Gundemxeber.az » GündəmXəbər » Abşeronda ölkə rəhbərinin imzaladığı Sərəncama məhəl qoyulmur - SƏBƏB?
Yəqin ki, tam əksəriyyət o haqda da məlumata malikdir ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakı şəhəri ilə bərabər, digər şəhər və rayonların ərazilərində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri iclasın gedişi zamanı tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha hər kəsin diqqətinə çatdırır və onu da qeyd edir ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırılacaq.18-03-2024, 15:20
18-05-2023, 13:51
10-10-2018, 15:03
11-01-2019, 13:06
10-07-2016, 14:41
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?