GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vidadi İsayevin bağça "makler"i və "juçok" axtarışı - Bərdənin Alimpaşası üçün çağırış

Vidadi İsayevin bağça "makler"i və "juçok" axtarışı - Bərdənin Alimpaşası üçün çağırış

Tarix: 30-04-2021, 15:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 417
Vidadi İsayevin bağça "makler"i və "juçok" axtarışı - Bərdənin Alimpaşası üçün çağırış


Şəmkirin icra başçısı Alimpaşa Məmmədov korrupsioner olsa belə, ən azından görüntü naminə şəhid valideynlərinin əlini öpürdü, “Can Laçın” şeirini deyirdi və bununla özü haqda müsbət imic formalaşdırmağa çalışırdı. Hərçənd rüşvətxorun ağına da, qarasına da lənət...

Ancaq Bərdənin “Alimpaşası” olan icra başçısı Vidadi İsayev görüntü və reytinq xatirinə heç yuxarıda sadalanan jestləri belə etməyib, əksinə, mətbuatda yayılan şikayətlərdən məlum olub ki, o, şəhid ailələrinə qarşı qaba, laqeyd münasibəti ilə seçilib.
Anaxeber.info yazır ki, dəfələrlə Bərdənin ziyalıları tərəfindən müraciətlər ünvanlanıb, rayon icra başçısı Vidadi İsayevin qara işləri faktlarla göstərilib, di gəl, nə özü hərəkətlərinə son qoyub, nə barəsində ölçü götürülüb.
Bu arxayınlığın nəticəsidir ki, icra başçısı özünü Bərdənin fironu kimi aparır. Bərdə ziyalıları müraciətdə V.İsayevin qədim şəhəri qarış-qarış satmasından, oğluna obyektlər açmasından, mədəniyyət ocağının avadanlıqlarını belə satmasından tutmuş məcburi köçkün, şəhid ailələrinə qarşı kobud münasibətinə qədər qeyd ediblər.
Onların sözlərinə görə, “qara maskalı”ların bir təftişi bəs edər ki, V.İsayevin yol verdiyi özbaşınalıqların Alimpaşa Məmmədovdan da betər olduğu üzə çıxsın.
Əgər Şəmkirin həbs edilən sabiq rəhbəri oğluna 3 milyonluq firmanı 40 manata satıbsa, V.İsayevin oğlu üçün nələr etdiyini Bərdəyə səfər etməklə görmək olar.
Çox maraqlıdır ki, bu bölgədə əksər icra başçıları həbs olunublar - Yevlaxdan Qoca Səmədov, Ağstafadan Nizaməddin Quliyev, Gəncədən Elmar Vəliyev güllələnib, yeri gəlmişkən, Səmədovla Vəliyev V.İsayevlə qohumluq, yaxın əlaqələri var idi, o cümlədən həmin zonadan Şəmkirin aktyorluqda geri qalmayan başçısı Alimpaşa Məmmədov da tutuldu, ancaq Bərdə ilə bağlı susqunluq müşahidə olunur. Bu sükutun ardınca tufan qopacağını da istisna etmək olmaz və V.İsayevin fəaliyyətinin izlənilməsi mümkün ehtimallardan biridir.
Elə gələn xəbərlərdə iddia edilir ki, ölkədə gedən məmur həbslərindən, korrupsiya ilə mübarizədən əl-ayağa düşən Bərdənin icra başçısı kabinetində “juçok” axtarır. İddialara görə, V.İsayev əyan-əşrəfinə tapşırıb ki, son dərəcə diqqətli olsunlar, bu aralar heç bir qeyri-rəsmi iş görməsinlər. İcra başçısının otağında “juçok” axtarsa da, hər hansı bir fakt aşkarlamadığı, təşviş içində olduğu iddia edilir.
Anaxeber.info məlumat verir ki, Bərdə ziyalılarının dəfələrlə yaydığı müraciətdə V.İsayevin qanunsuz əməlləri haqda bəhs olunub.
“Məktəb” qəzetində bəyanatla çıxış etmiş ziyalıların sözlərinə görə, V.İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanət edib. Hətta ziyalılar müraciətdə V.İsayevin həbsini istəyiblər.
Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin binası sökdürüb, ailəyə dəyən zərəri ödəməyib: “Söhbət Dilqəmin ailəsindən gedir. Bərdədə şəhidlər üçün düzəldilmiş şəhidlər guşəsini dağıdıb, şəhidlərin şəkillərini gecə zibilxanada basdırıb.
Bərdəli olan yerli kadrları işdən kənarlaşdırmış, ayrı-ayrı rayonlardan özü kimi quldurları Bərdədə vəzifə ilə təmin edib.
Siz ziyalıları nadanlardan qoruduğunuz halda, bu cahil Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rəhilə İsmayılovanı çərlədib öldürüb.
Vidadi bərdəliləri saymır; qəbul günündə qəbula gəlmir. Başqa günlərdə müraciət edəni qəbul etmir. Vidadi 2011-ci ilin martından bir dəfə də Bərdənin tanınmış dövlət xadiminin dəfnində iştirak etməyib. Hüzn məclisində beş dəqiqə oturmayıb”.
Bu faktın özü göstərir ki, Alimpaşa Məmmədov heç olmasa belə əməllər sahibi olub. V.İsayev isə rayonu çapıb-talaması azmış kimi, gözə kül üfürmək naminə şəhid ailəsini ziyarət etməkdənsə, bir ziyalının dəfninə qatılmaqdansa, onları saymayıb, qapısından qovub, aşağılayıb.
Elə bir müddət əvvəl şəhid xanımı Yasəmən İsmayılovanı da qəbuldan qovmuşdu, hətta qapısına polis göndərib hədələmişdi. Yəni Bərdə icra başçısından narazılıq digər bölgələrin rəhbərləri ilə müqayisədə beş qat artıqdır.
Ziyalılar məlum müraciətdə onu da deyirlər ki, V.İsayev çoxillik çinarlardan 50-dən çoxunu gecə ilə kəsdirib. Ziyalıların sözlərinə görə, rayonların hamısında 20 Yanvar abidəsi var: “Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi. Vidadi onu gecə sökdürdü və mərmərini, içindəki şveyler, almaturları da gecə Bərdədən çıxartdırdı.
Bərdədə bir Mədəniyyət sarayı vardı. Bu sarayın içərisində 97 göz otaq, idman salonu, tamaşaçılar üçün 1-ci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri vardı.
Salonlarda, iki gözləmə salonunda çox qiymətli çılçıraqlar vardı. Səhnələrdə qiymətli stollar, stullar vardı. Vidadi bir sarayı sökdürəndə əvvəl 97 göz otaq olan qiymətli mebelləri gecələr daşıdıb.
Sarayda bilyard stolu vardır, qiyməti 70.000 (yetmiş min), çilçıraqlar vardı, birinin 80.000 (səksən min), 40.000 (qırx min) manat, bunların da hamısını gecə daşıtmışdır. Doxsan yeddi gözdəki mebelləri daşıdıb.
Böyük Nizami klubu vardı. Vidadi o klubu da sökdürdü və tikdi, materiallarını da, içindəki avadanlıqlarını gecə Bərdədən çıxartdırdı. 9 nömrəki betonzavod vardı.
Bu betonzavodda hər növbədə üç min fəhlə işləyirdi. Vidadi bu zavodu da sökdürdü və avadanlıqlarını gecə də daşıtdırdı.
10 mart 2017-ci ildə əmr verib 69 həkimin fəaliyyətini dayandırdı. Bir aydan sonra hər həkimdən beş-on min manat aldı və işlərinə icazə verdi. Bərdədə Vidadinin zülmü Bərdə ziyalılarını boğaza yığıb.
Bərdədə çoxlu sayda sahibkarların mağaza yerlərini (kupçalı ola-ola) dədə malı kimi satıb. Vidadi deyir ki, ay yazıqlar, kimdir xalqın səsini eşidən, görmürsünüz özbaşınalıqdır. Bir də ki, Bərdə mənimdir, nə edərəm özüm bilərəm”
Anaxeber.info məlumat verir ki, ümumiyyətlə, Bərdənin icra başçısı Vidadi İsayevin iş kabinetində elə hadisələr, elə həngamələr cərəyan edir ki, həbs edilən sabiq həmkarları onun yanında “toya getməlidir”.
O baxımdan hüquq-mühafizə orqanlarının yüngülvari təftişi və araşdırması kifayət edir ki, V.İsayevin bütün qanunsuz hərəkətləri, rayonda sahibkarların, şəhid ailələrinin, məcburi köçkünlərin, kiçik rütbəli məmurların, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin başına açdığı müsibətlərin üstü açılsın.
Onun əlindən zar-zar ağlayan icra nümayəndələri, toruna düşən məmurlar İH rəhbərinin qeyri-rəsmi əmrlərindən cana doyublar.
Hətta bir müddət əvvəl İH-də çalışan bir məmurla Vidadi İsayevin qeyri-qanuni işdə saxladığı katibəsi arasında kabinetində saçyolduya çıxıblar.
Başçının kabinetində əlbəyaxanın necə nəticələndiyi bilinməsə də, ümumiyyətlə, V.İsayevin otağında nələr yaşandığını müşahidə etmək üçün “qara maskalı” olanın təşrifi bəs edir.
Bundan əlavə, 44 günlük müharibə dövründə minlərlə insanın ön cəbhəyə göndərdiyi yardım paylarının Bərdə Rayon İcra Hakimiyyəti rəsmiləri tərəfindən hərbçilərə çatdırılacağı vəd edilsə də, həmin yardımların bir hissəsinin ünvanına tam çatdırılmadığı məlum olmuşdu.
Bərdə Ağsaqqallar Şurasının Təftiş Komissiyasının sədri Bəhrəm Nərimanov bildirmişdi ki, Vidadi İsayevin əsgər malını oğurlamasına inanır: “Onun pis əməlləri təkcə bununla bitmir. Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunandan sonra rayonu viran qoyub, bunu bütün ölkə bilir. Axı siz niyə təkcə Vidadi İsayevin əsgər yardımını mənimsəməsi məsələsinin arxasına düşürsünüz? Bu, xırda məsələdir. Vidadi İsayev Bərdənin tarixini xalqımıza unutduran adamdır. O, Bərdədə 20 Yanvar Şəhidlərinin yerini dolduraraq öz qaynına mağaza yeri kimi verib”. İndi bərdəlilər sual edirlər - daha nə olmalıdır ki, V.İsayev vəzifəsindən azad edilsin?!
Bu arada V.İsayev özünə yaxın bir qadını Bərdədə bağçaların birinə müdirə təyin edib. Həmin bağça müdirəsi əslində icra başçısının “makler” işlərini həyata keçirir.
Məlumata görə, digər uşaq bağçalarına rəhbər getmək istəyənlər V.İsayevin adamı olan bağça müdirəsi ilə danışığa getməli, sövdələşməli, sonra məsələ icra başçısına məruzə edilməli, onun “razılığı” alınmalıdır. Bu rüşvət şəbəkəsi haqda növbəti yazılarımızda ətraflı məlumat verəcəyik. /anaxeber.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı vəzifəyə kürdləri yerləşdirir

    Bərdənin icra başçısı vəzifəyə kürdləri ...

    15-05-2014, 11:06

  • 
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55

  • 
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39

  • 
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16

  • 
  • Vidadi İsayevin Bərdə zülmü

    Vidadi İsayevin Bərdə zülmü ...

    18-06-2013, 18:21


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu