GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Moskvada “dırnaq kəsin” deyəndə Bakıda barmaq kəsirlər” - ŞOK GƏLİŞMƏ

“Moskvada “dırnaq kəsin” deyəndə Bakıda barmaq kəsirlər” - ŞOK GƏLİŞMƏ

Tarix: 3-11-2022, 16:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 448

Qonşu İranda nələrin baş verdiyindən hamımızın xəbərimiz var: Qadınlar çadralarını çıxarıb atırlar, əxlaq polisi də onları cəzalandırır, xeyli ölən var. Redaksiyamıza şikyət edən Rəqsanə Cənnətova təklif edir ki, İran hökuməti həmin o əxlaqına şübhə etdiyi qadınlar arasında doğru-dürüst, humanist nevropatoloq-həkim varsa, Şimali Azərbaycana sürgün eləsin. O da Arazın bu tayına keçən kimi nəinki çadrasını, lap elə bütün libasını soyunsun, gəlib otursun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn  nevropatoloq İradə xanımın yerində. İradə də getsin İrana, ölüm cəzalarını icra edən, dar ağaclarından asılan məhkumların ayağının altındakı kətili təpiklə vurub aşıran cəllad işinə düzəlsin.

Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib – dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin.

Elə isə sual olunur: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Yeri gəlmişkən, Asifin atası Cənnət Cənnətov hicab məsələsinin (təkcə boyunu-buxağı kişilərin nəzərindən gizlətməklə deyil) mənəviyyatla, vicdanla, Allah xofu ilə bağlı olduğunu İradə xanıma xatırladıb, necə deyərlər, “daşları belə əridəcək” ürəkürpədici sözlər deyib. Amma bunlar dəmir ürəkli İradə xanıma kar etməyib. Cənnət Cənnətovun jurnalist olduğunu, ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla danışmasını bilməsi, Talıbovun da məsələyə konstruktiv müdaxilə etməsi və Asif Cənnətovun yüksək ranqlı həkim-ekspertlərin iştirakı ilə ədalətli müayinəsinin təşkili ilə bağlı İradə həkimə tövsiyə verilməsinə nail olması nevropatoloqun qəlbində humanizm toxumu cücərtəmək əvəzinə, onun cəlladlıq həvəsini daha da stimullaşdırıb. İradə xanım düşünüb ki, əgər adi vətəndaşlardan fərqli olaraq ictimai rəyə təsir etmək üçün daha çox imkana malik jurnalistin gerçək əlil olan övladına imtina cavabı versə, özünün də adı tez dillərə düşər, nazirin və Agentlik rəhbərinin diqqətini çəkər. Onlar da bilərlər ki, “imtina planı”nı canla-başla, artıqlaması ilə yerinə yetirən, hətta bu işdə “ayı xidməti” göstərib az qala cərrahları belə geridə qoymağa cidd-cəhdlə çalışan İradə adlı nevropatoloq var. Burada sovetlər dönəmində dəbdə olan bir zərb-məsəl yada düşür: “Moskvada “dırnaq kəsin” deyəndə Bakıda barmaq kəsirlər”. İstisna deyil ki, “yuxarı”dan həkim-ekspertlərə dırnaq kəsmək planı qoyulub, İradə kimilər də planı doldurmaq üçün müraciət edən əlillərin barmağını, əlini, qolunu belə kəsməyə hazırdırlar, təki rəhbərlik onların yaxşı halda humanist olmalarından, pis halda isə rüşvətxor olmalarından şübhələnməsin. Nə eləyirsən elə, əmək qabiliyyətini itirmiş, dövlətin dəstəyinə ehtiyacı olan əlili bölgələrlə paytaxt arasında get-gələ, əziyyətə sal, taksilərə pul xərclətdir, məxsusi olaraq işbirliyində olduğun, faiz aldığın özəl tibb müəssisələrinə müayinəyə, analizə göndər, təki əlillik statusu və pensiya almasına imkan vermə! Belə sosial siyasətmi olar? Bəs möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur” sözləri necə olsun, ay Sahil Babayev, Teymur Musayev, Anar Bayramov cənabları?

GundemXeber.Az olaraq, yazıda adıçəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı - İcazə verin, şübhələnək...

    Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn ...

    23-11-2020, 11:01

  • 
  • Bakıda qonşu qadınlar arasında dava

    Bakıda qonşu qadınlar arasında dava ...

    18-06-2017, 12:58

  • 
  • Rəqsanə qəzaya uğradı

    Rəqsanə qəzaya uğradı ...

    9-07-2014, 14:06

  • 
  • Rəqsanə yol polisi ilə əlbəyaxa olub: "Sən Mahir ol, mən də..." - VİDEO

    Rəqsanə yol polisi ilə əlbəyaxa olub: "Sən ...

    20-04-2018, 10:50

  • 
  • Vaqif Əsədov ANS-i təkzib etdi: “Rəqsanə ilə bağlı elə söz deməmişəm”

    Vaqif Əsədov ANS-i təkzib etdi: “Rəqsanə ilə ...

    4-02-2014, 15:50


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu