GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Keçmiş diplomat indi necə qazanır? – Anar Kərimova ipucu

Keçmiş diplomat indi necə qazanır? – Anar Kərimova ipucu

Tarix: 5-07-2022, 11:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 592

Dünən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrində son bir il ərzində aparılan yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparıldığı barədə açıqlama yayılıb. Nazirliyin açıqlamasında həm də bildirilir ki, Ağstafa, İsmayıllı, Şəki, Masallı, Bərdə, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən idarə və müəssisələrin vəzifəli şəxlərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.


Xatırldaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli Sərəncamına əsasən Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini vəzifəsinə, 5 yanvar 2021-ci il tarixdə isə Mədəniyyət naziri təyin edilib. Vəzifə başına keçdikdən sonra Anar Kərimov mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparmağa başlayıb. O, əvvəlcə Bərdə, Masallı, Ağstafa, Xaçmaz, Ağcabədi Regional Mədəniyyət İdarələrinin rəislərini vəzifələrindən azad edərək öz kadrlarını yerləşdirdi. Sanki, bu kadr dəyişiklikləri Regional Mədəniyyət İdarələrinin fəaliyyətində köklü dönüş yaradacaqdı. Amma yaratdımı?

Mədəniyyət naziri təyin edildikdən sonra Anar Kərimovun vəzifə başına gətirdiyi şəxslərdən biri də Qalib Həsənovdur. O, 16 avqust 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Qalib Həsənov əmək fəaliyyətinə atası Şamil Həsənovun Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdən, 1996-cı ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb. Qalib Həsənov birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Bəs necə oldu ki, azı iyirmi illik diplomatık təcrübəyə malik bir şəxs birdən-birdən Xarici İşlər Nazirliyi ilə vidalaşmalı oldu? Üstündən üç il keçdikdən sonra isə özünə Mədəniyyət Nazirliyində iş tapdı, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi oldu. Pakistan, Moldova, Macarıstan kimi ölkələrin səfirliklərində çalışmış, valyuta ilə maaş almış keçmiş diplomat Ağcabədi rayonunun istisində nə kimi işlərlə məşğuldur? Bunlar ayrı bir məqalənin mövzusu olduğundan hələlik bəzi qaranlıq sualların üstündən sükutla keçiririk. Bu yazıda əsas məsələ Qalib Həsənovun Ağcabədi Regional Mədəniyyət İdarəsindəki fəaliyyəti ilə bağlıdır. Keçmiş diplomat indi necə qazanır?

Qalib Həsənovun Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmasından, yəni 16 avqust 2021-ci il tarixindən sonra regiondakı, yəni Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət idarələrinə tabeli mədənəyyət evlərində, musuqi məktəblərində, kitabxanalarda, klublarda və digər mədəniyyət mərkəzlərinin fəaliyyətlərində nə kimi dəyişikliklər olub bəlli deyil. Amma Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən yeni rəis Qalib Həsənovun rəhbərliyi altında 2021-ci il üzrə illik satınalma planlarına uyğun keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilməsi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi kimi hallar üzə çıxıb. Bunlar hansılardır

Ağcbədi Regional Mədəniyyət İdarəsi tərəfindən 2021-ci il üzrə satınalma planlarına daxil edilmiş, dövlət satınalmalarının vahid internet portalında kotirovkalarda iddiaçıların iştirakı üçün dəvət elanları yerləşdirilmiş, lakin bu kotirovkaların nəticələri ictimaiyyətə qanunla nəzərdə tutulmuş qaydada açıqlanmamaışdır. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Belə ki, 2021-ci ildə zəruri olan mal-materialların və xidmətlərin satın alınması məqsədi ilə sair torpaq, tikili və avadanlıqların satınalınması üzrə 19.11.2021-ci il tarixdə, yumşaq inventarların satınalınması üzrə 19.11.2021-ci il tarixdə, kommunal kommunikasiya işlərinin satınalınması üzrə 15.11.2021-ci il tarixdə, yumşaq inventar üzrə 01.11.2021-ci il tarixdə, sair torpaq, tikili və avadanlıq üzrə 01.11.2021-ci il tarixdə, digər malların alınması üzrə 20.10.2021-ci il tarixdə, maşın və avadanlıqlar üzrə 08.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğularının nəticələri barədə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Tender Komissiyası 2021-ci ildə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir. Bu nədən irəli gəlir? Keçmiş diplomatın mədəniyyət sahəsindəki naşılığından, yoxsa… Amma Qalib Həsənov heç də naşı deyil. O Ağcabədidə Regional Mədəniyyət İdarəsi ilə yanaşı atasının İcra başçısı olduğu dönəmlərdə əhalidən zəbt etdiyi yüzlərlə hektar torpaq sahələrini idarə edə bilir, satınalmaları yox?

Qeyd edək ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi 2021-ci ildə yalnız bir açıq tenderin keçirilməsi barədə məlumat açıqlayıb. Dəftərxana və təsərrüfat xərcləri üzrə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə “MASAL-944” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 65 772.02 manat məbləğində satınalma müqaviləsi isə 28.10.2021-ci il tarixdə bağlanmışdır. Lakin dövlət satınalmalarının vahid internet portalında tenderdə iştirak üçün iddiaçılara dəvət elanı verilməmişdir. Yəni müqavilə birbaşa “MASAL-944” MMC ilə bağlanmışdır. Belə olan halda 2021-ci ildə üç rayonun yüzlərlə mədəniyyət idarələri lazım olan gündəlik zəruri mallar almadan necə fəaliyyət göstərib? Qalib Həsənovun idarəetmədəki bacarığına elə tək bununla qiymət vermək olar.

Xüsusilə qeyd etmək istərdik ki, Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edildikdən sonra Tender Komissiyası 2021-ci ildə keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bunula bağlı Aktualinfo.org-un bir həftə əvvəl İdarənin Tender Komissiyasına ünvanladığı sorğu məktubuna da hələ də cavab verilməyib. İdarədə heç bir işlək telefon tapa bilmədik. Baş mühasibə mobil telefon vasitəsi ilə sorgu məktubu göndərdiyimizi bildirdik. O da “cavab verərlər” deyib telefonu bağladı.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrində son bir il ərzində aparılan yoxlamalarda nə kimi qanun pozuntularına yol verildiyi açıqlanmır. Amma biz son 10 ayda Ağcabədi Regional Mədəniyyət İdarəsində yol verilən qanun pozuntularının bir qisminə aydınlıq gətirdik. Gerisi Mədəniyyət naziri Anar Kərimovun işidir./aktualinfo.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib, nazirin vəzifələrinin icrası ona tapşırılıb

    Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini ...

    20-07-2020, 18:02

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Anar Kərimov kollektivə təqdim edilib, o, Mədəniyyət nazirinin vəzifəsinin icrasına başlayıb

    Anar Kərimov kollektivə təqdim edilib, o, ...

    22-07-2020, 11:33

  • 
  • İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - SƏRƏNCAM

    İlham Əliyev Anar Kərimovu nazir təyin etdi - ...

    5-01-2021, 15:56

  • 
  • Mədəniyyət Nazirliyində ciddi yoxlamalar başladı

    Mədəniyyət Nazirliyində ciddi yoxlamalar başladı ...

    27-08-2020, 13:06


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu