GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Məhkəmə qərarı Bank borcluya təzminat ödəyəcək

Məhkəmə qərarı Bank borcluya təzminat ödəyəcək

Tarix: 15-01-2017, 20:33 Bölmə :İqtisadiyyat Baxış: 1 539
Məhkəmə qərarı Bank borcluya təzminat ödəyəcək

Hüquqşünas Əkrəm Həsənov deyir ki, artıq borcluları həbs etməyə cəhd göstərmirlər
“Borca görə təhdid olunduğunu sübut etdik və məhkəmə bankın şəxsə mənəvi təzminat ödəməsi ilə bağlı qərar qəbul etdi”. Bunu hüquqşünas, bir müddət öncə antikollektor şirkəti yaradaraq borcluların hüquqlarını məhkəmədə müdafiəyə qalxan Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində deyir.
- Əkrəm bəy, bir ilə yaxındır ki, məhkəmələrdə banklara borcu olanların kütləvi iddiasını təşkil etmisiz.
- Əslində, gözlədiyimiz kütləviliyi görmədik. Çünki ölkədə 2 milyondan çox banka borcu olan var. Antikollektora indiyə kimi minlərlə adam gəlib, çoxu məsləhətlə kifayətlənib, çünki onların ödəmə qabiliyyəti yoxdur. Biz də onlara bildirmişik ki, narahat olmayın, kimsə sizə bir şey edə bilməz. Bir neçə şəxsin borca görə həbs olunma təhlükəsi yaranıb, biri qanunsuz olaraq 10 günlüyə həbs edilib, onların həbsdən buraxılmasına nail olmuşuq və ya tutulmasına imkan verməmişik. Həbs edilənlərin müdafiəsini qurmuşuq və hazırda 3 nəfərin işinə görə Avropa Məhkəməsinə müraciət etmişik.
- İndi də borcluların həbsi təhlükəsi davam edirmi?
- Xeyr, fikrimcə, elə bu fəallığın nəticəsi oldu ki, borcluların həbsi ilə bağlı cəhdlərə rast gəlmirik. Amma yenə də borclular qorxurlar.
“Bankın belə bir ixtiyarı yoxdur”
- Borcluların təqibi, hədələnməsi ilə bağlı da bildiyimiz qədər, məhkəmə iddiaları olmuşdu. Bu proseslərdə borclunun xeyrinə verilən məhkəmə qərarı varmı?
- Elə bu həftə bir işi udduq. Bilirsiz ki, borcluları bəzi banklar qanunsuz təqib edirlər, onlara zəng edib hədələyirlər, iş yerlərinə müraciət edirlər, evlərinə gedirlər. Belə hallar qanunsuzdur və mütləq belə halla üzləşən şəxslər məhkəməyə müraciət etməlidirlər. Bizim də belə müraciətlərimiz vardı. Bu günlərdə borclunun təhdid və rüsvay edilməsinə görə Antikollektorun “Unibank”a qarşı iddiasını məhkəmə təmin etdi. Məhkəmə bankın borcluya 1000 manat məbləğində mənəvi zərərin əvəzini ödəməsinə dair qərar çıxarıb. Qətnaməni hələ almamışıq, alan kimi dərc edəcəyik.
- Əkrəm bəy, banklara borc məsələsində zaminlər də problemlərlə üzləşiblər. Bu istiqamətdə yekunlaşan məhkəmə prosesləri varmı?
- Əgər borc müqaviləsinə dəyişiklik edilibsə və bu zaman zaminin razılığını almırlarsa, zaminin öhdəliyi bitir. Bilirik ki, manatın devalvasiyasından sonra əksər müqavilələrə dəyişiklik edilib. Biz bu yaxınlarda bununla da bağlı bir işi udduq və məhkəmə qərarı ilə zamini borc öhdəliyindən azad etdirdik.
“Dollar krediti ilə bağlı işlərdə iddianın məzmununu dəyişmişik”
- Manatın devalvasiyasından sonra ən çox əziyyət çəkənlər dollar kreditiylə maşın alanlar oldu. Belə iddialar necə nəticələnib?
- Tək avtomobil yox, ev, əşya almaq üçün bankdan dollar krediti alanlar da bu kateqoriyaya aiddir. Burda aldatma faktı var və bu fakt üzrə iddia vermək müddəti bir ildir. Hələ ki, bu istiqamətdə müsbət nəticələnən məhkəmə prosesi yoxdur. Ancaq biz bununla bağlı başqa məzmunda iddia vermişik, yəni bu tip kreditlər üzrə Konstitusiya Məhkəməsinin qərarı var ki, banklar güzəştə getməlidirlər. Biz də buna əsaslanaraq iddia vermişik ki, şərait əsaslı şəkildə dəyişib və dollar krediti olan müqavilələrə yenidən baxılmalı, məbləğ güzəştli məzənnəyə çevrilərək milli valyuta ilə ifadə olunmalıdır. Əsas problem dollarla krediti olan borclularla bağlıdır və bu istiqamətdə məhkəmə prosesləri hələ ki, gedir.

- Əkrəm bəy, borcluların xeyrinə olan məhkəmə qərarları digər məhkəmə prosesləri üçün presedent sayıla bilərmi?
- Əlbəttə, sayıla bilər. Ancaq Azərbaycanda İngiltərə və ya ABŞ kimi presedent hüququ yoxdur. Bir məhkəmənin qərarı digəri üçün vacib deyil. Ancaq məhkəmə dövlət adından qərar çıxarır. Ola bilməz ki, eyni tipli işdə bir məhkəmə bir cür qərar versin, digər məhkəmə başqa cür. Yəqin ki, yuxarı instansiya məhkəmələri bu məsələlərə münasibət bildirməli olacaq və vahid təcrübəni tətbiq edəcək. Sadəcə, vətəndaşlar məhkəməyə müraciət etsinlər, bundan çəkinməsinlər. Bir daha təkrarlayıram, borca görə kimisə incitməyə, hədələməyə heç bir bankın ixtiyarı yoxdur. Onu da deyim ki, biz müxtəlif dövlət orqanları və müvafiq beynəlxalq qurumlarla görüşürük, artıq borcluların müdafiəsindən ötrü qanun layihəsi də hazırlamışıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəkil Elçin Namazov həbs olunub

    Vəkil Elçin Namazov həbs olunub ...

    26-11-2014, 01:43

  • 
  • Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu

    Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu ...

    7-04-2016, 16:50

  • 
  • “BANKLARIN QƏNİMİ” İŞƏ BAŞLAYIR! – “Kredit qurbanları”na şad xəbər

    “BANKLARIN QƏNİMİ” İŞƏ BAŞLAYIR! – “Kredit ...

    2-03-2016, 20:31

  • 
  • Əkrəm Əylisliyə cinayət işi açıldı

    Əkrəm Əylisliyə cinayət işi açıldı ...

    1-04-2016, 01:30

  • 
  • Banklara borclara görə həbslər başlandı -RÜSVAYÇILIQ

    Banklara borclara görə həbslər başlandı ...

    14-03-2016, 22:14


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu