GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-FAKTLAR NƏLƏRİ DEMİR?!

Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-FAKTLAR NƏLƏRİ DEMİR?!

Tarix: 30-10-2025, 15:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 12


Bu gün nəinki dövlət idarəetməsində, o cümlədən ictimai-siyasi sahədə, xüsusilə media, QHT və diaspor sahəsində Ramiz Mehdiyevə bağlı, onun ideya daşıyıcıları olan kifayət qədər təmsilçilər var.


Bu sıradakıların bəziləri hazırda islahatçı cildinə girsə də, daxilən Ramiz Mehdiyevə bağlı adamlardı. Onlar imkan düşdüyü qədər bir-birilərinə dəstək verir, gizli sövdələşmələr aparır, mövqelərini günü-gündən möhkəmləndirirlər.

Uzun illər Ramiz Mehdiyevin köməkçisi, daha sonra Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olmuş Elnur Aslanov 2014-cü ildə nurçu şəbəkəsi ilə əlaqələrinə görə işdən azad olundu. Onun həmin şəbəkəyə çıxışı da təsadüfi deyildi. O, belə bir əlaqənin qurulması üçün Ramiz Mehdiyevdən tapşırıq alırdı. Elnur Aslanova bu əlaqələrin qurulması üçün kifayət qədər geniş imkanlar yaradılmışdı. Bütün gənclər sektoruna nəzarət ona həvalə edilmişdir. “İrəli” Gənclər Hərəkatı, Xaricdə Təhsil Almış və Məzun Olmuş Gənclər İctimai Birliyi, Gənclər Təşkilatları Milli Şurası və s. təşkilatlar onun himayəsi altında yaranaraq, xeyli gəncin nurçu şəbəkəsinə qoşulmasına vəsilə olmuşdu. 

Elnur Aslanovun yaxın dostu, onun dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyən Elşad İsgəndərov da vəzifəsini nurçu məsələsinə görə itirdi. Amma onu da qeyd edək ki, Elşad İsgəndərov Xarici İşlər Naziri Ceyhun Bayramovun doğma qaynı olduğu üçün son illər onun reabilitasiyası mümkün olmuşdur. 

Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumata görə, Prezident Administrasiyasında mətbuata bilavasitə nəzarət edən ictimai-siyasi şöbə olsa da, Ramiz Mehdiyev köməkçisi Elnur Aslanova əlavə mətbuat orqanları yaratmağı və rəhbərlik etməyi də tapşırmışdı. 

Elnur Aslanov həmin dövrdə “1news.az”, “gun.az” saytlarını, “Bakupost” qəzetini, “Yurd fm” radiosunu yaratmışdı. Ola bilər bu tam siyahı olmasın. Amma bunlarla bərabər bəzi medialar da əlavə olaraq onun nəzarətinə verilmişdi. 

Xatırladaq ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması da onun kurasiyasına verilmişdi ki, ora da özünün əsas adamlarından biri olaraq Orxan Əkbərovu sədr təyin etdirmişdi. 

Hazırda Elnur Aslanov Dubayda biznes fəaliyyəti ilə məşğul olsa da, Ramiz Mehdiyevin xeyir-duası ilə həm dövlət strukturlarına, həm də media və QHT sektoruna yerləşdirdiyi şəxslər fəaliyyətdədir. 

Məsələn: Elnur Aslanov fəaliyyəti dövründə nəzarətində olan “bakupost” qəzetinin redaktoru və “Yurd.fm” radiosunun əməkdaşı olmuş şəxsi Prezident Administrasiyasındakı şöbəsinə məsləhətçi vəzifəsinə gətirmişdir. Sonra Ramiz Mehdiyevin sərəncamları ilə şöbə daxilində vəzifəsi artırılan həmən şəxs elmi işini də müdafiə edə bilmişdir. Maraqlıdır ki, dövlət qulluğunda olan şəxslərin elmi müdafiələrə getməsi yalnız Ramiz Mehdiyevin icazəsi ilə mümkün ola bilərdi. Bu istisna o şəxsə şamil olunmuşdur. O da öz növbəsində elmi işində əsasən Ramiz Mehdiyevin ideyalarına söykənərək, ondan çoxlu sayda sitatlar gətirərək elmi dərəcə ala bilmişdir. 

Bu gün o şəxs Azərbaycanda bütün qeyri-hökumət təşkilatlarına rəhbərlik edir. Onun rəhbərliyi dövrüdə Ramiz Mehdiyevə bağlı olan QHT-lərin dəstəklənməsi prosesinin şahidi oluruq desək, yanılmarıq. 

Baxın, bu gün o şəxsin nəzarətində olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qarabağ Dirçəliş Fondu ilə birgə qrant müsabiqəsi elan edib. Sual olunur bu Fondun rəhbəri kimdir? Bu Rəhman Hacıyevdir. Hansı ki, Elnur Aslanovun nəzarətində olan “1news.az” saytının baş redaktoru olub. Daha sonra isə Ramiz Mehdiyevin tapşırığı ilə o “Bakinski raboçiy” dövlət qəzetinin baş redaktoru təyin edilib. Hazırda isə Qarabağ Dirçəliş Fondunun rəhbəridir. Aydın oldumu, haradan haraya?

Xatırladaq ki, bu günlərdə Xankəndidə keçirilən QHT Forumunda o məsul şəxsin yanında əyləşən və forumda çıxış edən qonaq Rəhman Hacıyev olmuşdur. 

                      ***

Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb da, QHT sektorunda adı hallanan digər tanınmış Prezidentin sabiq mətbuat katibi Azər Qasımovdur. Belə ki, Yenixeber.org-a ötürülən məlumata görə, Prezidentin sabiq Mətbuat katibi Azər Qasımovun da həyat yoldaşının rəhbərlik etdiyi  QHT-yə küllü miqdarda qrantlar verilib. Aytən Qasımovanın rəhbərlik etdiyi QHT “Mədəni İnkişafa Dəstək” İctimai Birliyi adlanıb. Bu haqda üç gün əvvəl yazmışıq…(Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/192159-ayg%C3%BCn-%C9%99liyevan%C4%B1n-prezidentin-sabiq-m%C9%99tbuat-katibin%C9%99-%E2%80%9Cdostluq-s%C9%99daq%C9%99ti%E2%80%9D-%E2%80%93.html

Ramiz Mehdiyevin media və QHT sektorundakı tərəfdarları heç də kiçik olmayan siyahıda sıralanır. Bunlar ya Mehdiyevin göstərişi, ya da xeyir-duası ilə bu cameədədirlər. Və aidiyyatı dövlət orqanlarının bu istiqamətdə araşdırması vacib görünür...

Mövzunun davamı olacaq.  





Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevə qarşı böyük şəbəkə

    Ramiz Mehdiyevə qarşı böyük şəbəkə ...

    5-03-2013, 10:43

  • 
  • YAP da Ramiz Mehdiyevə qarşı çıxır

    YAP da Ramiz Mehdiyevə qarşı çıxır ...

    26-12-2012, 12:19

  • 
  • Rəbiyyət Aslanova oğlundan danışdı

    Rəbiyyət Aslanova oğlundan danışdı ...

    27-03-2014, 19:19

  • 
  • Ramiz Mehdiyevin himayə etdiyi nazir müavini - Hansı yolla təyinat alıb?..

    Ramiz Mehdiyevin himayə etdiyi nazir müavini - ...

    8-09-2020, 20:33

  • 
  • Prezident nurçuluqda ittiham olunan Elnur Aslanovu işdən çıxartdı

    Prezident nurçuluqda ittiham olunan Elnur ...

    17-03-2014, 20:05


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu