GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?

Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?

Tarix: 24-09-2025, 20:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 125

 Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli “Regional Su Meliorasiya Xidməti” tərəfindən keçirilmiş açıq tenderlərə yekun vurulub. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə “Regional Su Meliorasiya Xidməti” 03.09.2025-ci ildən 23.09.2025-ci ilə qədər keçirilmiş 28 açıq tenderdə “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib.

Qeyd edək ki, “AZSUR GROUP” MMC “Regional Su Meliorasiya Xidməti”ndən 23.09.2025-ci ildə 7 açıq tender, 12.09.2025-ci ildə 11, 12.09.2025-ci ildə isə 7 açıq tenderin qalibi olub. onlardan bir neçəsinə diqqət yetirək.

Torpaq məcralı Malikumudlu kanalının (PK 19+00÷PK 29+00,L=1,0 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri üzrə açıq tender 11.09.2025-ci ildə yekunlaşıb və 295.181,61 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Əhmədalılar Haramı beton kanalının (PK26+00-PK 35+00, L= 900 m) beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 11.09.2025-ci ildə yekunlaşıb və 217.415 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Torpaq məcralı Nadirşah kanalının (PK 99+00-PK104+00, L=500 m) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 12.09.2025-ci ildə yekunlaşıb və 189.804,41 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Torpaq məcralı Zülfəli kanalının (PK 00+00-PK 10+00 (L=1 km) beton üzlüyə alınması üzrə açıq tender 12.09.2025-ci ildə yekunlaşıb və 189.744 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

3 aqreqatlı 1 saylı tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin (D=900mm,L=450 m) əsaslı təmiri üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 276.710 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

S -1-3 (LR-80 nov kanalının (PK 4+00+PK 30+6(h L=2,66 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 363.558 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Axiya sarvanı kanalının beton üzlüyə alınması (PK18+48-PK38+48) (L=2000m) üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 208.270 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Göründüyü kimi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçildiyi bu tenderlərin hərəsi bir rayonda həyata keçiriləcək işlərlə bağlıdır. Məsələn, Malikumudlu kanalı Zərdab rayonunda, Əhmədalılar Füzuli rayonunda, ı Zülfəli kanalı Ağdaş rayonunda, Mərzəndiyə kanalı Şamaxı rayonunda, Qandax kanalı Zaqatala rayonunda, “Qızıl-Nohur nasos stansiyası Abşeron rayonunda, Muğan kanalı İmişli, Saatlı və Sabirabad rayonlarında, Ağalıq-1 kanalı Şabran rayonunda, Həmzəlli kəndi Qəbələ rayonunda, Quşqara kəndi Göygöl rayonunda, Tuğ suvarma kanalı Xocavənd, Qarayeri Samux rayonunlarında yerləşir.

Bəs “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti bu dövlət sifarişlərini eyni vaxtda, ayrı-ayrı rayonlarda yerinə yetirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZSUR GROUP” (VÖEN: 1503949491) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.02.2018 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev.21F, m.21F, qanuni təmsilçisi kimi isə İmanlı Rəşad Yasəf oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var. MMC 02.05.2024-cü ildə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə, 02.05.2024-cü ildə Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə, 06.05.2024-cü ildə təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi üzrə lisenziyalar alıb.

Rəsmi dövlət qurumlarının məlumatlarından da göründüyü kimi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.05.2024-cü ildə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə ilk lisenziya alıb. MMC-yə 08.08.2025-ci ildə isə meliorasiya qurğularının layihələndirilməsi üzrə lisenziya verilib.

Bütün bunlara baxmayaraq, “Regional Su Meliorasiya Xidməti” son 20 gün ərzində “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini 28 açıq tenderdə qalib seçib. Bu tenderlərin ümumi dəyəri 20 milyon manatdan çoxdur. Qeyd edək ki, “AZSUR GROUP” MMC yalnız sentyabr ayının 1-dən bu günə qədər 33 açıq tenderin qalibi seçilib. Maraqlıdır bu MMC-nin nə qədər işçi qüvvəsi var və eyni vaxtda bu işləri necə həyata keçirəcək.

Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Dövlət Su Ehtiyatları Agentliyinə tabeli publik hüquqi şəxsi kimi əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin varisidir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib./Aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu

    Külli miqdarda vergi borcu olan şirkət Zakir ...

    23-07-2025, 23:34

  • 
  • Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq?! -DETALLAR

    Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə ...

    30-06-2025, 11:29

  • 
  • Yerüstü Nəqliyyat Agentliyindən mebel istehsalçısı “Eptal Group” MMC ilə şübhəli müqavilə – 776 min manata

    Yerüstü Nəqliyyat Agentliyindən mebel ...

    7-08-2025, 23:22

  • 
  • Qubanın da öz TALANÇILARI VAR... - Suleyman Kərimov fəaliyyətə necə başladı...

    Qubanın da öz TALANÇILARI VAR... - Suleyman ...

    2-07-2021, 13:22

  • 
  • Deputatın milyona yaxın borcu olsa da... - TENDER UDUR...

    Deputatın milyona yaxın borcu olsa da... - TENDER ...

    4-09-2025, 23:39


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu