GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Tarix: 11-09-2025, 23:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 413

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınn (NHMT) sədri Mirvari Qəhrəmanlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni rəhbərliyinin qərarlarını və addımlarını sərt tənqid edən yazı qələmə alıb. Təşkilat sədrinin öz facebook səhifəsində də paylaşdığı həmin yazının geniş oxucu kütləsi üçün də maraq doğuracağını nəzərə alıb təqdim edirik:


Tarixi baxış: İlk həmkarlar təşkilatları İngiltərədə XVIII əsrin ikinci yarısında Trade Union olaraq işəgötürən tərəfindən hüquqları pozulan fəhlələrin birliyi kimi yaranıb. Daha sonra Fransada XIX əsrdə (1836-cı ildə) tipoqrafiya işçilərinin sindikat palatası şəkilində yaranıb və Avropada geniş vüsət alıb. Ruisyada profsoyuz hərəkatı 20-ci əsrin ilk illərindən meydana gəlib və 1905-1907-ci illərdən başlayaraq müəssisələrə yayılmağa başlayıb. Azərbaycanda isə ilk həmkarlar ittifaqı 1905-ci ildə Bakıda konka fəhlələri tərəfindən yaradılıb.

mirvari-m 

Avropada həmişə, Rusiyada isə ilk yarandığı vaxtlarda həmkarlar ittifaqlarını işçilər özləri yaradıblar. Bu təşkilatın fəaliyyətinin mahiyyətində işəgötürən qarşısında işçinin hüquqlarını qorumaq, sözün əsil mənasında, bu yolda döyüşmək olub. 

Sovetlər dönəmində həmkarlar təşkilatları komunist partiyasının tam təsiri altına düşüb komunist ideologiyasının təbliğatçılarından birinə çevrildi, yəni öz mahiyyətini itirdi. 

Komunist rejimi çöküb sovetlər dağılandan sonra Azərbaycanda Azad Həmkarlar hərəkatı əmələ gəldi. Müstəqil Azərbaycanda yaradılmış həmkarlar təşkilatları nə İngiltərədəki Trade Union, nə Fransadakı Syndicats, nə Polşadakı Solidarnost ola bildi, nə də sovet həmkarları kimi davam etdi: bunalrın arasında yarım-müstəqil, yarım müəssisə rəhbərinin himayəsinə sığınan bir quruma çevrildi.

21-ci ilin ilk illərində neft yataqlarının işlənməsi layihələrində çalışan fəhlələr BP-nin subpodratçı müəssisələrində Azərbaycanı Afrika ilə dəyişik salmış əcnəbi rəhbərlərin özbaşınalıqlarına etiraz fonunda öz təşkilatlarını yaratdılar. Təbii ki, siyasi rejimin təsiri ilə bu yeni, AHİK-in dəstəyi ilə qeydiyyatdan keçmiş nisbətən müstəqil həmkarlar təşkilatları da uzun müddət ayaqda qala bilmədi və qaynayıb o birilərinə qarışdı.

Mövcud vəziyyət: Azərbaycanda dövlət müəssisələrində Həmkarlar İttifaqı Təşkilatlarına (HİT) üzvlük idarə-müəssisə rəhbərliyinin iradəsi ilə həll olunur. Yəni işçi işə götürülən zaman əmək müqaviləsi ilə yanaşı HİT üzvlüyünə “könüllü” ərizəyə də imza atır. Neft-qaz-tikinti sahələrindəki layihələri yerinı yetirən podratçı şirkətlərdə isə üzvlük nisbətən sərbəstdir. Bu sonuncularda fəhlələrin HİT-na cəlb olunması üçün HİT rəhbərliyinin əsas silahı sosial problemlərlə üzləşmiş ağır krediti olan, yarıtmaz tibbi sığortadan yararlana bilməyən fəhlələrə verilən yardımlar, onların və ailə üzvlərinin yay istirahətinin təşkili, kurort və sanatoriyaya göndərişlərin verilməsi, işçilərin idman yarışlarda iştirakının təşkili və sairdən ibarətdir. AHİK-in qoyduğu qaydalara görə əvvəllər (əslində bu qurumun özünün özünə verdiyi səlahiyyətlərin Azərbaycan Respublikasının Konstitutsiyasına uyğun olub-olmaması sual altındadır!) işçinin əmək haqqından tutulan 1 faiz üzvlük haqqının 25 faizi ilk təşkilatdan alınıb sahə üzrə Respublika Komitəsinin(RK) və AHİK-in hesabına köçürülürdü . Oxucuda təsəvvür aydın olsun deyə qeyd edək ki, 3 min üzvü olan bir ilk təşkilat tərəfindən bir ildə AHİK-in hesabına köçürülən bu məbləğ 150-170, bəzən də 200 min manat olur. İşçinin əmək haqqının 1 faizindən tutulan məbləğin digər 25 faizi ilk təşkilatın ştatlı işçilərinin əmək haqqına xərclənir. Yerdə qalan 50 faiz isə işçilərə maddi yardıma, işçilərin və ailə üzvlərinin yay istirahətinin təşkilinə, kurort və sanatoriyalarda müalicəyə və eləcə də mədəni-kütləvi tədbirlərin (Yeni İl, Bahar Bayramı, 8 mart Qadınlar Günü, 20 sentyabr Neftçilər Günü, Ramazan Bayramı, Qurban Bayramı və sair kimi bayramların, idman yarışlarının) keçirilməsinə sərf olunur.

AHİK və Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqlarının Respublika Komitəsinin rəhbərliyindəki son dəyişikliklərdən sonra onsuz da boynubükük olan ilk həmkarlar təşkilatları tamamilə oyundankənar vəziyyətə salındı.İndiyə qədər üzvlərin əmək haqqının 1 faizindən tutulan məbləği (25%-i) AHİK və RK 100 faizə qaldırdı. Yəni bu qərardan sonra işçilərə edilən bütün yardımlara, mədəni-kütləvi tədbirlərə, işçilərin kurort-sanatoriyaya göndərişlərinə, yay-istirahətlərinə nə qədər pul xərclənəcəyinə ilk təşkilatlardan xəbəri olmayan sahə üzrə Respublika Komitəsi və AHİK qərar verəcək.

Bu il guya şəffaflığı təmin etmək üçün kurort və sanatoriyalara və eləcə də yay istirahətinə göndərişləri AHİK bir pəncərədən həll etmək istədi. Hər şey bərbad oldu. Minlərlə işçi narazı qaldı. Yeri gəlmişkən, bizdə olan məlumata görə, AHİK-in tabeçiliyindəki kurort və sanatoriyalarda, idman və turizm təşkilatlarında, istirahət yerlərində çoxlu sayda işçi işdən çıxarılıb və yerlərinə yeni sədrin qohum-əqrabaları, dost-tanışları götürülür. Təchizatın təmin olunması üçün bundan sonra bütün “tenderlər” sədrin şəxsi gösətərişi əsasında “keçiriləcək”. Bu müəssisələrin hüquqi şəxs statusu ləğv edilir və onlar bir mərkəzə tabe etdirilir. Təsəvvür edin, insanların istirahət üçün göndərildiyi yerlərdə sahibkarın ərzaq almaq səlahiyyəti olmur və hər şeyi əlində cəmləşdirmiş fövqəl-mərkəzin əlinə baxır! Bu, mümkün olan şey deyil! Orda keyifiyyətdən, müştəri məmnunluğundan söhbət gedə bilməz! Mərkəz bu il işçilərin istirahətini təşkil etməyi öz üzərində götürdü. Əvvəla, işçilərin göndəriş alması həddən artıq çətinləşdi. İkincisi də, qayıdanlar deyir ki, istirahət mərkəzlərində yataq mələfəsi həftədə bir dəfə dəyişdirilirmiş yayın bu istisində! Hələ bu, başlanğıcdır və xırda bir detaldır.

Bu gün ölkədə infilaysiyanın getdikcə artması və bunun fonunda əmək haqlarının artmamasına görə, eləcədə tibbi sığortaların bərbad olması səbəbindən işçinin öz əmək haqqının xeyli hissəsini müalicəyə xərcləməsi, əmək məcəlləsində edilmiş dəyişiklik nəticəsində müvəqqəti (1 aylıq, 3 aylıq, 6 aylıq, ən yaxşı halda 1 illik!) əmək müqavilələrinin bütün müəssisələrdə tətbiq edilməsi kimi ağrılı məsələlərdə işçiyə yardım etməli olan AHİK müftə pul ovuna çıxıb. Hüquqlarını qorumadığı işçilərin əmək haqqının bir faizinin hamısını (AHİK-in Respublika üzrə bu gəliri indiyə qədər milyonlarla hesablanırdı!) alır və işçilərin qarşlaşdığı prinsipal məsələlərin həllində isə durub kənardan baxır. Ən gülməli-ağlamalısı isə odur ki, AHİK sistemində çalışan işçilər də müvəqqəti əmək müqaviləsi ilə işə götürülürlər. AHİK-in və RK-ların çoxdan bu sahədə çalışan işçilərinin əvvəlki əmək müqavilələri dəyişdirilib müvəqəti əmək müqaviləsinə keçirildiynə görə onların əmək müqaviləsi müddət bitdikcə dayandırılır, yeni müdətə uzadılmır və onların yerinə yeni işçilər işə götürülür! Absurd! Yeri gəlmişkən, rəhbərliklər dəyişdikdən sonra istər RK-larda, istərsə də AHİK-də ştatlı işçilərin sayı durmadan artırılır... Ən acınacaqlısı isə odur ki, yeni götürülmüş işçilərin vəzifə öhdəliklərindən anlayışları yoxdur. Tanış-bilişlərinin adamlarını götürürlər. Bu cür bacarıqsız işçilərə, “mötəbər yerlərdən” tapşırıldığı üçün “gözün üstə qaşın var” deyən olmur. İşçinin əmək haqqının 1 faizinə gözünü dikmiş AHİK sistemi bu gün müşavir bolluğu ilə müşahidə olunur. Təkcə AHİK-in özündə 10 müşavir vəzifəsi əmələ gəlib. Elcə də RK-larda, Kururt-Sanatoriyada, İdman-Turizm cəmiyyətlərində... Necə deyərlər, “daş atırsan müşavirə dəyir.” Bu müftəyeyənlərin də hamızı daraşır bütün ağırlığı çiyinlərində daşıyan ilk təşkilatlara! Hər gün 3-4 sorğu məktubu! 2-3 işçisi olan ilk təşkilat bilmir işçinin problemləri ilə məşöul olsun, ya bu işsizlikdən darıxan müftəxorların mənasız sorğularına cavab hazırlamaqla!

Yuraxıdan aşağıya bütün kadrları – sahə üzrə Respublika Komitə sədrlərini və onların işçilərini, kurort və sanatoriyalarda çalışan işçiləri, hamısını AHİK sədri təyin edir. Heç bir seçkidən-filandan söhbət gedə bilməz! Əslində, Həmkarlar İttifaqları aşağıdan yuxarı formalaşmalıdır, bizdə isə indi icra strukturlarında olduğu kimi yuxarıdan aşağı formalaşdırılır. Məntiqlə, eləcə də AHİK-in özünün qəbul etdiyi Nizamnaməyə görə təşkilatları işçilər özləri yaradır və özləri də maliyəşəlirirlər, üstəlik də RK, AHİK deyilən mənasız qurumlarların müftəxorları yedizdirirlər.

AHİK-in bu şəkildə nazirliyə çevrilməyindən, gözünü işçinin əmək haqqının 1 faizinə dikərək bütün üzvlük haqqını bir mərkəzə toplayıb istədiyi şəkildə xərcləməsindən, fəhlənin hesabına “hamam suyundan özünə dostlar tutmasından” təbii ki, işçilər məmnun olmayacaq və haqlı olaraq Hİ üzvlüyündən çıxacaqlar.

Son: Həmkarlar İttifaqlarının bu şəkilə salınması göstərişinin “yuxarı”dan gəldiyini söyləsələr də, bu heç inandırıcı görünmür/yenixeber.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həmkarlar İttifaqı intihar edən qazinin ittihamından danışdı

    Həmkarlar İttifaqı intihar edən qazinin ...

    25-12-2013, 16:41

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38

  • 
  • Məhkəmə aclıq edən neftçilər haqda qərar çıxarıb

    Məhkəmə aclıq edən neftçilər haqda qərar çıxarıb ...

    24-01-2017, 20:28

  • 
  • Baş mühasibə salam vermədi və cəzalandırıldı

    Baş mühasibə salam vermədi və cəzalandırıldı ...

    10-12-2013, 00:47


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu