GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ

“Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ

Tarix: 20-05-2026, 19:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 6

Xəbər verdiyimiz kimi,   “Azərlotereya” ASC-nin rəsmi internet səhifəsindəki “Hesabatlar” bölməsində son dövrlərə dair məlumatlar yoxdur və yalnız 2018-2024-cü illəri əhatə edən arxiv sənədləri mövcuddur.

Eləcə də, son təqdim olunan hesabatını  (2024-cü il)  analiz edərkən qeyd etmişdik ki, “Azərlotereya” ASC-nin 2024-cü il hesabatı mənfəətin 84%-nin dividend kimi çıxarılması, debitor borcların 13,9 milyon manata yüksəlməsi, reklam və İT xərclərinin kəskin artması nəticəsində şirkətin real likvidlik vəziyyətinin zəiflədiyini sübut edir.

32gun.az Türkiyə mətbuatı və rəsmi məhkəmə qeydlərinə istinadən, holdinqlərin pərdəarxası ticari müharibələrini, maliyyə skandallarını və bu iqtisadi imperiyanın qaranlıq tərəflərini təqdim edir. Araşdırmada Türkiyənin ən böyük korporasiyalarından biri olan “Demirören Holding” və onun rəhbər şəxslərinin son illərdə gündəmdən düşməyən nəhəng borcları, qarşılıqsız çekləri, rəsmi iflasları və mülk davaları yer alır.

Milyardlıq Satınalma və Ziraat Bankının “Yaşıl Zona” çıxılmazı

Hər şey 2018-ci ildə Demirören Qrupunun Doğan Medya Grubu-nu 895 milyon dollara satın alması ilə başladı. Bu nəhəng alış üçün dövlətə məxsus Ziraat Bankasından yüz milyonlarla dollar kredit götürüldü. Lakin holdinq bu nəhəng borcu ödəməkdə çətinlik çəkdi və mətbuata sızan rəsmi hesabatlara görə, borcun cəmi 3,2%-i geri qaytarıla bildi.

Bəs borcun əvəzinə nə verildi?

Holdinq nagd pul əvəzinə İstanbulun ən prestijli ərazilərindən sayılan Göktürkdəki Kemer Country qolf sahələrini və torpaqlarını banka dövr etdi. Ziraat Bankası bu torpaqları tikintiyə açaraq pulunu çıxarmaq istəsə də, ərazi sakinlərinin açdığı iddialar nəticəsində məhkəmə şok qərar verdi: Bu ərazilər tikintiyə qapalı “yaşıl zona” elan edildi. Alınan qərarla dövlət bankının əlində yüz milyonlarla dollarlıq “istifadəsiz” torpaq sahəsi qaldı və bu durum böyük korporativ fırıldaqçılıq skandalı kimi qiymətləndirildi.

Holdinqdə ŞOK: Kiçik qardaş həbsxanada və rəsmən iflas etdi!

Ailə daxilindəki ən böyük maliyyə zərbəsi isə “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Dəmirörənin kiçik qardaşı, “Demirören Holding”in İdarə Heyətinin üzvü Fikret Tayfun Demirörəndən gəlib. Tayfun Demirörenin şəxsi biznes fəaliyyətləri zamanı bazara buraxdığı ümumilikdə 66 milyon 770 min lirəlik çeklərin qarşılıqsız çıxması onun həbsi ilə nəticələnmişdi.

Milyonçu varis qarşılıqsız çek ittihamı ilə həbs olunaraq dəmir barmaqlıqlar arxasına göndərildi. Bunun ardınca İstanbul 1-ci Asliye Ticaret Məhkəməsi həm Tayfun Demirörenin şəxsən, həm də ona məxsus “Mikare Gayrimenkul” şirkətinin rəsmi iflasına qərar verdi.

Hadisə o qədər böyüdü ki, Demirören Holding təcili bəyanat yayaraq, “Tayfun Demirörenin borclarının holdinqimizlə hüquqi bağı yoxdur” deyərək öz doğma qardaşlarından imtina etmək məcburiyyətində qaldılar.

Tayfun Demirörenin maliyyə uğursuzluqları təkcə Türkiyə ilə məhdudlaşmırdı. Onun Almaniyanın paytaxtı Berlində qurduğu tikinti və daşınmaz əmlak layihələri üçün Avropa banklarından aldığı 240 milyon avroluq nəhəng kreditlərin də batdığı ortaya çıxdı. Alman məhkəmələri heç bir güzəşt etmədən layihələri əlində partlayan Demirörenin xaricdəki fəaliyyətinə də rəsmən son qoydu.

Aydın Doğan ilə Gizli Səhm Müharibələri və Jurnalistlərin notarius vasitəsilə qovulması

“Doğan Medya” satılsa da, holdinq ilə Aydın Doğan arasındakı pərdəarxası məhkəmə çəkişmələri bitmədi. Demirören Qrupu, satınalma müqaviləsindən sonra ortaya çıxan keçmiş vergi və işçi təzminat borclarını Aydın Doğanın ödəməli olduğunu idda edərək məhkəmə davası açdı.

Bu ticari çəkişmələrin qurbanı isə illərini “Hürriyet” qəzetinə vermiş işçilər oldu. Holdinq idarəçiliyi, həmkarlar ittifaqına üzv olan 45-dən çox tanınmış jurnalisti evlərinə notarius vasitəsilə (poçt) bildiriş göndərərək bir gecədə işdən qovdu. İşçilərin qanuni təzminatlarının illərlə ödənilməməsi mətbuat dünyasında ən böyük korporativ rəzalətlərdən biri kimi qeydə alındı.

Şans oyunlarında gizli vergi güzəştləri lobbiçiliyi

Holdinqin ən böyük gəlir qapısı sayılan Milli Piyango və “İddaa” kimi şans oyunları platformalarında da ciddi maliyyə ziddiyyətləri yaşandı. İqtisadiyyat mətbuatına sızan məlumatlara görə, şirkətin qumar dövriyyəsindən əldə etdiyi gəlirlərin KDV (ƏDV) və digər vergilərdən azad edilməsi və ya dərəcələrin minimuma endirilməsi üçün pərdəarxası böyük bir lobbiçilik fəaliyyəti yürüdülüb. Bu imtiyaz cəhdləri digər özəl sektor subyektləri arasında haqsız rəqabət iddialarına yol açıb.

Sərvətin Gizli Marşrutu: Pandora sənədləri

Türkiyədə dövlət banklarına olan borcların ödənilmədiyi, işçilərin təzminatlarının gecikdirildiyi bir vaxtda, beynəlxalq araşdırmaçı jurnalistlərin üzə çıxardığı Pandora Papers sənədləri ailənin gizli sərvət marşrutunu ifşa etdi. Sənədlərə görə, Yıldırım Demirörenin həyat yoldaşı Revna Demirören və iflas edən qardaşı Tayfun Demirören, vergi cənnəti olan Britaniya Virciniya Adaları üzərindən Londonda milyonlarla funt-sterlinq dəyərində lüks mülklər və ofşor şirkətlər satın alıblar.

Sedat Pekerin Şok İfşaları: Sərvət Üçün Törədilən Qorxunc Qətl İddiası

Sedat Peker, Demirören ailəsinin qurucusu Erdoğan Demirörenin 1980-ci illərdə yunan əsilli iş adamı Yorgi Papadolosu qətlə yetirərək bütün mülklərinə qanunsuz şəkildə əl qoyduğunu və bu  məlumatların 1987-ci il MİT hesabatında yer aldığını iddia edib. O, həmçinin ailənin “Milangaz” şirkətini real sahibi Şevki Kurtkayanı mafioz üsullarla təhdid edərək əllərindən aldığını önə sürüb. Pekerin digər şok iddiasına görə holdinq, zərərlə işləyən TOTAL yanacaqdoldurma şəbəkəsini hərbi fond olan OYAK-a həddindən artıq baha qiymətə sataraq haqsız qazanc əldə edib. Son olaraq o, Yıldırım Demirörenin dövlət bankına olan 750 milyon dollarlıq borcunu ödəmədiyi halda, başqa iş adamından lüks təyyarə və yaxta satın alaraq asudə və dəbdəbəli həyat yaşadığını ifşa edib.

*Nəticədə bunu göstərir ki, Türkiyənin ən parlaq media və enerji imperiyalarından biri kimi görünən Demirören Qrupu, pərdə arxasında qarşılıqsız çeklər, şəxsi iflaslar, ödənilməyən dövlət kreditləri və ofşor hesablarla zəncirvari bir maliyyə böhranının içində üzməyə davam edir ./32gun.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərlotereya" nədən hesabatını açıqlamır

    "Azərlotereya" nədən hesabatını ...

    26-01-2024, 14:04

  • 
  • Maqsud Tağıyevin qeyri-müəyyən taleyi - “Azərlotereya” ASC-də yoxlamalar başlayıb (VIDEO)

    Maqsud Tağıyevin qeyri-müəyyən taleyi - ...

    8-04-2021, 16:29

  • 
  • “Azərlotereya” müəmması - Ortada kifayət qədər sual var...

    “Azərlotereya” müəmması - Ortada kifayət qədər ...

    3-03-2021, 21:46

  • 
  • “Azərlotereya”nın xalqdan yığdığı pullar Niderlandda ofşora daşınır — SENSASİON TƏFƏRRÜAT

    “Azərlotereya”nın xalqdan yığdığı pullar ...

    10-06-2022, 12:54

  • 
  • “Azərlotereya”nın maliyyə hesabatına inanmaq olar, ya yox... - ARAŞDIRMA

    “Azərlotereya”nın maliyyə hesabatına inanmaq ...

    9-09-2022, 10:45


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu