GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər »  Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN...

 Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN...

Tarix: 8-09-2025, 23:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 444

 Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
2014-cü il iyunun 1-də Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib. Qanunda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında məşvərətçi qurum - İctimai Şuraların yaradılması imperativ norma kimi əks olunub. Başqa sözlə, bu, o deməkdir ki, hər bir mərkəzi icra hakimiyyəti orqanının yanında İctimai Şura yaradılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) mərkəzi icra hakimiyyəti orqanıdır. Deməli, qanunla onun yanında İctimai Şuranın yaradılması məcburidir. Amma ADSEA yanında İctimai Şura varmı? Yoxdur! Bu, ADSEA rəhbərliyinin birbaşa qanunun tələblərini pozması mənasına gəlmirmi?

İctimai Şuralar müxtəlif dövlət qurumlarının yanında artıq uzun illərdir ki, fəaliyyət göstərir. İctimai Şuralardan cəmiyyətin gözləntiləri tam şəkildə özünü doğrultmasa da, ortada xeyli müsbət nümunə və uğurlu fəaliyyət örnəkləri var. Zaur Mikayılovun sözügedən qanun kimi, bu cür nümunələrə də göz yumması "İctimai iştırakçılıq haqqında" qanunun tam şəkildə işləməsini təşviq edən vətəndaş cəmiyyəti nümayəndələrində haqlı etiraz doğurur. ADSEA-da aparılan kadr siyasəti, yaxınlıq və şəxsi münasibətlər əsasında verilən təyinatlar barədə mediada yayımlanmış çoxsaylı məlumatları nəzərə alanda, İctimai Şuranın yaradılmaması ilə vətəndaş iştirakçılığına etinasız yanaşılması çox da təəccüblü görünmür. ADSEA-nın timsalında sözügedən qanuna məhəl qoyulmaması isə ona gətirib çıxarır ki:

Vətəndaşlar qurumun idarə olunmasında iştiraka cəlb edilmir;
Qurumun fəaliyyətinə ictimai nəzarət həyata keçmir;
Bu qurumla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil olunmur;
Rəhbərliyin fəaliyyətində aşkarlıq və şəffaflıq təmin edilmir;
Qurumun siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəy və vətəndaşların qanuni maraqları nəzərə alınmır;
Qurumun fəaliyyəti çərçivəsində pozula biləcək əsas insan və vətəndaş hüquqlarının müdafiəsinə şərait yaradılmır.
Xüsusi olaraq xatırlatmaq lazımdır ki, mediada ADSEA və onun fəaliyyəti barədə çoxsaylı tənqidi materiallar dərc olunub. Lakin qurum ünvanlanan tənqidlərin əksəriyyətini cavablandırmır, həmçinin jurnalistlərin informasiya sorğularına cavab verilmədiyinə dair şikayətlər də mövcuddur. Bu isə həm Konstitusiyanın, həm də müvafiq qanunların təmin etdiyi jurnalist hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Eləcə də xatırlatmaq yerinə düşər ki, “İctimai iştirakçılıq haqqında” qanunun pozulması hüquqi məsuliyyət yaradan haldır.

Lakin ADSEA-nın yanında İctimai Şuranın yaradılmamasını sıradan bir qanun pozuntusu hesab etmək də olmaz. Bu, həm də dövlətin və dövlət başçısının ali siyasətindən yayınmaq barədə rəy doğurur. Dövlət büdcəsindən külli miqdarda vəsait alan bu qurumun necə işlədiyi, hansı layihələrə nə qədər pul sərf etdiyi barədə ictimaiyyətin məlumat alma imkanları qapalıdır. Su ehtiyatları əhalinin sağlamlığı, kənd təsərrüfatı və ekoloji tarazlıq üçün həyati əhəmiyyət daşıyır. Məlum məsələdir ki, ictimai nəzarət mexanizmi olmayanda korrupsiya riskləri artır, hesabatlılıq zəifləyir, vətəndaşların qanuni maraqları tapdanır. Bu baxımdan, ADSEA rəhbərliyinin İctimai Şura yaratmaması, əslində, demokratik institutlara hörmətsizlik və ictimai etimadın qəsdən zədələnməsi kimi qiymətləndirilə bilər.

Bütün bunlara baxmayaraq, Zaur Mikayılovu tərifləmək istəyənlər bəzən onu “islahatçı məmur” kimi təqdim edirlər. Əgər bir rəhbər qanunun ən sadə və açıq tələblərindən yayınırsa, ictimai nəzarətdən çəkinirsə və şəffaf idarəetməni təmin etmirsə, onu “islahatçı” adlandırmaq hansı məntiqə sığır//aznews.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şikayətləri araşdıracaq Şura yaradıldı - Prezidentdən önəmli qərar

    Şikayətləri araşdıracaq Şura yaradıldı - ...

    3-02-2016, 20:34

  • 
  • Nazirliklərə nəzarət edəcək İctimai Şuraya üzvlük qaydaları bəlli oldu

    Nazirliklərə nəzarət edəcək İctimai Şuraya üzvlük ...

    15-05-2013, 14:27

  • 
  • Agentliyin dəstəklədiyi ictimai iştirakçılıqla bağlı layihə uğurla davam edir

    Agentliyin dəstəklədiyi ictimai iştirakçılıqla ...

    13-10-2023, 09:34

  • 
  • Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olunub

    Yerli icra hakimiyyəti orqanlarının ...

    5-04-2018, 10:04

  • 
  • Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası yaradılıb

    Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası ...

    3-02-2016, 14:53


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu