GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Tarix: Bu gün, 15:50 Bölmə :İqtisadiyyat Baxış: 1


Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyatlar üçün lazım olan sistemlərin təminatı üzrə iri müqavilə imzalayıb. Müqavilə Emerson şirkətinə verilib.

Bu barədə bp şirkətindən bildirilib.

Qeyd olunub ki, yeni müqavilə ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin, o cümlədən texnoloji proseslərə nəzarət, təhlükəsizlik məqsədilə dayandırma, yanğın və qazın aşkarlanması və enerji idarəetmə sistemlərinin təminatını əhatə edir. Birlikdə bu sistemlər platformadakı vacib əməliyyatların real vaxt rejimində izlənməsinə və məsafədən idarə olunmasına imkan verəcək ki, bu da əməliyyat xərclərinin azaldılması və uzun müddətli iş icrasının təmin olunması ilə bərabər təhlükəsizliyin, etibarlılığın və əməliyyat səmərəliliyinin artırılmasına kömək edəcək.

bp-nin layihələr üzrə baş meneceri İlqar Məmmədov deyib: “Bu müqavilənin imzalanması ŞDK layihəsinin həyata keçirilməsini dəstəkləyən mühüm bir addımdır. Avtomatlaşdırma və idarəetmə sistemləri heyətsiz qurğu kimi nəzərdə tutulan ŞDK platformasının vacib komponentlərindən biri olacaq və platformanın bütün istismar müddəti ərzində onun təhlükəsiz və səmərəli fəaliyyətini dəstəkləyəcək.

Bu mühüm müqavilənin verilməsi layihə üzrə işlərin sürətlə irəlilədiyi bir vaxta düşür. Belə ki, bu işlərin ümumilikdə təxminən 30 faizi artıq tamamlanıb və hazırda təqribən 2700 nəfər layihəyə cəlb olunub. Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə mühəndislik və istehsal işləri plana uyğun irəliləyir və bu işlərdə Azərbaycanın yerli resurslarından, təcrübə və sənaye imkanlarından geniş şəkildə istifadə edilir”.

ŞDK layihəsi “Şahdəniz” yatağından qazvermənin maksimuma çatdırılmasında mühüm rol oynacaq və əlavə qaz ehtiyatlarını əlçatan etməklə hasilatın uzunmüddətli davamlılığını təmin edilməsinə töhfə verəcək.

Qeyd edək ki, nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin “Şahdəniz” yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq. Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz Alfa” (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq. Layihə, həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Layihə üzrə tikinti işləri hazırda davam edir. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Gundemxeber.org

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Şahdəniz-2" layihəsi çərçivəsində daha 4 quyu işə salınıb

    "Şahdəniz-2" layihəsi çərçivəsində daha ...

    11-09-2018, 11:38

  • 
  • Prezident İlham Əliyev “Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililərinin dənizə yola salınması mərasimində iştirak edib

    Prezident İlham Əliyev “Şahdəniz-2” üçün inşa ...

    1-06-2017, 11:13

  • 
  • İlham Əliyev “Şahdəniz” qazını Putinlə bölür

    İlham Əliyev “Şahdəniz” qazını Putinlə bölür ...

    7-08-2013, 17:49

  • 
  • ABŞ səfirindən ilginc açıqlamalar

    ABŞ səfirindən ilginc açıqlamalar ...

    25-04-2014, 11:25

  • 
  • “Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz-2” ilə məhdudlaşmır”

    “Azərbaycanın enerji layihələri təkcə ...

    13-02-2018, 21:54


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (272)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu