GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Tarix: 30-10-2025, 10:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 14

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin işi cəncələ düşüb. Onun sabiq PA rəhbəri Ramiz Mehdiyevlə yaxınlığı haqda ittihamlar gündəmi zəbt edib. Hətta nəinki yaxın əlaqələrinin olduğu, ümumiyyətlə, BDU rektorunun məhz Ramiz Mehdiyevin adamı olduğu, onun komandasında yer aldığı bildirilir.
Siyaset.info-nun analitik şöbəsi yazır ki, son iki həftə ərzində mətbuatda və sosial mediada Elçin Babayevin Ramiz Mehdiyev sayəsində rektor vəzifəsinə yüksəldiyi haqda informasiyalar tirajlanmaqdadır.
İlk növbədə ən ciddi və ağır ittiham sabiq millət vəkili Etibar Əliyevdən gəlib. O, bildirib ki, ən böyük Mehdiyevçilər BDU-nun sabiq rektoru Abel Məhərrəmov və hazırkı rektoru Elçin Babayevdir: “Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da Hesablama riyaziyyatı kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet-iqamətgah yaradılıb”.
Etibar Əliyev əlavə edib ki, Ramiz Mehdiyevin zooloq ixtisaslı qızı da 2010-cu ildən BDU-da Sosial və pedaqoji psixologiya kafedrasına rəhbərlik edir: “Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”. Keçmiş deputat Elmin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı da rektoru hədəfə alaraq bildirib: “Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev, icraçı direktoru isə Elçin Babayev olduğu dövr çox ciddi şəkildə yoxlanılmalıdır”.
Onu da deyək ki, E.Əliyev yalnız Mehdiyev məsələsi ilə bağlı BDU haqda tənqidlər səsləndirməyib. Əvvəllər bu ali təhsil ocağı barədə tənqidlərini obyektiv şəkildə bölüşüb. Bunun ardınca da E.Əliyev qeydlərini paylaşıb: “Rektor Elçin Babayev ölkənin bir nömrəli universiteti olan Bakı Dövlət Universitetini dədə mülkü kimi idarə edir. Saat hesabı müəllim işləyənlər hələ əməkhaqlarını ala bilmirlər. Universitetdə 0,5 ştatlar ləğv olunub”.
“Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Hüquq fakültəsində fənlərin adının dəyişdirilməsi, dərs saatlarının bölgüsünü hələ də 95 yaşlı Məsumə Məlikova ilə məsləhətləşir. Bu çoxbilmiş rektor müəllimimiz, Heydər Əliyevin ən yaxın silahdaşı, 91-lərin ən ləyaqətli üzvlərindən biri olan professor, əməkdar elm xadimi Şahlar Əsgərovun 80 illik yubileyini keçirmədi. Bununla o, ağsaqqalı Ramiz Mehdiyevin 91-lərə olan nifrətini biruzə verdi. Ancaq universitetin qara ləkəsi olan Məsumə Məlikovanın 95 illiyini təntənəli şəkildə keçirdi.
E.Babayev guya fizikdir. Müəllimlərimiz, professorlar Niftalı Qocayevin, Eldar Məsimovun, Məmməd Əliyevin, Nadir Qəhrəmanovun yubileyləri universitetdə keçirilmədi, ancaq universitetlə heç bir əlaqəsi olmayan, dostu və yerlisi Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilovun yubileyi təntənəli şəkildə keçirildi. Dərəbəylikdir… Ölkənin Baş Universitetində bu qədər ayrı seçkilik, intriqa yaratmaqmı olar? Adam universiteti dədə mülkü kimi idarə edir”, deyə E.Əliyev yazıb.
Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli isə bildirib ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rektorluq fəaliyyətinindən 3 ildən çox keçib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində belə bir deyim: “Vəzifəyə yeni gələn gedənin atasına rəhmət oxutdurur. Abel Məhərrəmovdan sonra rektor vəzifəsinə gətirilən Elçin Babayevdən böyük gözləntilər vardı. Düşünürdük ki, universitetdə rüşvət halları yığışdırılacaq. Deyir, sən gözləməyində ol, gör hələ nələr qarşına çıxacaq. Elə də oldu. Elçin Babayev və komandası Azərbaycanın 1 nömrəli universitetini ağlar günə qoydu. O vəziyyətə çatdıq ki, BDU Azərbaycanda artıq barmaqla sayılacaq universitetlər sırasında bəlkə də yoxdur”.
A.Həmidli qeyd edib ki, BDU-da rüşvət halları açıq şəkildə görünür: "Son günlər sosial mediada Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilir. Açığı təəccüblənmədim. Elçin Babayevdən nə gözləmək olardı ki?! Elçin Babayevin Universitetə gətirə biləcəyi yeganə "yenilik" yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dövrdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib.
Təsəvvür edin, rektor universitet daxilində tələbələrin və müəllim heyətinin əhatəsində tək gəzmir. Boyu 2 metr olan mühafizəçi heyəti ilə gəzir. Bakı Dövlət Universiteti rektoru “kiçik biznes”ə başlayıb. O, həyata keçirdiyi "islahat"ların tərkib hissəsi kimi universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. Sizcə, bu, düzgündürmü? Bir məsələ olan kimi hər kəs deyir ki, "ermənilər bizə baxır, belə olmaz".
Bilin, belə şeylərdə ermənilərin gözü buradadır. Təhsilimizi bu günə qoyanlar hələ də cəzasızdır. Hesab edirəm ki, Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət vermək zamanı yetişib. Harınlamış şəxslərin yeri vəzifə yox, məhz Kürdəxanıdır…"
Onu da deyək ki, mediada Babayev-Mehdiyev əlaqələri haqda digər detallar da yer alıb. Belə ki, 2018-ci ilin sonlarında - Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra rektor vəzifəsi uğrunda başlayan marafon yürüşü ilə. 2019-cu ilin əvvəllərində o zamanlar Elçin Babayevin rəhbərlik etdiyi "Elmin İnkişafı Fondu” tərəfindən Fizika institunun direktoru Nazim Məmmədova birdən-birə 3 milyon manat mükafat verildi. Görəsən bu fond tərəfindən "hamıya” ən çoxu 10-15, müstəsna hallarda 30-40 min manat qrant verildiyi halda indiyədək "bir abbası” qrant almayan "kəllə” Nazim Məmmədov hansı "Eynşteynlik” etdi ki, birdən-birə Nobel mükafatı həcmində qrant aldı? "Ayrılan vəsaitin” hamısının çatmadığını Ramiz Mehdiyev akademiyaya Prezident gələndən sonra bilib və məlumata görə o vaxt AMEA-nın Fizika institutunda baş verənlər, Nazim Məmmədovun vəzifədən çıxarılması, yerinə yeni təyinat, başqa yoxlamalar və s. bununla əlaqədar oldu.
Çünki Ramiz Mehdiyevin "xəyanətkar” Elçin Babayevə "əli çatmırdı”, vasitəçi Nazim Məmmədovu cəzalandırırdı. Milli Məclisin deputatı, ixtisasca fizik olan Etibar Əliyev respublikamətbuatında bu barədə belə yazmışdı: "Vaxtilə mən bu institutdakı maxinasiyalar barədə yazmışam. Təcili Fizika İnstitutuna "Elmin İnkişafı Fondu”ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3.000.000 manat idi…” İndi bu "3 milyonluq” rektor kal armud olub, keçib camaatın boğazına, nə alimdir, nə ömrü boyu bir dəfə dərs deyib, nə də idarəçilik bacarıqları var…
Elçin Babayev uzun illər Elmin İnkişafı fondunda əyri işlər görməklə məşğul olmuşdur. Ramiz Mehdiyevə məxsus BTB bankın binasının 7-ci mərtəbəsini yüksək qiymətə icarəyə götürərək orada eyş-işrət məclisləri quran, bu gün də "gözündən buraxmaq istəmədiyi”, nəzarətdə saxladığı Elmin İnkişafı fondu elə bil Elçin Babayevin şəxsi əmlakı, dədə-babadan qalan mirasıdır. Belə olmasaydı, 10 il ərzində heç bir nəticəsi olmadan xərclənən 70 milyon pulu ürəyi istədiyi adamlara "bəxş etməzdi”. Belə olmasaydı, həmin pulların böyük bir qismi də Ramiz Mehdiyevin xanımının kafedra müdiri olduğu BDU-nun Hesablama riyaziyyatı kafedrasına yönəlməzdi. Belə olmasaydı, ölkədə bu qədər akademik, professor ola-ola bu gün Elmin İnkişafı Fonduna 33 yaşı olanda "birtəhər” namizədlik işi "müdafiə edən”(ölkədə 30 yaşınadək doktorluq müdafiə edən yüzədək alim var), həmin kafedranın baş laborantı Mehriban İmanova rəhbərlik etməzdi. Deməli, kim deyirsə ki, Ramiz Mehdiyev idarəetmədən uzaqlaşdlırılıb, demək o şəxs ölkədə baş verən hadisələrdən xəbərsizdir. O adam onu da bilmir ki, bu il yanvarın 28-də Elçin Babayev Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanı təbrik etmək üçün axşam hava qaralandan sonra bahalı hədiyyə ilə onun bağına gedib.
Azər Talıbov
Siyaset.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda qiyabi təhsil heç vaxt ləğv olunmayacaq - BDU-nun rektoru Abel Məhərrəmov

    Azərbaycanda qiyabi təhsil heç vaxt ləğv ...

    13-08-2013, 15:09

  • 
  • “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel Məhərrəmovun İZAHI

    “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel ...

    25-08-2020, 14:47

  • 
  • Ramiz Mehdiyevin adından BDU ilə bağlı yalan bəyanat yayıldı (FOTO)

    Ramiz Mehdiyevin adından BDU ilə bağlı yalan ...

    22-02-2014, 14:56

  • 
  • Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyundan danışmaq istəmir

    Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin ...

    21-08-2020, 17:34

  • 
  • Abel Məhərrəmov BDU-da fəaliyyətini davam etdirir

    Abel Məhərrəmov BDU-da fəaliyyətini davam etdirir ...

    22-11-2018, 15:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu