GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakim QAZILAR , yoxsa məhkum QAZİLƏR dövlətcanlıdır?

Hakim QAZILAR , yoxsa məhkum QAZİLƏR dövlətcanlıdır?

Tarix: 5-11-2025, 20:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 128


Azərbaycan Konstitusiyası de-fakto qüvvədə deyil


2020-ci ilin bu günlərinə kimi dövlət suverenleyimiz sözdə (“de-yure”) idi, “de-fakto” 20 faizimiz işğalda idi. Konstitusiyaya gəldikdə isə sözdə qüvvədədi(r), faktiki olaraq heç bir qüvvəsi yoxdu(r).  2025-ci ilin SUVERENLİK və KONSTİTUSİYA ili elan edilməsi də heç nəyi dəyişmədi, Konstitusiya hüquqi yöndən dövlətin ən ali qüvvəli qanunu olsa da, faktiki olaraq nəinki ən ali , heç qüvvəsinin olmadığı hələ də sürür. Özü də məhkəmə aktları ilə! Özü də məhkəmənin ali səviyyəsində! HAKİM-QAZILARIN RÜŞVƏTİ DÖVLƏTDƏN , KONSTİTUSİYADAN UCADA TUTMASI SAYƏSİNDƏ! SUVERENLİK isə 5 ildir həm hüquqi, həm də faktiki qüvvəsini alıb. ŞƏHİDLƏRİN, MƏHKUM QAZİLƏRİN DÖVLƏTİN SUVERENLİYİNİ VƏ KONSTİTUSİYA QURULUŞUNU QANLARI İLƏ  QORUMASI SAYƏSİNDƏ!

Bizi radikallıqda suçlayanları faktlarla üz-üzə qoymağa çağırırıq. Alman filosofu Fridrix Nitsşenin sözüdür, deyib ki, faktlar qəddar olur. Cinayət işlərindəki qəddar faktları anıdaq. Qazi Tofiq Yaqublu (oğlu Rəhim bəy də qazidir) , Qazi Rza Səfərsoy (ömür-gün yoldaşı Təranə xanım da qazidir), Qazi Ruslan İzzətli,...(siyahı uzundur) nə böyük suçun yiyəsidirlər ki, sifarişli qazı ədavəti ilə qəddar hökmlərlə “təltif olunublar”? Qazilər Azərbaycan Bayrağı, suverenliyi, Konstitusiyası uğrunda ona görə vuruşub ki, ucaltdığı BAYRAĞIN kölgəsindəki qazamatda faktsız, sübutsuz cəza çəksin?

Mülki və inzibati işlərə gəldikdə, Konstitusiyanın ümumiyyətlə qüvvədə olmadığı aktlaşdırılır. Konstitusiyanın qüvvəsizliyinə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarlarını borclu dövlət orqanı kefi istəyəndə “ləğv edir”, kefi istəyəndə “qüvvəyə mindirir”, kefi istəyəndə tamam sistemdən sildirir. Bu sətirlərin yazarının tələbkar statusunda olduğu 10 (!) məhkəmə qərarının 9-u sistemdən silinib, qalan biri isə 15 ildir yaddan çıxıb. (Yada düşsə idi, onu da sistemdən silərdilər). 15-20 ilin “köhnə palan içini sökməyək”, lap qəttəzə fakta üz tutaq.

1 BİİM-in 05.07.2017-ci il tarixli Qərarı ilə tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasına əlavə olunan 110 manatı 2023-cü ilin aprelindən borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) kəsib, 31 aydır bərpa etmir. 31 aydır qanunverici Milli Məclis “biz nə edə bilərik” deyir, icraedici PA, NK, prokurorluq, ƏN-in icra şöbələri, “aidiyyətsizlikdən” “susur”, Ombudsman MHŞ qərarı çıxaran Bakı İnzibati Məhkəməsini (BİM) nişan verir, məhkəmə (Günel Sevdimalıyeva, Aygün Abdullayeva, Aygün Əhədova,...) isə dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını MÜMKÜN SAYMIR. (?) Bu mümkünsüzlüyü Bakı Apellyasiya Məhkəməsi (Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov; Elvin Əliyev, Aytən Oruczadə, Cahangir Yusifov, Günel Abbasova;...) qüvvədə saxlayır, Ali Məhkəmə isə kassasiyanı mümkün saymır. Belə mümkünsüzlüklə Konstitusiya mümkün , qüvvədə ola bilər? Təbii ki, ritorik sualdır. Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bu Konstitusiya, bu da məhkəmələrin borclunun rüşvəti ilə görməzliyi. (rüşvətdən özgə hakim qazıları korluğa nə qoya bilər?). Məhkəmə qərarını icra etməyən borclular, icraya yönəltməyən məhkəmə qazıları məsuliyyətə cəlb olunmaq yerinə, tələbkar 1-ci dərəcəli qazi cəzalandırılır, daşınar əmlakından- pensiyasından məhrum edilir.(??)

1BİİM-in 20.06.2016-cı il tarixli, 2-1(81)-1095/16 saylı Qərarının (h. Şərafət Məmmədova, 7 ildir rüşvət hakimliyini Bakı AM-də sürdürür) “bəxti” isə 10-cu ildir açılmır ki açılmır. “Bəxtsizliyə” baxın, tələbkarın icranı tələb edən ərizəsi üzrə 8-1(81)-49/2018 saylı “izahdan imtina” haqqında qərardad 7 il (?) sonra 2025-ci ilin mayında “Elektron məhkəmə” sistemində yerləşdirilib. İlginc özbaşınalıqdır ki, qərardadın özü sistemdə yoxdur, yalnız tələbkarın qərarın icraya yönəldilməsini tələb edən ərizələri sistemdədir. Tələbkarın olmayan (?) qərardaddan 11.05.2025-ci il tarixli apellyasiya şikayəti isə PA-ya, MM-ə, hüquq mühafizə orqanlarına, Ali Məhkəməyə, MHŞ-ya, Ombudsmana,... 5 aylıq şikayətlərindən sonra 2025-ci ilin oktyabrın 15-də göndərilib. Bakı AM-in İK-sı (s/e Nigar Nəbizadə) 29.10.2025-ci il tarixli qərardadla apellyasiya şikayətini mümkün saymayıb ki, olmayan qərardaddan şikayətin sistemə gec qoyulması tələbkarın suçudur. Bəs qərardadın özünün olmaması kimin suçudur? Lap olsun, bəyəm gec də olsa, dövlətin adından çıxarılan məhkəmə qərarı icra olunmalı, icraya yönəldilməli deyil? Belə çıxır, Konstitusiya faktiki qüvvədə deyil. Qüvvədə olsaydı, 129-cu maddə tətbiq olunardı. Məhkəmə heyəti kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan da imtina edib ki, elektron sistemdə 1-ci dərəcəli Qarabağ əlilinin hansısa sahibkardan 150 manat (?- minimum əmək haqqı 400 manatdır- M.B.), dövlətdən maaş, pensiya, Prezidentdən təqaüd alması barədə “gəlir bəyannaməsi” yerləşdirilib. (?- olmayan qərardad, olmayan “gəlir bəyannaməsi” sistemdə “tapılır”, amma tələbkarın ərizələri tapılmır?) Konstitusiyanın qüvvəsizliyinə baxın, qanun 1-ci dərəcəli Qarabağ əlillərinin ödənişsiz, dövlət hesabına hüquqi yardımla təminatını təsbit edir, məhkəmə isə qazinin pensiya-təqaüd alması “əsası” ilə hüququna qadağa qoyur. Vurğulamaq yerinə düşür, eyni heyət Kamran Əkbərovun sədrliyi ilə 1-ci dərəcəli Qarabağ qazisinin vermədiyi (??) apellyasiya şikayətini mümkün sayıb, baxıb, amma verdiyi şikayəti isə mümkün saymayıb. (?). Özü də həmin verilməyən apellyasiya şikayətini BİM-in (h. Ləman Musayeva) özbaşına ayırdığı “paykovoy” vəkil (Fərid Rzayev) qazinin imzası olmadan özü imzalayıb göndərib (?) (Ləman Musayeva VKRH-nın aparat rəhbəri Orxan Babayevi də, intizam komissiyasının üzvü Əlirza Həbilovun sifarişi ilə özbaşına DİN-in vəkili və nümayəndəsi kimi işə cəlb edib) Bakı AM-in İK-sı bu cinayətə qiymət vermək əvəzinə saxta qərardaddan saxta şikayəti qüvvədə saxlayıb. Bəs nəzarətedici qurumlar, özəlliklə, MHŞ nəyə nəzarət edir, prokurorluq nəyə baxır? İddiaçı Qarabağ qazisi ərizə vermədiyi halda, apellyasiya şikayəti vermədiyi halda onun adından imzasız apellyasiya şikayəti yazılır, amma ərizə verəndə kassasiya şikayətini yazmağa vəkildən imtina edilir? Eləcə də BİM-ə (Günel Sevdimalıyeva (rüşvət xidməti yüksək qiymətləndirilib, Bakı AM-ə transfer edilib), Aygün Əhədova, Aygün Abdullayeva) məhkəmə qərarlarının icrasının təmin edilməsi amacı ilə dövlət hesabına vəkillə təminatına verdiyi ərizələrin heç birinə cavab verilmir. Heç tələbkar kimi verdiyi ərizələrin də qəbulundan Konstitusiyaya qarşı çıxaraq imtina edilir. Belə Konstitusiya ilə təminat verilən hüquq harda görünüb? Absurddur, məhkəmə nə xidməti vəzifəsini icra edir, nə də tələbkarın ərizələrini qəbul edir. Söz Baş prokurorda, Məhkəmə Hüquq Şurasındadır: Dövlətin adından çıxarılan məhkəmə qərarlarının icrasına borclunu , məhkəməni məcbur etdirmək onların görəvidir.


Məğrur Bədəlsoy


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Konstitusiya günü qeyd olunur

    Azərbaycanda Konstitusiya günü qeyd olunur ...

    12-11-2018, 10:10

  • 
  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

    Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ...

    4-06-2020, 20:45

  • 
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11

  • 
  • Bu gün Azərbaycanda Konstitusiya Günüdür

    Bu gün Azərbaycanda Konstitusiya Günüdür ...

    12-11-2020, 11:00

  • 
  • Konstitusiya Məhkəməsinin son qərarı dövlət çevrilişi idi - Orbelyan

    Konstitusiya Məhkəməsinin son qərarı dövlət ...

    18-10-2024, 11:17


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu