Gundemxeber.az » İqtisadiyyat » Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Yeddi ayda neft-qaz sektoru üzrə ÜDM istehsalı 22 milyard 916,5 milyon manat olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,6 faiz azalıb. Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı isə 53 milyard 901,2 milyon manat təşkil etməklə illik müqayisədə 2,2 faiz artıb.
Gundemxeber.org
15-09-2017, 20:28
15-08-2014, 10:15
14-11-2013, 12:28
18-08-2021, 10:39
19-09-2016, 13:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?