GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazir Emin Əmirullayevə bir neçə sual

Nazir Emin Əmirullayevə bir neçə sual

Tarix: 26-10-2025, 18:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 87


Hörmətli Emin müəllim, Sizə bir neçə sualım var. Bunu zəruri edən məzunu olduğum Boradigah (Masallı) Nizami Gəncəvi adına 1 saylı orta məktəbin acınacaqlı durumu ilə bağlı bir qrup müəllim və valideynin cənab prezidentə və Sizə ünvanladığı müraciət, daha doğrusu, tabeçiliyinizdə olanların bu müraciətə verdikləri rəsmi cavabdır. Sözün açığı, prezidentə və nazirə ünvanlanan müraciətə belə səthi cavab məni xeyli təəccübləndirdi.

Səbəbini suallarımda yazacam. Öncə Sizi müraciətin yığcam mətni ilə tanış edim. Müraciət iki hissədən ibarətdir. Müəlliflər öncə məktəbin qəzalı, acınacaqlı durumuna diqqət çəkərək, yazırlar ki, bu təhsil ocağı qəzalı, istliksiz və xəstəlik mənbəyidir. Artıq bir hissəsi uçurulan məktəbdə vəhşi heyvanlar yuva qurub. İkinci hissədəki narazılıq direktor təyinatı ilə bağlıdır. Müəlliflər kollektivdə imtahan nəticələri yüksək olan bir neçə müəllimin və təcrübəli direktor müavinləri olduğu halda məktəbin rəhbərliyinin qonşu kəndin məktəbinin direktoruna həvalə edilməsinə etiraz edirlər. Müraciət kifayət qədər haqlıdır. Çünki şərəfli, fəxr ediləsi tarixi olan məktəb belə qeyri- ciddi münasibəti haqq etmir.

Hörmətli Emin müəllim, 100 ildən artıq yaşı olan Boradigah məktəbi təkcə bir qəsəbənin yox, bütün bölgənin təhsil həyatında böyük rol oynayıb. Hələ 1932-ci ildə keçirilən müsabiqədə ölkədə nümunə sayılan məktəblər sırasında olub. 1936-cı ildə Mirzə Ələkbər Sabirin ölümünün 25 illiyini yüksək səviyyədə keçirdiyinə görə rəsmi qaydada ölkə məktəblərinə nümunə göstərilib. 1938-ci ildə 830 şagirdi olan bu məktəb dövrünə görə ən müasir tələblərə cavab verən 3 orta məktəbdən biri olub. 1944-cü ildə  Boradigah məktəbi yanında  100 kimsəsiz uşağa təhsil verən internat məktəbi yaradılıb. Hələ 1958-ci ildə bu pedaqoji kollektivdə “Əməkdar müəllim” (Qayda Məmməfova) , SSRi Ali Sovetinin fəxri fərmanına layiq görülən ( Xanəli Zülfüqarov,  Saleh Zeynalov), “Qabaqcıl  maarif xadimi” (Əliniyaz Məmmədov) pedaqoqlar çalışıb. 1947-ci ildə Nizami Gəncəvinin 800 illiyini yüksək səviyyədə keçirdiyinə görə həmin ildən bu məktəb böyük şairin adını daşımaqla şərəfləndirilib. 1959-cu ildə şəraiti və kadr potensialına görə bu məktəbə istehsalat təhsili verən politexnik məktəb statusu verilib.

Ölkədə təhsilin və elmin inkişafında böyük xidmətləri olan  AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Fizika -riyaziyyat  elmlər doktoru Bahadur Tağıyev, əməkdar elm xadimi, əməkdar həkim Əli Bağırov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Nəsir, orta məktəblərdə tədris edilən ingilis dili dərsliyinin müəllifi Sahib Məcidov və dövlət qarşısında böyük xidmətlərdən dolayı xeyli elmi, fəxri adlar daşıyan insanlar Boradigah məktəbinin məzunlarıdır.

Hörmətli nazir, bunları ona görə xatırlatdım ki, tabeliyinizdə olan Lənkəran-Astara regionlal təhsil idarəsinin cənab prezidentə və sizə ünvanlanan müraciətə qeyri- ciddi münasibət göstərməsinə Siz də əmin olasınız.

İndi keçək, müracətə verilən cavablara və Sizə ünvanladığım sualllara. Tabeçiliyinizdəki işçilər müraciətə cavablarında məktəbin qəzalı olduğunu təsdiqləyir və növbəlilik əsasında nə vaxtsa təmir olunacağını qeyd edərək, gözləməyi məsləhət bilirlər. Ancaq bu qəzalı vəziyyət, göbələk xəstəliyi mənbəyi olan kifli divarlar, məktəbdə yuva salan heyvanlar nə vaxta qədər zərərsiz olacaq, ciddi problemlər yaratmayacaq, bunu heç kim bilmir. 1974-cü ildə ən müasir istilik sistemi ilə təchiz olunan məktəb 50 il sonra odunla, hər an yanğın təhlükəsi olan qızdırıcılarla isidilir. Bundan xəbəriniz varmı?

İşçilərinizin direktor təyinatına verdikləri cavab da çox gülüncdür. Çünki bu cavab  təhsil sahəsində mövcud qaydaları və regionlarda təhsilin və pedaqoji kadrların səviyyəsi ilə bağlı vermiş olduğunuz raportları çox böyük sual altına alır.

Təhsil idarəsi yazır: “ Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru 27 avqust 2025-ci il tarixindən etibarən başqa işə keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən öz istəyi ilə azad olunub. Sözügedən məktəbin idarə olunmasında fasiləsizliyin təmin olunması məqsədilə direktor vəzifəsinin icrası müvəqqəti olaraq Hişkədərə kənd tam orta məktəbinin direktoru, təcrübəli pedaqoq və uzun illər idarəçilik təcrübəsi olan İlham Ağayevə həvalə edilib. Qeyd olunan dəyişiklik təhsil prosesinin daha səmərəli təşkili və məktəbdə idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır”.

Hörmətli Emin müəllim, işçiləriniz qaş düzəltdikləri yerdə gözü də çıxarıblar. Mənim İlham Ağayevin pedaqoji biliyinə, bacarığına şübhəm yoxdur. Bunu dartışmaq niyyətindən də uzağam. Qiyabi də olsa, onu təcrübəli müəllim kimi tanıyıram. Fəqət, son illər tətbiq olunan qaydalar işçilərinizin mövcud qanunların sərhəddini xeyli pozduğunu göstərir.

Sualım belədir, cənab nazir: Necə olur ki, bir başqasının yaşı 65-i ötdüyündə, təqaüdə göndərilməsi vacib olur, digəri eyni zamanda bir- birindən kilometrlərlə aralıdakı iki məktəbə rəhbərlik edir?

Burada  “səmərəlilik, təkmilləşdirmə”  meyarı nədir?  Nə ilə ölçülür? Ortada bir narazılıq və budan doğan şikayət var. Ancaq Sizin regionun təhsilini etibar etdiyiniz məmurlar onları çağırıb dinləmək, araşdırmaq yerinə kollektivin qürurunu aşağılayacaq səviyyədə başdansovdu bir cavab yazmaqla kifayətlənirlər? Əgər bir kollektivdə direktoru müvəqqəti əvəz edəcək biri yoxdursa, yaxud, işçiləriniz onu tanımırsa, demək, səmərəli işləməyən, yerində olmayan onlardır, məktəb kollektivi yox. Səhv edirəmsə, bu məktəbdən hər il ali məktəblərə yüksək balla qəbul olunanları kimlər hazırlayır?

Hörmətli Emin müəllim, Sizdən bu müracətə yenidən baxmağı və göndərildiyi ünvanlara layiq səviyyədə müdaxilə etmənizi xahiş edirəm.

Sücəddin Şərifov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."

    Nazirlik Boradigah məktəblilərinə QURU VƏD ...

    25-11-2024, 22:41

  • 
  • Kollegiyanın qərarı ilə direktorluqdan uzaqlaşdırılan İmran müəllim, yenidən necə direktor ola bildi?

    Kollegiyanın qərarı ilə direktorluqdan ...

    1-06-2016, 23:53

  • 
  • "Bilmirik, Mirzəcan Xəlilov məktəbin direktorudur, yoxsa Təhsil naziri?" - NARAZILIQ!

    "Bilmirik, Mirzəcan Xəlilov məktəbin ...

    18-01-2022, 11:48

  • 
  • Direktor müəllim və şagirdin videosundan danışdı - 45 saylı məktəbdə şok

    Direktor müəllim və şagirdin videosundan danışdı ...

    1-07-2015, 09:54

  • 
  • Masallıda 40 illik “imperiyanın” sonu

    Masallıda 40 illik “imperiyanın” sonu ...

    26-04-2021, 11:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu