Gundemxeber.az » İqtisadiyyat » Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər
Ötən gecə Bab-əl Məndəb boğazında yük gəmisinin raket zərbəsinə məruz qalması bu gün dünya neft bazarına öz təsirini göstərdi. London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 91,63, WTI 85,28, Urals 84,60 dollara kimi yüksəldi. Azərbaycanın “Azeri Light” markalı nefti isə az kükürdlü və keyfiyyətli olduğu üçün daha baha qiymətə 94,58 dollara satılır.
Gundemxeber.org xəbər verir ki, ABŞ və İran rəsmilərinin xoşniyyətli bəyanatlarına baxmayaraq Hörmüz boğazı ilə yanaşı Bab-əl Məndəb boğazı da təhlükəli vəziyyətə düşdü.
Zərbəyə məruz qalan gəminin tanker deyil, konteyner daşıyan yük gəmisi olması vəziyyəti dəyişmir. Husi qiyamçıları neft daşıyan tanker müşahidə etsələr ona qarşı da raket zərbələri endirəcəklər.
“Reuters”in qiymətləndirməsinə görə, ciddi blokada halında dünya bazarında neftin 1 barelinin qiyməti 115–120 dollara çata bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, qiymət artımı daha çox qış mövsümümün yaxınlaşması ilə əlaqədar olacaq. Yaxın Şərq ölkələri Hörmüz boğazının təhlükəli olması ilə əlaqədar Bab-əl Məndəb boğazından istifadə etməyə başladılar. Lakin ABŞ-nin regionda həyata keçirdiyi hərbi əməliyyatlarını dayandırmağa çalışan husilər Bab-əl Məndəb boğazında da təhlükəli vəziyyətə yaratdılar.
ABŞ-nin Enerji Məlumatlarının İdarəedilməsi qurumunun məlumatına əsasən, Hörmüz boğazında vəziyyətin sabitləşəcəyi hələlik gözlənilmir. Bunun da səbəbi İran ilə ABŞ-nin danışıqlarının nəticəsiz qalmasıdır. Hazırda tərəflər bir-birini ittiham edərək Hörmüz boğazının açılması istiqamətində heç bir addım atmırlar. Bununla yanaşı fəal hərbi əməliyyatlar da davam etmir.
Qətər və Pakistanın vasitəçiliyi ilə informasiya mübadiləsi aparan rəsmi Vaşinqton və Tehranın hər ikisi boğazların bağlı qalması və dünya bazarına neft tədarükünün azalmasından əziyyət çəkirlər. İran neftini sata bilmir, ABŞ isə ölkə daxilində yanacağın qiymətinin artmasından narahatdır. Qarşıdan gələn qış mövsümü ilə bağlı enerjiyə tələbatın artması bazarın dəyişməz prinsipinə uyğun olaraq qiymətlərin də artması ilə müşahidə olunur. Bu baxımdan analitiklər cari ilin qış aylarında neftin qiymətinin 100 dolları ötəcəyini bildirirlər.
Gundemxeber.org
27-09-2019, 13:52
5-12-2018, 12:47
21-12-2015, 14:10
10-05-2015, 14:32
17-10-2019, 13:57
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?