GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ''Qanunsuz olaraq 1 ay ''bandotdel''də saxlanmışam - İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞAM'' (FOTO)

''Qanunsuz olaraq 1 ay ''bandotdel''də saxlanmışam - İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞAM'' (FOTO)

Tarix: 28-10-2018, 22:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 174
''Qanunsuz olaraq 1 ay ''bandotdel''də saxlanmışam - İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞAM'' (FOTO)


Keçmiş siyasi məhbus və 7GUN.az saytının baş redaktoru Cavid Şirəliyev öz facebook səhifəsində sensasiyon açıqlama verib. Həmin açıqlamanı GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik:

''Son günlər ölkədə repressiyaların yeni dalğası başlayıb. İctimai fəallar oğurlanıb həbs olunur, həbsdə olan siyasi məhbuslara təzyiqlər göstərilir. Siyasi məhbusları müdafiə edən şəxslər və təşkilatlar hədəfə alınır. Çox maraqlıdır ki, adını “müxalifətçi”, “müstəqil” qoyan bəzi şəxslər bu repressiyalara qarşı çıxmaq əvəzinə, baş verənlərə etiraz edən bizləri hədəfə alıblar. Məqsədli və məkrli şəkildə son günlər adımın hallanması, guya mənim vasitəmlə “Rüfət Səfərovun öldürülməsi” nağılına, cəfəngiyyatına aydınlıq gətirmək istəyirəm.

''Qanunsuz olaraq 1 ay ''bandotdel''də saxlanmışam - İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞAM'' (FOTO)


Mən 2008- ci ildə polis orqanlarında baş verən qanunsuzluqlara etiraz əlaməti olaraq istefa verib ordan uzaqlaşmışam. 7GUN.az saytı yaradaraq jurnalist fəaliyyətinə başlamışam. Ölkədə dözülməz vəziyyəti, məmur özbaşınalığını rəhbəri olduğum saytda müəllif yazıları ilə kəskin tənqid etdiyimə görə 2014- cü ilin 30 avqust ayında şərlənib həbs olunmuşam. Qanunsuz olaraq 1 ay “bandotdel”- də saxlanmışam. Döyülüb təhqir olunmuşam. Ağır işgəncələrə məruz qalmışam. Etirafedici ifadə vermədiyimə görə hər iki ayağımın baş barmaqları çıxarılıb. Tanımadığım şəxslər üzümə qoyularaq siyasi sifarişlə 5 il həbs cəzası aldım.

''Qanunsuz olaraq 1 ay ''bandotdel''də saxlanmışam - İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞAM'' (FOTO)


Həbsdə olduğum müddətdə 4 Cəzaçəkmə Müəssisəsində olmuşam. Haqsız yerə 3 il 8 ay cəza çəkmişəm. 9 saylı CÇM- də olarkən azadlıqda olan yaxın bir dostumuz məni Rüfət Səfərovla tanış edərək ona dəstək olmamı xahiş etdi. Mən də o gündən Rüfət bəylə 6 ay bir yerdə olub ona əlimdən gələn dəstəyi göstərmişəm. Qarşılıqlı normal münasibətimiz olub. 22 avqustda 9 saylı CÇM- də dustaqlara qarşı baş verən qanunsuzluqlara Rüfət bəylə bir yerdə etiraz edib aclıq aksiyasına başladıq. Bizim hər ikimizi ayrı- ayrılıqda vəhşicəsinə döyüb “kars”-a saldılar. Döyülmə nəticəsində mənim 3 dişim və burnum sındı. Aldığım işgəncə nəticəsində səhhətimdə yaranan ciddi problemə görə Müalicə Müəssisəsinə göndərildim. Müalicə olunarkən öyrəndim ki, mənim adımdan Rüfət Səfərovun əleyhinə saxta izahat yazıblar. Mən dərhal bu saxtakarlığla bağlı Baş prokurorluğa və məhkəməyə müraciət etdim (Bu barədə məktubun surətini və göndərilməyə dair qəbzi saxlayıram). Məsələni ictimailəşdirdim (http://gozetci.az/article/index/7975). Təəssüflər olsun ki, Azərbaycan reallığına uyğun olaraq şikayətim bu günə qədər araşdırılmayıb.

''Qanunsuz olaraq 1 ay ''bandotdel''də saxlanmışam - İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞAM'' (FOTO)


Həmin hadisənin üstündən 1 ildən artıq vaxt keçəndən sonra iddia etməyə başlayıblar ki, guya hakimiyyət mənim vasitəmlə Rüfət Səfərovu “öldürmək” istəyib (?!). Guya mən Rüfət bəyin əleyhinə izahat yazmışam və ona görə azadlığa buraxılmışam. Guya mənim izahatımdan sonra onu döyüb “kars”-a salıblar. “Sübut” kimi də hökümətin paqonlu müstəntiqinin tərtib etdiyi saxta izahatı sosial şəbəkələrdə yayıblar. Paqonlu müstəntiqlərin qərar və izahatlarına sizin kimi inansaq onda gərək Rüfət Səfərov başda olmaqla bütün siyasi məhbuslar cinayət törədiblər. Amma sizdən fərqli olaraq biz onların saxta sənədlərinə deyil, gerçəkliyə və haqqa inanırıq. Digər tərəfdən həmin saxta izahatın mənə mənsub olmasını necə müəyyən etdiniz? Nədən bu izahat 1 il sonra yada düşdü? Sabah sizinlə də bağlı oxşar izahat meydana çıxsa biz də ona inanmalıyıqmı? (Qeyd; Prokurorluğa yazdığım imzalı əl yazma məktubumu statusun altına yerləşdirirəm. Xəttimə və imzama xüsusi ilə diqqət yetirin- red. ) Digər tərəfdən biz Rüfət bəylə eyni vaxtda işgəncələrə məruz qalıb, eyni gündə “kars”-a salınmışıq. Əgər hökümətin Allah etməmiş Rüfət bəyi öldürmək planı olsaydı onu mənli də, mənsiz də edərdi. Bir az ciddi olmaq lazımdır, özünüzü gülməli vəziyyətə salmayın.

Eyni zamanda mənim haqqımda Gəncə Apelliyasiya Məhkəməsinin qərarını Ali Məhkəmə ləğv edəndən 7 ay sonra azadlığa çıxmışam. Cəzanın ¾ hisəsini çəkəndən sonra. Tam bəraət üçün də yenidən məhkəməyə müraciət etmişəm. Onlarla siyasi məhbus məhkəmə qərarı ilə azadlığa çıxıb. Bu o deməkdir ki, onlar hakimiyyətlə razılaşıb? Cəfəng iddia və yanaşmadır. Başqalarından fərqli olaraq mən əfv ərizəsi yazmamışam və fəaliyyətimi qalan yerdən davam etdirirəm.

Mən həbsdən çıxandan sonra 7GUN.az saytının fəaliyyətini bərpa edib siyasi məhbusların, haqqı-hüquq tapdanan şəxslərin müdafiəsi istiqamətində əlimdən gələnləri etməyə çalışıram. Bakıda yataqxanada kirayədə qalıram. Başqaları kimi 60-70 minlik cip sürüb, 500 manatlıq ofis kirayələyib, şəhərin mərkəzində yaşamıram. Mənə qarşı baş verən oyunlara gülüb keçirəm. Və bütün bunlar haqqın və haqqı- hüququ tapdananlaın yanında olduğumdan baş verir.

Rüfət Səfərovla bağlı şəxsimə ünvanlanan ittihamlar qurama, uydurma və qərəzlidir. Heç bir əsası yoxdur. Bu dedi- qodular məni haqq bildiyim yoldan çəkindirə və mənim Rüfət bəyə münasibətimi dəyişdirə bilməz.

Rüfət Səfərovun ətrafında bu cür ucuz şou quranlara tövsiyyəm odur ki, ciddi şəkildə onun və digər siyasi məhbusların müdafiəsi ilə məşğul olsalar daha yaxşı olardı. Əgər belə niyyətləri və iradələri varsa...''

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada aclığa başlayıb

    Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada ...

    22-09-2017, 13:28

  • 
  • Həbsdə olan jurnalist Ramil Usubovu "zon"- a dəvət etdi...

    Həbsdə olan jurnalist Ramil Usubovu ...

    6-07-2017, 16:58

  • 
  • Tanınmış jurnalist Oktay Gülalıyevin müdafiəsinə qalxdı

    Tanınmış jurnalist Oktay Gülalıyevin müdafiəsinə ...

    4-10-2018, 16:20

  • 
  • Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi məhbus var

    Siyasi Məhbusları Müdafiə Mərkəzi: 159 siyasi ...

    20-11-2017, 16:53

  • 
  • Leyla Yunus: "Ölkədə 38 "vicdan məhbusu" və 97 siyasi məhbus var"

    Leyla Yunus: "Ölkədə 38 "vicdan ...

    23-01-2014, 12:35


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu