GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:Ölü təşkilatları belə dirildirlər...

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:Ölü təşkilatları belə dirildirlər...

Tarix: 22-10-2025, 21:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 11

İctimai Nəzarəti həyata keçirdiyimizə görə ailə üzvlərimizdən əvəz çıxırlar...


Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər. 

Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı redaksiyamıza daxil olan yeni məlumatlarla araşdırmalarımız davam edir. Məlum aktuallığını nəzərə alıb, bu sektordakı qaranlıq məqamlara işıq salmağa və onların geniş şəkildə təhlil olunmasına çalışırıq və çalışacağıq. Hələlik isə “Yenixeber.org”-un qonağı  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı ilə mövzunu davam etdiririk:

 

-Mətanət xanım, ötən müsahibələriniz oxucularımız tərəfindən geniş maraqla qarşılandığı  üçün qərara gəldik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı sizinlə mövzunu davam etdirək. Agentliyin qrant müsabiqələrindəki narazılıqlardan, rəhbərlikdə təmsil olunan şəxslərin yaxınları tərəfindən QHT-lərin satın alınması, sonradan onlara qrant verilməsi və başqa mövzulardan danışmaq istəyirik. Ona görə ilk sualımız da belə olacaq, həqiqətən də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində qanun pozuntusu varmı və konkret faktlar göstərə bilərsinizmi?

-Biz bu barədə dəfələrlə öz sosial şəbəkə hesablarımızda yazmışıq, öz etirazımızı bildirmişik. Təəssüf ki, Agentliyin fəaliyyətinə nəzarət edən qurumlar və şəxslər bu məsələlərə laqeyid yanaşaraq, eyni qanunsuzluqların davam etdirilməsinə yol veriblər və verirlər. Belə ki, Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli qərarı ilə Agentlik tərəfindən qrant müsabiqələrinin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi təsdiq edilib. Mən təklif edərdim ki, siz də bu qaydalara nəzər salasınız və müsabiqə nəticələrini təhlil edəsiniz. Bu qaydalar təsdiq olunduqdan sonra 2 müsabiqə keçirilib və hər ikisində də çoxlu sayda pozuntu aşkarlanıb. 

Məsələn: Qaydalarda açıq aydın yazılır ki, böyük qranta layihə təqdim edən QHT-nin son 5 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması tələb olunur. Eləcə də, orta qranta layihə təqdim edən QHT-nin son 3 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılması tələbi mövcuddur. Konkret olaraq, göstərilir ki, böyük qrant almaq istəyən təşkilatın azı 5 illik fəaliyyəti, orta qrant almaq istəyənin isə 3 illik fəaliyyəti olmalıdır. Burada aydın olmayan bir məsələ yoxdur. 

Amma, gəlin 2024-cü il və 2025-ci il üzrə qrant müsabiqələrindəki pozuntulara baxaq.

Məsələn: 2024-cü il üzrə orta və böyük qrant verdikləri təşkilatların fəaliyyətə başladıqları illərə baxın.

“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi (2023-cü il) - Böyük qrant üzrə 30200 manat;

“Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi (2022-ci ilin oktyabr ayı) – Orta qrant üzrə 15500 manat;

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi (2023-cü ilin aprel ayı) - Orta qrant üzrə 17800 manat;

 "Bakı Politoloqlar Klubu" İctimai Birliyi (2021-ci ilin sentyabr ayı) - Böyük qrant üzrə 30350 manat.

Siyahını xeyli artırmaq olar. Siz hər bir təşkilatın qeydiyyat tarixi ilə onların layihə aldığı müddətlərə baxıb, necə qanunsuzluq baş verdiyini görə bilərsiz. 

Çox maraqlıdır ki, Hesablama Palatası və Maliyyə Nazirliyi belə məqamlara səthi yanaşır. 

Qeyd etməyi unutmuşdum, hətta Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər. 

2025-ci il üzrə də eyni mənzərədi. Hətta 2024-cü ildən daha da çoxdur. Əksəriyyəti ilə yaxşı münasibətim olduğu üçün bir-bir adlarını sadalamağım düzgün çıxmaz. Özünüz siyahıya baxıb hər şeyi görə bilərsiniz. 

-Mətanət xanım, bu cür faktları səsləndirdiyinizə görə şəxsinizə qarşı media vasitəsilə hücumlar təşkil olundu, əleyhinizə sifarişli yazılar yazıldı. İndi anlaşılır ki, Ədliyyə Nazirliyi sizin təşkilatın dövlət reyestrindən çıxarışını niyə təqdim etmir. Sözsüz ki, zaman gələcək bu faktlarınız çox vacib sübutlardan olacaq.

-Çox qəribədir, hər ötən gün QHT sektoru ilə bağlı baş verənlərdən dolayı mat qalıram. Söhbət təkcə şəxs olaraq Mətanət Əsgərqızından getmir. Mən bir ölkənin vətəndaşıyam. Vətəndaş olaraq da hüquqlarım var. Ölkə Prezidenti dəfələrlə deyir ki, İctimai Nəzarət, İctimai qınaq ləng gedir. Harada neqativ hallar var, məlumatları verin.

Birincisi, prezidentə məlumatlar  əlçatan deyil. Vətəndaş olaraq səsimizi , yazdığımızı ona çatdırmırlar. Faciə odur ki, bir qurum tənqid olunursa, başlayırlar mediada sifarişli yazılar yazdırmağa. Trollar tökülüşüb eninə- boluna özlərinə yaraşanı yayırlar. Ailə üzvlərinlə təhdid edirlər. Mənim qızım da ictimai birlik rəhbəridir. Hər zaman həssas qruplarla işləyib. Yəni əsasən şəhid ailələri, qazilərlə. Hər zaman da gözəl layihələr icra edib. Deməzdim ki, hər qrant müsabiqəsində ona layihə veriblər. İndi mən İctimai Nəzarəti yerinə yetirirəm, əvəzini qızımdan da çıxıb, Ədliyyə Nazirliyinə tapşırıq veriblər ki, dövlət reyestrindən çıxarış sənədini verməsinlər. Ağıllarıyca guya başqa QHT-lərə gözdağı verirlər ki, baxın ha, çox danışsanız, aqibətiniz bunlar kimi olar… Bunlar vəzifədə oturublar, cənab Prezident bunlara etimad göstərib, indi gəlib xidmət etməkdənsə, vəziyyəti gərginləşdirib, Vətəndaş Cəmiyyətini (VC) ölkə rəhbərindən narazı salmaq istəyirlər. Düşünürlər ki, o kreslolar atalarının mirasıdır. İndi sual olunur, 37-ci ildir ailə üzvlərimizdən əvəz çıxırsınız? Düzü o sənəd bizə o qədər vacib deyil, çünki təşkilatı təkcə qrant almaq üçün açmamışıq. Qapımıza gəlib dərdini deyən şəhid ailəsi, qazinin problemini həll edə biliriksə özümüzü çox xoşbəxt hiss edirik. Gözləri doymayanlar, o vəsaitləri  özlərinə, yaxınlarına saxlasınlar. Hər şeyin bir sonu olur. Gün gələcək bunlardan da hesab soruşacaqlar, işləyən, töhfə verən təşkilatlarla niyə intriqa aparıbsınız? Hər-halda cənab Prezidentin köməkçiləri sırasında vicdanlı, ona sadiq insanlar var. Onlar da xəbərdardılar ki, Vətəndaş Cəmiyyətinin başına hansı oyunlar açılır. Dövlət vəsaitlərini kimlər öz məqsədləri üçün istifadə edir.

-Qəribəsi budur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənlərlə bağlı bizə də çox müraciətlər daxil olur. Amma sizlər kimi açıq mövqe nümayiş etdirən yoxdur.

-Açığı hamı baş verənlərin fərqindədir. Bilirlər ki, sağlam tənqid top-tüfənglə qarşlanır. Beləliklə də həmin QHT sədrlərinin QHT –lərə Dövlət Dəstəyi Agentliyinə, qrant müsabiqələrinə, bu cameədə görünməyə çıxışları bağlanacaq. Onlar da zamanlarını gözləyirlər. Son hadisələrə diqqətlə baxın, Ramiz Mehdiyevin qarşısında əyilənlər bu gün onu söyürlər. İndi Vətəndaş Cəmiyyətinə rəhbərlik edənlər, bu iyrənc mənzərəyə  baxsınlar. Şuşa, Xankəndi səfərlərindən çoxlu şəkillər paylaşan, yazılar yazanların bəziləri inanın bir gün onları tənqid, təhqir edəcəklər. İnsanlar əyilmək, yaltaqlanmaq məcburiyyətində qalsalar da  qarşısındakının ayağı bir gün büdrəyəndə ilk və ən sarsıdıcı zərbəni onlar vurur. Çünki aşağılanmaqlarını bağışlamırlar…

-Bu məqamda bir məsələni xatırladım. Youtube kanallarından birində qulaq asdım ki, jurnalistlərdən biri öz sosial şəbəkəsində qeyd edib ki, guya yeni QHT yaradıb və həmin təşkilatı “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi adlandırıb. Amma orada bəzi faktlar təqdim etdilər ki, o illərin təşkilatı olub və Fəridə Əliyeva rəhbərlik edib. Bu məsləyə də münasibətinizi öyrənmək istərdim. 

- Əgər o təşkilat deyildiyi kimi yeni yaradılsaydı, ona bu ilin orta qrant müsabiqəsində 17 min manat verməzdilər. Həmin təşkilatı QHT Şurası dövründən yaxşı tanıyırdım. Görünür burada başqa məsələlər var. Artıq bunu aidiyyəti qurumlar araşdırmalıdır. Belə faktlar az deyil, ölü təşkilatların dirildilməsi prosesini izləyirik.

-Mətanət xanım, belə məlumatlar da dolanır ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva müxtəlif ölü təşkilatları diriltmək, sonra onları müxtəlif yaxın adamlarının adlarına rəsmiləşdirmək bacarıqlarına malikdir. Bunlar sadəcə sözdür, yoxsa konkret faktlar var? 

- Bu mövzuda çox danışmaq olar. Amma, sizə fakt lazım olduğu üçün, bir misal üzərindən danışacam. Allah Mirzə Cəlilə rəhmət eləsin: “Ölülər”dəki məşhur Şeyx Nəsrullah yada düşür… 

QHT Şurası zamanında müxtəlif tədbirlərdə qarşılaşdığım və Saatlı rayonunda fəaliyyət göstərən bir təşkilat var idi. Sonradan təşkilat rəhbəri hansısa dövlət qurumunda işə düzəldi və ictimai sektordan getdi. İllər sonra həmin təşkilatın adını qrant müsabiqəsinin qalibləri sırasında gördüm. “Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyi adlanırdı. Ona 9500 manat vəsait ayırmışdılar. Təşkilat rəhbəri isə Nahidə Mahmudova adlı bir nəfər idi. Maraq doğurduğu üçün xeyli axtardım ki, bu kimdir? Məlum oldu ki, Nahidə xanım Aygün Əliyevanın yaxın rəfiqəsi olmaqla yanaşı, TƏBİB-də onunla birgə çalışıb. 

Unutmadan bir məsələni də vurğulamaq istəyirəm. Bu günlərdə öyrənmişəm ki, Aygün Əliyeva əvvəllər həmkarı olmuş icra başçısı müavinlərindən birinin həyat yoldaşına da QHT alıb, sonradan qrant verib. Hətta həmin ailədən səxavətini əsirgəməyərək, həmin xanımın qardaşını Agentlikdə işə də götürüb.

Görürsünüzmü kiçik bir qurumda nələr baş verir? Əslində çox məsələlər var, sadəcə hər şeyi də demək olmur.  Amma köhnə təşkilatları elə Aygün Əliyevaya rəhbərlik edənlər də dirildirlər. Ona icazə verilməsə, dəstəklənməsə Aygün Əliyeva kimdir ki, özbaşına qanun pozuntusu etsin?

-Mətanət xanım, sizin söylədiyiniz faktları yəqin ki, Agentliyə nəzarət edən qurumlar və şəxslər eşidirlər. Eşitmədiklərini də buradan oxuyurlar. Sizcə niyə heç bir tədbir görülmür və heç kim cəzalandırılmır?

-Əslində çox maraqlı sualdı. Bir misal göstərəcəm, sizə də aydın olacaq. Bugünlərdə elə sizin saytda Agentliyin əməkdaşı Natiq Lahıcovun işdən azad olunma səbəbi yazılmışdı. Həmin şəxs 2 dəfə böyük məbləğdə ezamiyyət xərci yazdıraraq guya Almaniyada hansısa tədbirə gedib. O da məlum olub ki, həmin tədbirin dəvət məktubları da saxtalaşdırılıb. Həmin əməkdaşı haqlı olaraq işdən azad ediblər. Bəs yaxşı, həmin əməkdaş Agentliyə necə gəlib, hansı qurumun tapşırığı ilə işə götürülüb, Aygün Əliyeva hansı maraqdan onun böyük məbləğdə 2 ezamiyyətinə imza atıb, razılıq verib? Baxın aidiyyatı qurumlar bunları araşdırmalıdır. 4 qadının rəhbərlik etdiyi QHT-yə reyestrdən çıxarış sənədi vermək kiminsə qarnının ağrısıdırsa, getsin bu məsələləri araşdırsın. 

Yuxarı qurumların susqunluğunun səbəbi təbii ki, Agentliyin icraçı direktorunun yanında gözükölgəli olmalarıdır. Əksəriyyətinin qohum və tanışlarının layihələrinə qrant verilməsi tapşırılır. Üstəlik bəzi şəxslərin yaxınları orada işə götürülür. Bütün bunlar əsas deyil ki, həmin şəxslər susqun qalsın?

Hesablama Palatasının bu məsələdə susqun mövqeyini də gözəl anlayıram. Sizin imkanınız olsa Palatanın auditoru Vəfa Mütəllimovaya sorğu ünvanlayın. Görün bu qanunsuzluqlardan xəbəri varmı? Yerinə düşər bir fakt, hələ , ad çəkmək istəmirəm, elə həmin Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır. Elələri imkan verərmi ki, Agentliyin adı korrupsiyada hallansın. Təkcə Hesablama Palatası deyil, digər qurumlar da qanunsuzluqlara göz yumurlar. Çünki hələ əmr yuxardan gəlməyib… 

Ardı var ...


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43

  • 
  • "Aygün Əliyeva Röya Ayxanın prodüserinin Agentliyə gətirdiyi əməkdaşlara..." - ŞOK FAKTLAR

    "Aygün Əliyeva Röya Ayxanın prodüserinin ...

    15-12-2023, 21:33

  • 
  • “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin araşdırır

    “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin ...

    21-02-2013, 10:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu