GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ana hüquqları və uşaq təhsili: Bir məhkəmə çəkişməsinin ACI GERÇƏKLƏRİ

Ana hüquqları və uşaq təhsili: Bir məhkəmə çəkişməsinin ACI GERÇƏKLƏRİ

Tarix: 3-11-2025, 15:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 8


Biləsuvar məktəbinin direktoru uşağın şəxsi işini vermir- Təhsil Nazirliyi isə susur.

Azərbaycanın bir çox bölgəsində ailə mübahisələri yalnız ailə üzvlərinin deyil, uşaqların da taleyini müəyyənləşdirir. Səringül Hüseynovanın hekayəsi də belə bir hadisədir. O, illərdir ki, keçmiş həyat yoldaşı Şamxal Həziyev ilə bağlı həm məhkəmə, həm də idarəetmə orqanları qarşısında ədalət axtarır.
Səringül xanımın iki övladı var. Boşanma qərarından sonra uşaqların ananın himayəsində qalması barədə məhkəmə qərarı çıxarılıb. Lakin sonradan Şamxal Həziyev cinayət məsuliyyətinə cəlb olunarkən, məhkəməni aldatmaqla, uşaqları öz himayəsinə götürməyə nail olub. Məqsədi isə, uşaqların atalıq himayəsində olduğunu göstərərək daha yüngül cəza almaq idi. Nəticədə, ana uşaqlarından məhrum olub, uşaqlar isə illərlə psixoloji və fiziki təzyiq altında yaşayıblar.
Səringül Hüseynovanın iddialarına görə, Şamxal Həziyev uşaqlara qarşı fiziki və mənəvi zorakılıq edib, qızını evdə məişət işlərinə və ikinci arvadından olan uşaqlara baxmağa məcbur edib, oğlunu isə azyaşlı olmasına baxmayaraq nənəsinin işlədiyi kafedə işləməyə göndərib, həmçinin özü ilə aparıb onu tarlada işlədib. Bu şiddət və təhqir halları barədə dəfələrlə polis orqanlarına və yerli icra hakimiyyətinə müraciətlər edilsə də, nəticə gecikib, uşaqlar uzun müddət psixoloji və sosial təzyiq altında qalıb.
2025-ci ilin yayında ana ata evində stres keçirtmiş 11 yaşlı qızını Biləsuvar rayonundan Bakıya gətirərək müalicə etdirmiş, həmçinin Sabunçu rayonunda məktəbə yerləşdirib. Lakin burada da böyük bir hüquqi baryerlə qarşılaşıb: Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli məktəbin direktoru avqust ayından bu günədək uşağın şəxsi işini təqdim etməkdən imtina edib. Direktorun arqumenti belə olub ki, “uşaqların atanın himayəsində olması barədə məhkəmə qərarı var” və “atanın icazəsi olmadan sənədi verə bilmərik.” Halbuki Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu və Təhsil Nazirliyinin 13.07.2022-ci il tarixli F-438 nömrəli əmri açıq şəkildə bildirir ki: “Şagirdin yaşayış yeri və məktəbi dəyişdikdə, onun şəxsi işi valideynin və ya qanuni nümayəndənin müraciəti əsasında yeni məktəbə verilməlidir.” Bu norma uşağın təhsil hüququnun toxunulmaz olduğunu təsdiqləyir.
Heç bir məktəb direktoru və ya icra hakimiyyəti əməkdaşı valideynlər arasındakı mübahisəyə əsaslanaraq uşağın təhsil sənədlərini saxlaya bilməz. Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli məktəbin direktoru isə özünü sanki məhkəmə icraçısı kimi apararaq, 2020-ci ildə uşağın atada qalmasına dair məhkəmə qətnaməsinə istinad edib, heç bir tədbir görmədən vəziyyəti dondurub, qanun pozuntusuna yol verərək, uşağın təhsil prosesini süni şəkildə əngəlləmişdir.
Direktor qanunla müəyyən edilmiş vəzifəsini yerinə yetirmək əvəzinə, məhkəmə qərarının icrasını bəhanə gətirərək, uşağın təhsil hüququnun pozulmasına bilavasitə şərait yaradıb. Uşağın artıq iki aydan çoxdur Bakı şəhərində təhsil almasına baxmayaraq, direktor bu barədə nə Təhsil Nazirliyinə, nə də Şirvan-Salyan Regional Təhsil İdarəsinə məlumat verməmiş, öz rəhbərlik etdiyi məktəbdə uşağın faktiki olaraq təhsildən kənarda qalmasına göz yummuşdur. Bu, həm Təhsil haqqında Qanunun 5.4 və 30.1-ci maddələrinin, həm də Konstitusiyada təsbit edilmiş təhsil hüququnun açıq pozuntusudur.
Direktor bu qanuni normanı bilərəkdən və məqsədli şəkildə pozaraq, uşağın şəxsi işinin təqdim edilməsini əsassız şəkildə ləngidir. O, öz vəzifə səlahiyyətlərindən kənara çıxaraq, qanunla müəyyən edilməmiş və şəxsi mülahizələrə əsaslanan bəhanələrlə prosesi süni şəkildə uzadır. Hər dəfə müxtəlif və bir-birinə zidd bəhanələr gətirir- guya atanın icazəsi yoxdur, guya məhkəmə qərarı var, hətta “uşağın atası deyib ki, sənəd verilsə, məktəbi dağıdacağam” kimi əsassız iddiaları irəli sürür. Bu davranışlar qanunvericilikdə nəzərdə tutulmayıb və tamamilə özbaşına, subyektiv qərar kimi qiymətləndirilməlidir. Nəticədə uşağın təhsil hüququ kobud şəkildə pozulub, onun yeni məktəbdə sənədlərinin rəsmiləşdirilməsi mümkünsüz hala gətirilib. Bu həm uşağın, həm də ananın hüquqlarına qarşı açıq sayğısızlıqdır.
Məktəb direktoru nəzərə almır ki, artıq Səringülün qızının 11 yaşı var və Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, bu yaşda uşaq özü qərar verə bilər ki, hansı valideynin yanında yaşamaq istəyir, Səringülün qızı isə anası ilə yaşamaq istəyini artıbildiribdir. Həmçinin Səringülün məhkəmədə qaldırdığı iddianın təmin olunma ehtimalı da yüksəkdir, çünki qəyyumluq komissiyasının mövqeyi və faktiki yaşayış şəraiti bu qərarı dəstəkləyir. Bundan əlavə, müvafiq elektron təhsil sisteminə daxil olmuş məlumatlardan da aydın görünür ki, uşaq artıq Bakı şəhərində yerləşən ümumi təhsil məktəbində oxuyur. Bütün bu faktları görə-görə sənədin verilməsini ləngitmək yalnız qanunsuz deyil, həm də uşağın təhsil hüququnun pozulmasının davam etdirilməsidir.
Bu məsələnin həlli üçün Səringül Hüseynova dəfələrlə Bakıdan Biləsuvar şəhərinə gələrək məktəb direktoru ilə şəxsən görüşmüş, vəziyyəti izah etmiş və uşağın şəxsi işinin verilməsini xahiş etmişdir. Lakin məktəb direktoru problemi həll etmək əvəzinə sanki uşağın atasının vəkili kimi davranmış, onun mövqeyini müdafiə edərək sənədləri təqdim etməkdən imtina etmişdir.
Belə davranış məktəb rəhbərliyinə yaraşmayan, həm pedaqoji etika, həm də “Təhsil haqqında” Qanunun müddəalarının tələblərinə zidd bir haldır. Məlum deyil ki, dövlət təhsil müəssisəsinin rəhbəri hansı motivlərlə və ya kiminsə təsiri altında uşağın atasının açıq-aşkar qanunsuz tələblərini yerinə yetirməyə üstünlük verir. Bu hərəkət həm uşağın, həm də ananın hüquqlarının pozulmasının davam etməsinə səbəb olmuşdur.
Sənədlərin verilməməsi səbəbindən uşaqda psixoloji gərginlik yaranıb, o, təhsil prosesində qeyri-müəyyənlik və stress içində qalıb. Direktorun bu davranışı uşağın sosial uyğunlaşmasına və tədris davamlılığına zərbə vurub. Belə hərəkətlər “Təhsil haqqında” Qanunun 5.1, 5.4, 14.17-1, 14.19, 30.1 və 30.9-cu maddələrinin, həmçinin Ailə Məcəlləsinin 49 və 51-ci maddələrinin tələblərinin açıq şəkildə pozulmasıdır. Direktorun bu mövqeyi həm hüquqi, həm də etik baxımdan yolverilməzdir, çünki o, bir dövlət təhsil müəssisəsinin rəhbəri olaraq uşağın təhsil hüququnun qorunması əvəzinə onun qarşısında əsas maneəyə çevrilib.
Maraqlıdır ki, Səringül Hüseynova bu məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə də müraciət edib. Hətta idarənin hüquqşünası ilə dəfələrlə əlaqə saxlanılıb, lakin bu günə qədər heç bir real tədbir görülməyib. Nəticədə, məktəb rəhbərliyinin qanunsuz hərəkətləri davam edir, uşaq isə sənədlərin verilməməsi səbəbindən təhsil prosesində rəsmi qeydiyyatsız vəziyyətdə qalır.
Ana, həmçinin əvvəllər AR CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş keçmiş həyat yoldaşının barəsində böhtan və təhqir cinayəti ilə bağlı xüsusi ittiham qaydasında şikayət verib. Şamxal Həziyevin AR CM-nin 147 və 148-ci maddələri (böhtan və təhqir) üzrə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Eyni zamanda, uşaqların atadan alınaraq anaya verilməsi tələbi üzrə mülki qaydada məhkəmə baxışı da davam edir. Artıq qəyyumluq və himayəçilik komissiyasının da mövqeyi bəllidir.
Təbii ki, uşaqların ananın himayəsində qalması onların mənafeyinə daha uyğun hesab edilməlidir. Ana, uşaqların qayğısını və gündəlik ehtiyaclarını təmin etməklə yanaşı, onların psixoloji vəziyyətini də sabitləşdirib, təhsil və sağlamlıq məsələlərinə xüsusi diqqət yetirir. Atanın isə uzun müddətdir uşaqlarla maraqlanmaması, onların tərbiyəsinə və sosial inkişafına biganə qalması bu qərarın zəruriliyini bir daha təsdiqləyir. Bu baxımdan, həm Ailə Məcəlləsi, həm də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəaları tələb edir ki, uşaqlara dair bütün qərarlar onların ali mənafeyi prinsipi əsasında qəbul edilsin.
Bu hadisə tək bir ailənin problemi deyil. Bu, sistemli hüquqi boşluqların, təhsil strukturlarındakı özbaşınalığın və uşaqların hüquqlarının qorunmasında passivliyin bariz nümunəsidir. Bir tərəfdə qanunsuz hərəkət edən ata, digər tərəfdə qanunu tanımayan məktəb rəhbərliyi, üçüncü tərəfdə isə səssiz qalan regional idarə…
Əslində, bu cür hallarda dövlət orqanlarının dərhal müdaxilə etməsi, uşağın hüquqlarını qoruması və təhsilinin fasiləsizliyini təmin etməsi vacibdir.
Səringül Hüseynovanın işi təkcə fərdi ədalət axtarışı deyil- bu, uşaqların və anaların hüquqlarının sistemli şəkildə qorunması zərurətinin səsidir. Uşağın təhsildən məhrum edilməsi, valideynlər arasındakı mübahisələrdən asılı olmamalıdır.
Hər bir dövlət qurumu- məktəb, təhsil idarəsi qanunu icra etməli, şərh etməməlidir.

Redaksiya qeydi: Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə və Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu göndərilib. Cavab daxil olduqda, məlumat yenilənəcək./Tehsil.media/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalidə Xalid və Şamxal Hüseynov Bakıya qayıtdı

    Xalidə Xalid və Şamxal Hüseynov Bakıya qayıtdı ...

    6-06-2013, 15:10

  • 
  • Ana 6 uşağını küçəyə atdı

    Ana 6 uşağını küçəyə atdı ...

    13-06-2018, 10:33

  • 
  • Baş nazirin intihar fikrindən daşındırdığı şəxsin içki aludəçisi olduğu məlum olub

    Baş nazirin intihar fikrindən daşındırdığı şəxsin ...

    30-07-2018, 19:50

  • 
  • 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür ...

    1-06-2013, 00:35

  • 
  • Azyaşlılara işgəncə verdiyi deyilən ögey ana efirə gəldi və...

    Azyaşlılara işgəncə verdiyi deyilən ögey ana ...

    10-12-2019, 13:49


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu