GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

Tarix: 16-03-2026, 16:42 Bölmə :GündəmXəbər Baxış: 77

Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və  “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış.

Lakin sonradan məlum olmuşdur ki,5 ədəd  10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 aydır  ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəfələrlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirmişdir.  Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün  Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində  işləyən Nurlan və İntiqam  adlı vəzifəli şəxslərə isə  20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.

Budur, yanvar ayından başlayaraq Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı  və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikib başa çatdırıb.

Baxmayaraq ki, bizim qanunsuz tikinti işlərinin dayandırlması barədə rəsmi müraciətlərimizdən sonra yanvarın 7-də Dövlət Şəhər və Arxitektura Komitəsinin işçiləri gəlib yerində baxış keçirmiş, hadisəni aktlaşdırsalar da Tahirin əlini cibinə salmasından sonra gəldikləri kimi də çıxıb getmişlər. Fevralın 16-da da müraciətimizlə əlaqədar Ekologiya Nazirliyinin əməkdaşları qanunsuz tikintiyə baxış keçirmək istədiklərini redaksiyamıza bildirmişlər.

Digər tərəfdən də Bakı şəhər Prokurorluğunun Xətai rayon Prokurorluğuna göndərdiyi 3 dəfə təkrar məktublarından da aydın olur ki, baş vermiş hadisənin araşdırlması tələb olunur. Lakin çox təəssüflər olsun ki, Xətai Rayon Prokurorluğunun müstəntiqləri 24 gündür ki, qanunsuz evin tikintisi olan əraziyə nədənsə gedib çıxa bilmirlər.

Ona görə də baş verməkdə olan cinayət yerli sakinlər arasında haqlı narazılıq yaradır. Sadə insanlar gözləyirlər ki, nəhayət sıradan bir “makler” olan Tahir adlı  fərdin özbaşnalıqlarına  qanunvericilik daxilində son qoyulacaqdır.

Rəsmi müraciətimizdən sonra düşünürdük ki, ictimai yerdə öz xeyri üçün qanunsuz işlərlə məşğul olan “makler” Tahir barəsində yerli dövlət və  hüquq-mühafizə orqanları lazımi araşdırmalar apardıqdan sonra qanuni tədbirlər görəcəklər. Lakin çox təəssüflər olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlar bunların tam əksini deyir.

Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və fevralın 22-dək dam örtüyü işlərinin başa çatdırılması tapşırılmışdır.

Xətai rayon İcra Hakimiyyətinin memarlıq tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini – sektor müdiri(baş memar) Əhməd Məmmədovun müraciətimizlə bağlı 20.02 2026-cı ildə bizə verdiyi cavab məktubunda bildirilir ki, Sizin Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə 31.01.2026-cı il tarixli elektron müraciətinizə Xətai rayon İcra Hakimiyyətində baxılmışdır.

Müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.

Hal-hazırda qeyd olunan ünvanda tikinti işləri aparılmır və ərazi nəzarətdə saxlanılır.

Fövqəladə Hallar Nazirliyinə, Arxitektura və Şəhərsalma Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız 5 yanvar tarixli müraciətlərimizə hələ də heç bir cavab verilməsə də, Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini cənab Ramazan Hadıyevin Xətai rayon prokuroru Sərdar Həmidova ünvanladığı 29 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir:  “ Yaşayış sahəsinin qarşısında sürüşmə zonasında aparılan özbaşına tikinti işlərinin dayandırılması barədə Bakı şəhər Prokurorluğuna daxil olmuş müraciəti qanunamüvafiq tədbirlər görülməsinin təmin edilməsindən ötürü Sizə göndərilir.”

Aradan 3 ay keçsə də Xətai rayon prokuroru Sərdar Həmidovdan bir cavab çıxmadı. Görəsən Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda aparılan qanunsuz tikilinin qarşısı alınacaqmı?

Xətai rayon İcra Hakimiyyətinin baş memarının bizə verdiyi cavabda güya dayandırılıb. Sakinlərdə bizə göndərilən fotodan isə görsənən odur ki,  ərazidəki özbaşına ev tikintisi nəinki dayandırılmız, əksinə qanunsuz tikilinin dam örtüyü belə vurularaq işlər artıq başa çatmışdır.

Qeyd edək ki,  Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri (baş memar) Əhməd Məmmədov bizə məktubunda bildirir ki, müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.

Göründüyü kimi, baş memar Əhməd Məmmədov sözügedən ünvanda tikintinin müvafiq icazə sənədləri olmadan aparıldığını yazır və buna görə də tikinti işlərinin dayandırıldığını bildirir. Bunlar onun 20.02 2026-cı ildə bizə verdiyi rəsmi cavab məktubunda qeyd edilib. Amma sakinlərin bizə göndərdiyi fotoda tikintinin dayandırılmadığı, əksinə dam örtüyünün artıq vurulduğu görsənir. Bu, Xətai rayon İcra Hakimiyyətində məmur özbaşınalığını rəsmi şəkildə təsdiq edir./aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Başçının başını ağrıdan tikili - "Bəli, müavinim Orxan tez-tez ərazidə olur"

    Başçının başını ağrıdan tikili - "Bəli, ...

    13-02-2018, 19:25

  • 
  • İcra başçısı və general sakinlərin gününü qara edib

    İcra başçısı və general sakinlərin gününü qara ...

    27-10-2014, 09:08

  • 
  • Paytaxtın mərkəzi rayonunda kütləvi etiraz

    Paytaxtın mərkəzi rayonunda kütləvi etiraz ...

    15-12-2017, 14:47

  • 
  • 4 arvaddan 13 övladı olan kişinin ittihamlarına cavab gəldi

    4 arvaddan 13 övladı olan kişinin ittihamlarına ...

    28-12-2013, 13:04

  • 
  • Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI və DƏYƏRİ

    Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının ...

    16-11-2016, 02:36


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu