GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 201 nömrəli məktəbdəki problemlərin pərdəarxsı – Təhsil təxribatçıları bir məktəbin simasında…

201 nömrəli məktəbdəki problemlərin pərdəarxsı – Təhsil təxribatçıları bir məktəbin simasında…

Tarix: 28-10-2025, 23:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 25

Bakı şəhər 201 nömrəli məktəbdəki xəyanətin qısa anatomiyası

 

Məktəb və müəllim haqqında fəaliyyətə söykənən, görülən işləri əks etdirən məqalələrin kəskin azalması səbəbindən reytinq axtaranların yazılarının və süjetlərin artması fonunda təhsil müdafiəyə çəkilmiş kimi görünür. Təəssüflər olsun ki, bu tendensiyanın arxasından bəzən məqsədyönlü maraqlar da boy göstərməkdədir.

Ölkədə baş verən son olaylar, illərlə təxribatlarla məşğul olduğunu hamının bildiyi, medianın yazdığı Ramiz Mehdiyev haqqında rəsmi və hüquqi araşdırmalar bir daha çox məsələyə fərqli baxış bucağından yanaşmağa əsas verir. İndilərdə bir daha məlum olur ki, onun şəbəkəsi və onlardan ruhlananlar bir çox sahələrdə, o cümlədən də təhsildə kök salmış, şaxələnmişdir. Belə olmasaydı, illərlə bir məktəbi öz monopoliyasına almış adi bir direktor müavini bu qədər gücə sahib olmazdı. Söhbət Bakı şəhəri 201 nömrəli tam orta məktəbin keçmiş direktor müavini Svetlana Hüseynovadan, onun şübhəli əlaqələrindən gedir.

Azərbaycanda təhsili gözdən salmaq kampaniyasında iştirak edən, rüşvət almağı amalına çevirmiş hər kəsə illərlə yaşıl işıq yandırılmasının sirri də indi açılır. Onlara istənilən vicdanlı müəllimi, məktəb rəhbərini nüfuzdan salmaq və öz “komando”ları vasitəsilə yıpratmaq su içimi qədər asan idi.

Müşahidələr göstərir ki, bir təhsil müəssisəsinə yeni rəhbər gələn kimi illərlə orada kök salmış ətalətin kölgəsində gizlənənlərin müqaviməti ilə üzləşir, yenilik və islahat ruhunu öldürmək üçün qarayaxmalar, təşkil olunmuş üzədurmalar başlayır. Bəzən media və ictimai fəal şəxslər də məsələnin mahiyyətinə dərindən varmadan bu müzakirələrə qoşulanda rezonans artır, ilk anda rəhbərlik günahkar qismində təqdim olunur. Ancaq həqiqətdə necədir, proses necə baş verir?! Bir nümunədə bunu anlatmağa çalışacağıq.

Son zamanlar bir neçə dəfə qarşıma çıxan, ictimailəşmiş bir məktəb olayı haqqında təsadüfən aldığım məlumatlar və fikirlər bu yöndəki düşüncələrimə yenidən işıq saldı. Məlumat verən şəxsin valideyn olması, övladının həmin məktəbdə oxuması eşitdiklərimə inamımı və bu mövzuya marağımı bir az da artırdı. Bundan sonra məktəblə daha yaxından maraqlandım, xeyli məlumatlar almağa nail oldum. Söhbət Bakı şəhəri 201 nömrəli tam orta məktəb ətrafında baş verən hadisələrdən gedir. Son günlərdə əsassız olaraq işdən azad olunmuş, lap dəqiqi məktəbdəki qaragüruhçuların səs-küyünü kəsmək üçün vəzifəsinə xitam verilmiş Afaq Əliyevanın rəhbərliyi dövründə məktəbdə baş vermiş olaylar haqqında bir valideynin söylədiyi həqiqətləri geniş ictimaiyyətin də bilməsi yaxşı olardı.

Açığı media və telekanallarda oxuduğum və izlədiyim məlumatlar elə qənaət yaradırdı ki, sanki məktəbin direktoru günahkardır. Reallıqda isə bu olayların arxasında məktəbdə illərcə öz komfort zonasını yaratmış, kollektivdə avtoritet kimi tanınmış keçmiş direktor müavini Svetlana Hüseynova dururmuş.

Məktəbi özünün şəxsi istəklərinə görə idarə edən, hətta Afaq Əliyevadan əvvəlki direktoru belə öz təsiri altında saxlayan S.Hüseynova 2022-ci ildən məktəbə direktor təyin edilmiş A. Əliyevanın rəhbərliyi və peşəkar yanaşması ilə ayaqlaşa bilmədiyini və pedaqoji kollektivlə əvvəlki kimi davranmağın artıq mümkün olmadığını gördükdə keçir klassik üsuluna. Məktəbin fəaliyyətini pozmaq üçün başının dəstəsini işə qoşur. Lakin pedaqoji kollektivin əksər hissəsi yeni direktorun yanında durur, məktəbin inkişafı üçün A. Əliyevaya dəstək verirlər. Bununla belə Svetlana Hüseynovanın məktəbin inkişafına və əlverişli təlim-tərbiyə mühitinin formalaşdırılmasına mane olmaq cəhdləri uzun müddət davam edir.

Aydınlıq üçün qeyd edək ki, 2021-2022-ci tədris ilində, yəni A. Əliyeva direktor təyin olunmamışdan öncə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi inspeksiya yoxlaması aparmışdır. Məktəb bütün sahələr üzrə “2” qiymət almışdır. 2022-ci ilin yanvar ayında məktəbə yeni direktor – Afaq Əliyeva təyin olunduqdan sonra Məktəbin İnkişaf Planı hazırlandı və məktəb öz strategiyasını və məqsədini müəyyənləşdirdi: Dinamik İnkişaf modelinə keçdi.

Məktəbdə müəllimlərin inkişafı dəstəkləndi. Direktor tərəfindən müəllimlərə onlarla ödənişsiz təlimlər keçirilmiş, baş mentor direktor özü olmaqla inkişafı dəstəkləyən Mentor komandası yaratmışdır. 3 il ərzində bu və digər innovasiyaların tətbiqi sayəsində məktəb bütün maneələrə baxmayaraq 20 faiz inkişaf əldə etmiş, əvvəlki yoxlamada “2” qiymət alan məktəb ölkədə ilk dəfə olaraq “Pilot Akkreditasiyadan keçərək  “4” qiymət almışdır.

Bu uğurların arxasında gərgin əmək və prinsipiallıq, 30 il ərzində məktəbdə davam edən özbaşınalıq və rüşvətə son qoyulması, tapdalanmış insan hüquqlarının müdafiəsi, şəffaf və obyektiv fəaliyyət dayanmışdır.

Təbii ki, 30 il ərzində məktəbdə hegemonluq edən, məktəb rəhbərlərini və  müəllimləri müxtəlif yollarla itaətdə saxlmağa çalışmış, öz şəxsi mənafeyi naminə məktəbdə təhsili məhv etmiş direktor müavini Svetlana Hüseynovanın qanunsuz əməllərinə son qoyulmuşdur. Diplomu olmayan, əyri yollarla işə qəbul olunduğu deyilən, dəfələrlə tənbeh olunan, xitam verilən direktor müavini məktəbdən kənarlaşdırılmaqla “islah” olunmuşdur.

Müəllimlərin və valideynlərin söylədiklərindən və yazılı şikayətlərdən də görünür ki, S.Hüseynova məktəbdə işlədiyi dövrdə təzyiq, şantaj, təhdid etməklə, fiziki və psixoloji zorakılıq göstərməklə daim öz istəklərini həyata keçirmişdir. Onun dəstə üzvü L.Şəfaqətovanın və digərlərinin söylədiklərinə görə müəllimlərin əmək haqqı kartları S.Hüseynova tərəfindən faizlə pul vermək (sələm) qarşılığında illərlə əllərindən alınmışdır. Məsələn, 7000 manat qarşılığında 30 000 manatlıq sənədə imza atdırılmışdır. Keşlə sakinlərinin söylədiklərinə görə, qəsəbədə S.Hüseynova 30 illik təcrübəsi olan məşhur sələmçi kimi tanınır. İstədiyi məbləği əldə edə bilmədikdə, məhkəmələrə verməklə insanların evini, pulunu əlindən alır. Keşləlilərin söylədikləri bu faktlar hüquqi mənbələrdən olan bir məlumat təsdiq edir: Son bir il yarım ərzində S.Hüseynova tərəfindən 214 nəfərə qarşı “borc”la bağlı məhkəmə işi açılmışdır.

O, illər boyu məktəbdə saxta imtahanlar keçirmiş, jurnalları saxtalaşdırmış, fərqli bəhanələrlə müəllim və valideynlərdən külli miqdarda vəsait toplamışdır. Müəllimlərin söylədiklərinə görə Svetlana Hüseynovanın evlərinin qarşısında 3 ədəd bahalı avtomobil, rayonda böyük mülkü, “Sədərək” ticarət mərkəzində obyektləri, banklarda özünün və uşaqlarının adına 100 minlərlə manat vəsaitin olduğu hesablar vardır. Haradandır adi məktəb direktoru müavinində bu qədər vəsait?!  Ən azı ehtiyac içərisində olan insanlara qarşı açdığı məhkəmələrə ödədiyi külli miqdarda rüsumlar, vəkil haqqı məbləğlər haradandır?!

Əlbəttə ki, Afaq Əliyevanın məktəbdə peşəkar müəllim komandası ilə birlikdə yaratdığı şəffaf mühit, kodlaşdırılmış, müdaxiləsiz qiymətləndirmələr, Böyük Summativ Qiymətləndirmələr, monitorinqlər, uşaqlara zorakılıq edən 14 nəfər müəllimin islah olunması, təhqirlərin, təhdidlərin, təzyiqlərin aradan qaldırılması, peşəkar müəllimlərin, şagirdlərin hüquqlarının qorunması və müdafiə olunması, rüşvətin ləğv olunması, məktəbdəki dəyərin pul yox, tərbiyə və təhsilin olması əlbəttə ki, Svetlana Hüseynovanı çox narahat edir və narazı salırdı. Külli miqdarda davamlı gəlirə 30 il ərzində aludə olmuş, vərdiş etmiş, keşləlilərin diliylə desək, “məktəbi bazara çevirmiş”, “çirkab içində olan” S.Hüseynova belə demokratik mühitlə razılaşa bilməzdi.

Odur ki, çox keçmədən S.Hüseynova hamının eşitdiyi və onun sevimli  devizi olan “ən yaxşı mübarizə hücumdur” iddiası ilə inkişafda olan təmiz məktəbə, direktora, müəllimlərə, təhsilə qarşı müharibəyə başlayır. Saxtalaşdırılmış sənədlər, əsassız məhkəmə iddiaları, məktəbdə absurd “yeyinti” iddiası ilə çıxış edir, prokurorluğa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, ali dövlət qurumlarına, nazirliklərə, komitələrə, icra orqanlarına böhtan dolu ərizələr yazır. Media və sosial şəbəkələrdə böhtan və şər dolu paylaşımlar, əsası olmayan yazılar, yəni S.Hüseynovanın illər ərzində istifadə etdiyi əsas silahlar işə düşür.

Müəllimlərin söylədiklərinə görə, məktəbin daxilində daim çaxnaşma yaradan, daima məqsədli olaraq öz şəxsi mənafeyini qorumaq üçün, başqalarını hədəfə çevirən, öz əməllərini başqalarının üzərinə yıxıb ara qarışdıran S.Hüseynova bu dəfə məktəbin direktoru Afaq Əliyevanı və müəllimləri öz hədəfinə çevirir.

İllərlə S.Hüseynovanın rüşvət tələbinə, təzyiq və təhdidinə boyun əyən, (bəzən döyülən, söyülən) müəllimlər, yeni direktorun uşaq və müəllim hüquqlarını, qanun və dəyərləri müdafiə etdiyini görüb ürəklənərək Elm və Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiya İdarəsinə məruz qaldıqları qanunsuzluqlar barəsində şikayət ərizələri ünvanlayırlar, hüquqlarını tələb edirlər. 2023-cü ilin dekabr ayında təqdim olunan şikayətlə BŞTİ tərəfindən araşdırılaraq Svetlana Hüseynovanın əmək müqaviləsinə xitam verilir.

İlk dəfə olaraq kəskin şəkildə hegemonluğuna son qoyulan və işdən qovulan S.Hüseynova qeyzlənir, ətrafına 6-7 nəfərlik özü kimilərdən ibarət “dəstə” toplayaraq məktəbə, müəllimlərə daha ağır zərbələr vurmağa çalışır. Ondan şikayətçi olan 38 nəfər müəllim təkrar-təkrar məhkəmələrə verilir. Direktor və müavinlər dəfələrlə xüsusi ittiham qaydasında məhkəməyə cəlb olunur və ağır məhkəmə prosesləri yekunlaşaraq Ali Məhkəmə tərəfindən Svetlana Hüseynovanın iddiası rədd edilir.

Uduzduğu məhkəmələrdən daha da hiddətlənən S.Hüseynova 2023-cü ilin sentyabr ayında sosial şəbəkələrdə başlatdığı “qarayaxma” kompaniyasını Afaq Əliyevaya qarşı daha da kəskinləşdirərək, 2025-ci ildə televiziya və “Youtube” kanalı, saytlar vasitəsilə böhtan və şər xarakterli reportajlar hazırlatdıraraq A.Əliyevaya zərbə vurmağa çalışır. Bəzi “jurnalist”ləri şirnikləndirərək məqsədli olaraq nazirliyə qarşı ittihamlara ruhlandırır, hətta öz dəstə üzvlərini də müxtəlif təzyiqedici vasitələrlə yönəldir və idarə edir.

Nəhayət, pedaqoji heyətə açdığı 50-dən artıq məhkəməyə qarşı, onun özünə qarşı yalnız bir xüsusi ittihamla Nizami Rayon Məhkəməsində cavabdeh kimi cəlb olunur. Hakim məhkəmədən yayınan S.Hüseynova barəsində polisə gətirilmək qərarı çıxaranda, eyni vaxtda özünü əməliyyat etdirir, yenə məhkəmədən yayınır (1-5 avqust 2025). Qeyd olunan iş barədə məhkəmə davam etdiyi üçün digər təfərrüatlara toxunmuruq. Proses ədalətli şəkildə başa çatandan sonra nəticələr barədə daha geniş məqaləni diqqətinizə təqdim edəcəyik.

Ümidvarıq ki, ölkədəki xəyanətkar şəbəkənin ifşa olunduğu indiki vaxtda 201 nömrəli məktəbin direktoru olmuş Afaq Əliyevaya qarşı qurulmuş oyunlar da ifşa olunacaq, müəyyən təsirlərə düşərək yanlış qərar verənlər də həqiqətin yanında duracaqlar. Bu, bir məktəbin pedaqoji kollektivinin və valideynlərin arzusu və tələbidir./aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda məşhur məktəbin direktoruna TÖHMƏT VERİLDİ

    Bakıda məşhur məktəbin direktoruna TÖHMƏT VERİLDİ ...

    5-04-2018, 10:35

  • 
  • Bakıda məktəb bağlandı

    Bakıda məktəb bağlandı ...

    16-05-2014, 10:56

  • 
  • Bakıda qanunsuz attestat verən məktəb direktoru işdən çıxarıldı

    Bakıda qanunsuz attestat verən məktəb direktoru ...

    5-12-2019, 12:10

  • 
  • Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA

    Heç bir şagirdi universitetə qəbul olmayan ...

    10-06-2022, 13:12

  • 
  • Azərbaycanın ən reytinqli məktəblərinin siyahısı

    Azərbaycanın ən reytinqli məktəblərinin siyahısı ...

    9-11-2013, 11:19


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu