddi sübut olaraq götürürlür. Təəssüflər olsun ki, aparılan istintaq araşdırmaları zamanı ögey əmimə məxsus tapançanın olması, onun qardaşım oğlunu öldürməyə cəhd etməsi faktı və s. toplanmış iş materiallarından çıxarılır. Bundan əlavə, aparılan istintaq araşdırmaları zamanı qardaşım oğlunun həmin anlarda özünü müdafiə etməsi faktı da əsas götürülmür. Çox keçmir ki, baş verən ölüm hadisəsinə Babaəli Qəmbərlinin atası Atamoğlan Qəmbərli də cəlb olundu. Guya o, əvvəllər “mənim oğluma bir kimsə xəsarət yetirərsə, o halda hər birinizi məhv edəcəyəm” deyib. Əslində baş verənlər heç də belə olmayıb.
Hal-hazırda Nəsimi rayon Məhkəməsinin qərarı ilə mənə verilmiş evdə, ögey əmimin ailə üzvləri yaşayırlar. Onlar da Eyvaz Akimovun vaxtilə Nəsimi rayon Məhkəməsinə vermiş olduğu başqa bir iddia tələbi əsasında çıxarılmış məhkəmə qərarını əsas tutaraq, bu gün də evimdən çıxmırlar. Belə bir olayların əmələ gəlməsində, ölüm faktının baş verməsində birbaşa Nəsimi rayon Məhkəməsinin hakimi günahkardır. Çünki, adı çəkilən rayon məhkəməsinin hakimi qardaşım Atamoğlan Qəmbərlinin bizim evə qeydiyyatının olmadığını əsas götürməmiş və ögey əmimizin iddia tələbi əsasında əsassız məhkəmə qətnaməsi çıxarmışdır ki, bu da tərəflər arasında qarşıdurmanın əmələ gəlməsində əsas səbəb oldu.
Digər tərəfdən onu da vurğulayım ki, aparılan istintaq araşdırmaları nəticəsində qardaşım oğlu Babaəli Qəmbərli Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11, 182.3.2, 182.3.3, 228.1, 120.2.4, 120.2.11, 182.3.2, 182.3.3 və 228.1 maddələri ilə əsassız şəkildə ittiham olundu və 2012-ci ilin təqribən yanvar-fevral aylarında Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə o, 15 il müddətinə, atası Atamoğlan Qəmbərli isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görüldü. Bu gün Babaəli Qəmbərli 15 saylı cəzaçəkmə müəssisəsində, Atamoğlan Qəmbərli isə 12 saylı cəzaçəkmə müəssisəsində cəzalarını çəkməkdədirlər. Onu da vurğulayım ki, istər qardaşım oğlu, istərsə də onun atası ilə bağlı istintaq araşdırmaları aparılan zaman əsl həqiqətlər aşkara çıxarılmadı, bir çox hallar nəzərə alınmadı və belə bir səbəb üzündən də, onların hər ikisi ağır cəzaya məhkum edildilər. Belə bir səbəblər üzündən də bir neçə gündür ki, Qəmbərli Babaəli Atamoğlan oğlu 15 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir ki, bu artıq onun ikinci aclıq aksiyasıdır. Babaəli Qəmbərlinin belə bir addımını atmasına, öncədən vurğuladığım kimi istər onun özünün, istərsə də atasının əsassız şəkildə ağır cəzaya məhkum edilmələridir”.
Bəli, qeyd olunanlar bir daha təsdiq edir ki, aparılan istintaq işləri zamanı baş verən hadisələr lazımınca araşdırılmalı idi, maddi sübutlar və problemlərin əmələ gəlməsinə səbəb olan amillərin varlığı da əsas götürülməli idi. Amma, Ziba xanım Cabbarovanın iddiasına görə belə bir hallar baş vermədiyindən və digər səbəblər üzündən, Babəli Qəmbərli 15 il müddətinə, atası Atamoğlan Qəmbərli isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülür. Belə bir addımın atılması da, birbaşa hər iki şəxsin Konstitusion hüquqlarının tapdaqlar altına atılması demək olur.
Mövzunu diqqətdə saxlayacağıq.

Mirzə
gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 15-ci kolonda dustaq aclıq aksiyası keçirir

    15-ci kolonda dustaq aclıq aksiyası keçirir ...

    25-10-2017, 19:37

  • 
  • Bakıda bomba həyacanı yaradan şəxs həbs oldu

    Bakıda bomba həyacanı yaradan şəxs həbs oldu ...

    6-04-2016, 21:32

  • 
  • Ağır cinayətlərdə ittiham olunan şəxs Bakı İstintaq təcridxanasında evləndi (FOTO)

    Ağır cinayətlərdə ittiham olunan şəxs Bakı ...

    26-12-2013, 01:18

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • Ramil Usubovdan jurnalistlə bağlı qəti qərar – Qətl işi

    Ramil Usubovdan jurnalistlə bağlı qəti qərar – ...

    12-03-2015, 21:04


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (16)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu