GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

Tarix: Bu gün, 15:26 Bölmə :İqtisadiyyat Baxış: 2


Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Toxumçuluq haqqında" Qanunu təsdiqləyib.

Gundemxeber.org xəbər verir ki, Qanun müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin təklifləri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. 6 fəsil və 27 maddədən ibarət olan yeni qanun toxumçuluq sahəsində müasir idarəetmə mexanizmlərinin tətbiqini, dövlət tənzimlənməsi və nəzarətinin təkmilləşdirilməsini, şəffaflığın artırılmasını, keyfiyyətli toxum istehsalının təşviqini və rəqəmsal idarəetmənin genişləndirilməsini nəzərdə tutur.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bitkiçilik məhsullarının istehsalı mühüm rol oynayır. Bu baxımdan fermerlərin yüksək reproduksiyalı, keyfiyyətli və sertifikatlaşdırılmış toxumlarla təmin edilməsi məhsuldarlığın artırılması, istehsal xərclərinin azaldılması və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. Eyni zamanda, yerli toxum istehsalının inkişafı idxaldan asılılığın azalmasına və bu istiqamətə yönələn maliyyə vəsaitlərinin ölkə daxilində qalmasına töhfə verəcək.

Yeni Qanunda toxum kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılıb, ilk dəfə olaraq ting kateqoriyaları da hüquqi tənzimləməyə daxil edilib. Bununla yanaşı, sahədə istifadə olunan anlayışların dairəsi genişləndirilib, dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilib və toxumçuluq fəaliyyəti istehsaldan son istifadə mərhələsinədək vahid hüquqi çərçivədə əhatə olunub.

Layihədə ilk dəfə tətbiq edilən "toxum əməliyyatçısı" anlayışı toxum istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarəti, idxalı və ixracı ilə məşğul olan bütün subyektləri əhatə edir. Bu yanaşma sahədə nəzarət mexanizmlərinin daha səmərəli qurulmasına və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.

Qanunda genetik modifikasiya olunmuş (GMO) toxumların dövriyyəsinin tənzimlənməsinə də xüsusi yer ayrılıb. Belə ki, GMO toxumlarının ticarət dövriyyəsinə buraxılması qadağan edilir, onların müəyyənləşdirilməsi məqsədilə molekulyar-bioloji ekspertizanın aparılması nəzərdə tutulur. Aşkarlanmış GMO toxumlarının məhv edilməsi ilə bağlı xərclər isə həmin toxumların sahibləri tərəfindən ödəniləcək.

Yeni Qanunun mühüm yeniliklərindən biri də toxumçuluq sahəsində elektron reyestrin yaradılmasıdır. Elektron reyestr vasitəsilə fermerlər və digər maraqlı şəxslər sertifikatlaşdırılmış toxumların sort və səpin keyfiyyəti, bioloji və iqtisadi göstəriciləri barədə operativ və etibarlı məlumat əldə edə biləcəklər.

Qanun toxum istehsalçıları üçün peşəkar fəaliyyət meyarlarını da müəyyən edir. Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər toxumçuluq üzrə mütəxəssisin təhsil sənədini, əkin sahələri, anbar və saxlanc yerləri, kənd təsərrüfatı texnikası və toxum emalı avadanlıqları barədə məlumatları təqdim etməlidirlər. Orijinal və elit toxum istehsalı ilə məşğul olan subyektlər üçün isə seleksiyaçı nəzarətinin təmin edilməsi və aqronomla əmək münasibətlərinin rəsmiləşdirilməsi kimi əlavə tələblər müəyyənləşdirilir.

Qanuna əsasən, toxum əməliyyatçıları risk səviyyəsinə görə yüksək, orta və aşağı olmaqla üç qrupa bölünəcək. Dövlət nəzarəti və yoxlamalar risk əsaslı yanaşma əsasında həyata keçiriləcək ki, bu da resurslardan daha səmərəli istifadə edilməsinə, eyni zamanda, sahibkarlıq subyektlərinin əsassız yoxlanılmasının qarşısının alınmasına imkan verəcək.

Yeni Qanunla toxumçuluq sahəsində elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal idarəetmənin gücləndirilməsi və orijinal, eləcə də elit toxum istehsalına özəl sektorun daha fəal cəlb olunması da hədəflənir.

Qanunun qəbul edilməsi nəticəsində:

• toxum bazarının inkişafı və idxal-ixrac mexanizmlərinin təkmilləşdirilməsi;

• yerli toxum istehsalının təşviqi və idxaldan asılılığın azaldılması;

• toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün daha şəffaf qeydiyyat sisteminin formalaşdırılması;

• seleksiya nailiyyətləri üzrə müəllif hüquqlarının və lisenziya münasibətlərinin daha effektiv qorunması;

• ting istehsalı, sertifikatlaşdırılması və digər əlaqəli fəaliyyət istiqamətlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi;

• toxumçuluq sahəsində dövlət nəzarətinin gücləndirilməsi və keyfiyyət göstəricilərinin yüksəldilməsi;

• sahəni tənzimləyən normativ hüquqi sənədlərin hazırlanması istiqamətində hüquqi bazanın formalaşdırılması gözlənilir.

Yeni Qanun toxumçuluq sektorunun beynəlxalq standartlara uyğun inkişafına, fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının genişlənməsinə, yerli toxum istehsalının rəqabət qabiliyyətinin artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şərait yaradaq, amma öz qürurumuzu, milli mənliyimizi qorumaq şərti ilə”

    “Şərait yaradaq, amma öz qürurumuzu, milli ...

    15-11-2014, 00:40

  • 
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07

  • 
  • Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq (SƏRƏNCAM)

    Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq (SƏRƏNCAM) ...

    23-05-2018, 13:45

  • 
  • Azərbaycanda daha bir aqropark yaradılıb

    Azərbaycanda daha bir aqropark yaradılıb ...

    10-08-2026, 17:55

  • 
  • Nazirliyin strukturu dəyişəcək

    Nazirliyin strukturu dəyişəcək ...

    7-01-2016, 12:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (729)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu