İqtidar üçün iğtişaşçıların, müxalifət və QHT-lər üçün etirazçıların lazım olması qaranlıq məqamlardan xəbər verir. Belə ki, yerli əhalinin harınlara qarşı üsyanı və ya dərin idarəetmə böhranının nəticələri bu günə qədər müəmmalı olaraq qalır.
2013-cü ilin yanvar ayının 23-də İsmayıllı rayonunda iğtişaşlar baş vermişdi. Yerli əhali “Çıraq” hotelini, icra hakimiyyəti başçısının evini, avtomobilləri yandırmışdı. Başçı Nizami Ələkbərovun istefası da tələb olunurdu.
Hotelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Samaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobilləri də yandırıldı.
Yerli polisin açıqlamasınagörə, iğtişaşlara səbəb yol-nəqliyyat hadisəsi olub.
Bu günlərdə redaksiyamıza daxil olan səhih məlumatdan isə aydın olur ki, hadisələr heç də yuxarıda qeyd olunanlar kimi deyil. Əslində, baş verən münaqişəni yerli polis şöbəsi sakitçiliklə həll etməyə çalışıb və buna qismən nail olub. Vəziyyətin sakitləşməsini istəməyən Bakıdakı yüksək çinli məmur, paytaxtdan 239 kilometr şimal-qərb məsafədə yerləşən İsmayıllı rayonunda durumun gərgin olması səbəbindən buraya əlavə güc göndərir. Bundan sonra rayonda vəziyyət daha da gərginləşir. Yerli sakinlərin məlumatına görə, aksiyanın dağıdılması zamanı Daxili Qoşunlar və çevik polis alayı ilə əhali arasında qarşıdurmalar yaşanır.
Bu zaman yerli polis şöbəsinin əməkdaşları aksiya iştirakçıları ilə üz-üzə getməyib. Çünki, polis şöbəsinin rəisi iğtişaşların qızışmasını istəyən qüvvələrin olduğunu bilir və tabeliyində olan polis əməkdaşlarına heç bir işə qarışmamaq üçün göstəriş verirdi. Burada sabiq Sosial Müdafiə naziri Fizuli Ələkbərovun adı şişirdilsə də, onun haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyildi. Baş verən iğtişaşların arxasında birbaşa Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mediyevin özü dayanırdı. "Burada icra başçısının və onun qardaşının, nazir oğlunun şişirdilməsi birbaşa Fizuli Ələkbərovun siyasi hakimiyyət tərəfindən vurulmasına hesablanmış plan idi" -- deyə, yerli sakinlər bildiriblər.
Aşağı və yuxarı dairələrdən əldə etdiyimiz məlumatlar da onu deməyə əsas verir ki, bu işlərin arxasında Ramiz Mehdiyevin olması, münaqişənin birbaşa Rusiyanın maraqlarını həyata keçirməyə hesablanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?