GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Papanin hospitalı”nda onkoloji xəstələrin başına gələnlər: 40 manatlıq prosedura 1400 manat alınıb

“Papanin hospitalı”nda onkoloji xəstələrin başına gələnlər: 40 manatlıq prosedura 1400 manat alınıb

Tarix: 31-01-2024, 14:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 347

“Papanin hospitalı”nda onkoloji xəstələrin başına gələnlər:

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında (“Papanin hospitalı” kimi tanınır) hərbçilərlə yanaşı, mülki şəxslərə də tibbi xidmət göstərilir. Ancaq hərbçilərdən fərqli olaraq, mülki vətəndaşlara xidmət ödənişlidir.

Qiymətlər də “Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli”ndə müəyyənləşdirilib.
Bu cədvəl müdafiə nazirinin 1 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənib.
Hərbi Hospitalın onkologiya şöbəsinin rəisi İslam Məmmədov və bu şöbənin həkimi Pərvanə Rüstəmova orada onkoloji xəstəliklərdən əməliyyat olunanlardan cədvəldə göstəriləndən bir neçə dəfə çox pul almaqda suçlanırlar.
İddia olunur ki, məsələn, süd vəzi xərçəngindən əziyyət çəkən qadının yaxınlarından 1500 manat alıblar. Bunun cəmi 300 manatını kassaya ödəyib, qalan 1200 manatı aralarında bölüblər.
Yaxud qalxanabənzər vəzin əməliyyatından ötrü 1200 manat alınıb, bu vəsaitdən 320 manat kassaya köçürülüb. Daha bir xəstə onkoloji əməliyyatdan sonra dörd dəfə kimyaterapiya proseduru keçib və hər birinə görə 350 manat pul verib.
Bu prosedurlardan ötrü alınan 1400 manatdan hospitala cəmi 40 manat (hər birinə görə 10 manat) köçürülüb.
50 yaşlı İ.Məmmədov və 40 yaşlı P.Rüstəmova haqqında cinayət işinin materiallarında 10-a yaxın onkoloji əməliyyatda xəstələrin ailə üzvlərindən artıq pul alınmasından bəhs olunur.
Polkovnik-leytenant İ.Məmmədov həm də rəhbərlik etdiyi şöbədə analıq məzuniyyətinə gedən tibb bacısının yerinə işə götürülən başqa birindən 1500 manat pul almaqda suçlanır.
Şöbə rəisi və həkim haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi başlansa da, həbs olunmayıblar. Onlar həm istintaq, həm də məhkəmə dövründə azadlıqda olublar. Sadəcə, barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Tibb bacısından 1500 manat aldığına görə İ.Məmmədova dələduzluq ittihamı da verilib.

“İslam müəllim icazə verdi ki…”

Polkovnik-leytenant İ.Məmmədov məhkəmədə dindiriləndə özünü təqsirli bilmədiyini söyləyib.
Onun sözlərinə görə, xəstələrdən əlavə pul alıb, özlərinə götürsələr və bir sıra hallarda bölüşdürsələr də, bölgüdə kimə nə qədər çatacağı haqda öncədən qayda olmayıb.
Hərbi hospitalda əməliyyat zamanı artıq pul ödəmiş şəxslər bu cinayət işində zərərçəkmiş qismində tanınıblar.
İ.Məmmədov vurğulayıb ki, zərərçəkmişlərə vurduqları ziyan istintaq dövründə ödənilib.
O, hərəkətlərindən peşman olduğunu da dilə gətirib.
Eyni zamanda “Ege Hospital”ın həkimi olan digər təqsirləndirilən P.Rüstəmova məhkəmədə danışıb ki, Baş Klinik Hospitalda tibbi xidmətlərin qiyməti başqa tibb ocaqlarından daha ucuzdur. Bu üzdən çoxsaylı onkoloji xəstələr müayinə və müalicədən ötrü ora üz tuturdular.
Onun sözlərinə görə, qiymət cədvəlində göstərilən qiymətlərlə müalicə və əməliyyatlar həkimlərə sərfəli deyildi: “Ona görə də İslam müəllim icazə verdi ki, müayinə və müalicədən ötrü gələn mülki şəxslərdən cədvəldəkindən daha artıq pul alınsın. Hansısa xəstədən alınmış artıq pulun konkret hansı qaydada bölünməsi haqda danışmamışdıq. Adətən, hərəmiz öz xəstələrimizdən aldığımız pulu özümüzə götürür, amma bir xəstəyə hər ikimiz tibbi xidmət göstərəndə pulu aramızda bölürdük”.
Zərərçəkmiş qismində tanınanların heç biri məhkəmədə onlardan şikayətçi olmayıb. Əksinə, aralarında elələri olub ki, özünü, ümumiyyətlə, zərərçəkmiş saymadığını deyib.
Məhkəmə polkovnik-leytenant İ.Məmmədova 3 il şərti cəza verib.
Baş leytenant P.Rüstəmova isə təqsirli bilinsə də, 1000 manat cərimə edilib./arqument.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MN: İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradılıb

    MN: İşğaldan azad olunan ərazilərdə 2 səhra ...

    17-12-2020, 17:33

  • 
  • Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başladı

    Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar ...

    7-04-2016, 16:58

  • 
  • Müdafiə naziri və nazirliyin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar

    Müdafiə naziri və nazirliyin rəhbər heyəti ...

    31-12-2014, 18:17

  • 
  • Milli Onkologiya Mərkəzində pul bazarlığı - İTTİHAM

    Milli Onkologiya Mərkəzində pul bazarlığı - ...

    16-04-2018, 19:44

  • 
  • Bona Dea Beynəlxalq Hospitalı açıldı

    Bona Dea Beynəlxalq Hospitalı açıldı ...

    28-03-2018, 11:41


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu