GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

Tarix: 14-10-2025, 12:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 9

…filankəsi tapşırıblar, ona 20 min manat verdilər, filankəs övladına toy edəcək ona 30 min manat verdilər…


Elə QHT-lər qalib olur ki, onun sədri deputatın həyat yoldaşı, məmurun bacısı və başqa şəxslər olur. Elə QHT-lər var ki, bir ailədən 3 üzv qrant alıb


QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı araşdırmalarımız davam edir. Məlum aktuallığını nəzərə alıb, bu sektordakı qaranlıq məqamlara işıq salmağa və onların geniş şəkildə təhlil olunmasına çalışırıq və çalışacağıq. Bu dəfə də “Yenixeber.org”-un qonağı  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızıdır.

-Mətanət xanım, təcrübə göstərir ki, dövlət qurumları da, insan kimidir: özlərində olmayan dəyərlərdən çox danışırlar. QHT-lərə Dövlət Dəstəyi Agentliyini də bu sıraya qatmaq olar. Təkcə siz deyil, xeyli sayda QHT rəhbərləri bizimlə fikirlərini bölüşür və bu cameədə ciddi maxinasiyaların olduğunu bildirirlər. Sadəcə qrant asılılığı olduğu üçün açıq mövqe sərgiləyə bilmirlər. 

Siz necə düşünürsünüz, QHT Agentliyinin şəffaflığa əməl etməməsinin səbəbi nədir, bunun arxasında nə gizlənir?

-Mən çalışacam ki, QHT Şurası dönəmi ilə müqayisə edərək bu məsələlərə toxunum. QHT Şurasının ləğvi və onun bazasında QHT Agentliyinin yaranması dövründən elə də çox zaman keçmir, təqribən 4 ildir. Əksinə yeni qurum yarandıqda, köhnənin buraxdığı səhvləri təkrar etməməlidir. İndi nəinki səhvləri təkrar etmək, tamamilə əksinə olaraq hər şey biabırçı vəziyyətə gətirilib. 

Səmimi deyim ki, QHT Şurası dönəmində olan şəffaflığın heç 5 faizi indiki QHT Agentliyində yoxdur. Mən çalışıb nümunələr üzərindən danışacam ki, sizlərə də aydın olsun. Məsələn: QHT Şurası o zaman yüzlərlə QHT sədrini bir neçə dəfə yığıb qrant müsabiqəsinin mövzusu ilə bağlı fikirləri öyrənir, QHT-lərin aşkar etdiyi problemləri dinləyirdi. Elan verilərkən QHT-lərin üzə çıxardıqları problemləri nəzərə alır və ona uyğun müsabiqə elan edirdilər. Çünki, bu QHT-lərə dövlətin dəstəyini ifadə edirdi. İndi isə tamamilə əksinə, elan verilir və məlum olur ki, bu QHT-lərin əksəriyyətinin məşğul olmadığı mövzulardır. Məsələn: ötən il COP29-la əlaqədar mövzu qoyulmuşdu. Orada çox vəsait var idi deyə, bu problemlər məşğul olan və olmayan nə qədər təşkilat oraya müraciət etdi. Eləcə də builki elanda, Bakıda keçiriləcək Şəhərsalma Forumu ilə bağlı mövzu qoyulub. İndi sual verin özünüzə, Azərbaycanda nə qədər bu məsələlərlə işləyən təşkilat var. Qrant nəticələrinə də bir neçə aydan sonra diqqət edin, görün kimlər qalib gələcək. Bu mövzuda çox danışa bilərəm, qrant nəticələrini ciddi təhlil etsəniz, qalib gələn təşkilatın profili və aldığı qrantın mövzusuna baxsanız dəhşətə gələrsiniz. 

2025-ci ilin qrant nəticələrinə baxın, orada istehlakçı hüquqları ilə bağlı bir QHT rayonlardan birində şəhidimizin təbliği ilə bağlı layihə qalibi olub. Şəhidlər bizim baş tacımızdır, amma bu işlə məşğul olan və nizamnaməsində bu fəaliyyət növü olan yüzlərlə QHT var. İstehlakçı hüququ hara, şəhidimizin təbliği hara. Adam hər şeyi danışa bilmir, dərhal media vasitəsilə üzərinə hücum çəkib, şər-böhtan yağdırmağa başlayırlar. 

QHT Şurası o zaman qrant nəticələrini elan edəndə qalib olan və olmayan bütün QHT-lərin adlarını, hətta QHT sədrlərinin adlarını açıqlayırdılar. İndi nə bəladırsa, nəinki qalib olmayan, heç qalib QHT sədrinin adını açıqlamırlar. Sonra şəffaflıq deyirlər. Təbii ki, səbəbini bilirəm. Orada elə QHT-lər qalib olur ki, onun sədri deputatın həyat yoldaşı, məmurun bacısı və başqa şəxslər olur. Elə QHT-lər var ki, bir ailədən 3 üzv qrant alıb. Bunu nəcə açıqlasınlar? Sonra bunlar mediada işıqlanacaq axı.

Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, QHT Agentliyi həm yuxarıları, həm də ictimaiyyəti yalançı statistikalarla aldatmağa çalışır. Mən sadə bir misal göstərəcəm. 

Agentliyin mətbuat katibi 2024-cü ilin qrant müsabiqələri zamanı açıqlama verir ki, Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət daxil olub. Yalandan əlavə edir ki, bu son 15 ildə milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir. 

2025-ci ildə də utanmadan açıqlayırlar ki, 2025-ci ildə rekord sayda – 915 təşkilat müraciət edib. 

Bu məsələni həmkarlarımız da qaldırmışdı ki, Agentlik yalan deyir və ictimaiyyəti aldadır. İndi mən də həmin faktları da sizlərə məhz QHT Şurasının özünün 10 illik hesabat jurnalından təqdim edirəm. Təkcə 2010-cu ildə QHT Şuranın 1 müsabiqəsinə müraciət edən QHT-lərin sayı 845, 2016-cı ildə isə rekord sayda – 1188 QHT olub.

-Təcrübəli jurnalist kimi bunu necə dəyərləndirirsiniz? Belə yalançı statistikalarla kimi aldadırlar, nəyə nail olmaq istəyirlər?

-İki məqamı da qeyd edim ki, yalanlar barədə bir az geniş təsəvvürünüz yaransın. Dediklərimlə, QHT sədri həmkarlarım da razılaşacaq. Bu barədə çox fikir mübadiləmiz olub. 

Agentlik qrant elanı edəndə bildirir ki, böyük qrant 50 min, orta 30 min, kiçik qrant isə 15 min manatdır. Zəhmət olmasa özünüz də baxarsınız, görün müraciət edənlərin neçəsinə istədiyi məbləği veriblər. Təkcə, 2025-ci ilin böyük qrantlarını mən analiz etmişəm və baxıram ki, 2 təşkilata 40 min, 1 təşkilata 36 min, 3 təşkilata isə 35 min manat veriblər. Hanı bəs 50 min? 

Orta və kiçik qrantlarda da vəziyyət eynidir. Burada keyfiyyət deyil, kəmiyyətə üstünlük verilir. Necə ki, əvvəldə qeyd etdiyim kimi, mətbuat katibi bildirir ki, rekord sayda müraciət edilib. Bəs sual verirəm, rekord sayda maliyyələşdirə bilirsinizmi? Bəs rekord sayda QHT-lərin aqibəti necə olur? Onlar 1 il oturub sizləri gözləyir? Təbii ki, xeyir. Çünki ortada ad və siyahı yoxdur. Demək ki, statistika ilə insanları aldadırlar. Bunu nə zaman istəsələr sübut edə bilərəm. 

 Bu mövzularda imkan olduqca danışacağam. 

-Şəffaflıqdan danışırıqsa, 2025-ci ilin qrant müsabiqəsinin qaliblərinin siyahısını götürdük və bir təhlil apardıq. Aparıcı medialarda bu layihələrin cəmi 5-10-u barədə informasiyaya rast gəlmək olur. Onlar da bəllidir, yəqin xarici ölkədə keçirildiyi üçün özləri çalışır ki, bütün medialara ötürsünlər. Bəs qalanlarının taleyi?

Nəticələrin təhlili ilə bağlı da ilin sonunda bir müzakirə apara bilərik. Siz korrupsiya sxemini tam aydın görə biləcəksiniz. 

Mövzudan yayınmadan daha bir şəffaflıq müqayisəsi aparacam. QHT Agentliyi son 1-2 ildir qrant nəticələrindən sonra elan edir ki, narazı qalanlar apellyasiya komissiyasına şikayət edə bilər. Hanı o komissiya, kimdir sədri, haradadır mediada onların iclas fotoları. Bəs nəticələri mediada varmı? Təbii ki, xeyir, formal bir prosedurdu. Narazi adamların başını aldatmaq üçün.

Amma indi də mediada axtarsanız, QHT Şurasının apellyasiya komissiyasının bütün iclaslarının mediada xəbərləri ilə rastlaşa bilərsiniz. Hətta layihəsi dəstəklənənlərdə olurdu. Bax, bu cür şəffaflıq nümunələri qeyd etmək mənim borcumdur. 

Əgər yaxşı iş varsa, onu qeyd etmək lazımdır. Ümumiyyətlə, QHT Şurasının fəaliyyətindəki aşkarlıq nəinki ölkəmizdə, hətta başqa ölkələrdəki xarici donorlar üçün də nümunə ola bilərdi. Amma ...

             QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva

Daha bir nümunə də göstərəcəm. Bu müsabiqədənkənar qrantlarla bağlıdır. QHT Şurası zamanı müsabiqədəkənar layihələrin adları rahatlıqla elan olunurdu. Hamı bilirdi ki, bu layihə nəyə görə növbədənkənar verilib. İndi biz dildən-dilə eşidirik ki, filankəsi tapşırıblar, ona 20 min manat verdilər, filankəs övladına toy edəcək ona 30 min manat verdilər. Baxın budur bunların iş prinsipi.

Bir məsələni də qeyd edim. QHT Agentliyinin qrant müsabiqələri ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qayda var. Orada böyük və orta qrantlarla bağlı tələblər var.  Açıq aydın qeyd olunur ki, böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması, orta qrant müsabiqəsinə layihə təqdim edən QHT-lər isə son 3 ildə eyni məlumatların təqdim etməlidir. Buradan hansısa QHT-nin adını çəkməyim düzgün çıxmaz. Amma, 2024-cü və 2025-ci il qrant müsabiqələrində elə təşkilatlara böyük və orta qrant verilib ki, burada nəinki şəffaflıq pozulub, həm də qanun pozuntusu var.

-Mətanət xanım, sonda bir sual da vermək istəyirəm. Bu günlərdə qarşıma çıxdı ki, QHT Agentliyi ilk dəfə olaraq dövlət-özəl və QHT arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafını təşviq etmək üçün BP şirkəti ilə ekoloji mövzuda qrant müsabiqəsi elan edib. Doğurdanmı bu ilk dəfədir? Bir az şübhəli görünür… 

 -Tamamilə şübhələnməkdə haqlısınız. Belə “ilklər” barədə hələ sizinlə çox məsələləri bölüşəcəm. Amma sualınızla bağlı konkret deyim ki, ilk olması yalandır. Xatırlayıram ilk dəfə belə bir müsabiqəni QHT Şurası etmişdi. “Qaradağ Sement” QSC ilə birgə çox maraqlı bir müsabiqə elan edildi və korporativ sosial məsuliyyət sahəsində həqiqətən çox səmərəli layihələr icra olundu. İndi bunların əlində güclü media resursları var və yalanları rahatlıqla sırıya bilirlər. İnanan inanır, inanmayan da özünü inanmış kimi göstərib qrantını alır. İndi belə bir dövrdü, mövqesizlik göstər və pulunu qazan. 

-Belə görünür ki, bu təşkilat de-fakto batır…

-Mən Yenixeber.org-a minnətdarlığımı bildirirəm ki, nəhayət QHT Agentliyinin batan bataqlıqdan çıxmasında maraqlısız. Gələn müsahibəmiz sizə maraqlı olsa QHT Agentliyində QHT-lərin hesabatlılıq mövzusuna və qurumun necə “baş sayan” agentlik olmasına toxunacayıq. Məncə bu bütün QHT-lərin ürəyincə olacaq.

(Ardı var)/yenixeber.org/

 



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ...

    26-01-2018, 14:05

  • 
  • "Aygün Əliyeva Röya Ayxanın prodüserinin Agentliyə gətirdiyi əməkdaşlara..." - ŞOK FAKTLAR

    "Aygün Əliyeva Röya Ayxanın prodüserinin ...

    15-12-2023, 21:33

  • 
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu