GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan PKK təhlükəsi ilə üz-üzə

Azərbaycan PKK təhlükəsi ilə üz-üzə

Tarix: 7-04-2013, 12:38 Bölmə :Manşet Baxış: 956
Azərbaycan PKK təhlükəsi ilə üz-üzə

PKK terrorçuları ölkəmizə axın edə bilər, Azərbaycanda onlar
üçün həm siyasi, həm də iqtisadi yöndə təhlükəsizlik şəraiti var


Rəsmi Ankara ilə PKK lideri Abdullah Öcalan arasında Türkiyə ərazisindəki terrorçuların bu ölkəni tərk etməsi ilə bağlı danışıqlar davam edir. PKK yetkililərinin bildirdiyinə görə, silahlıların Türkiyə sərhədlərini tərk etməsi may ayının sonlarına qədər davam edə bilər. Bu arada, ictimai müzakirəyə səbəb olan əsas məsələlərdən biri də Türkiyəni tərk edəcək terrorçuların Azərbaycana gəlmə ehtimalı ilə bağlıdır. Bəzi ekspertlər hesab edir ki, uzun illərdir kürdlərin axın etdiyi Azərbaycana PKK-çıların gəlmə ehtimalı da, İraq və Suriya istisna olunmaqla, digər ölkələrlə müqayisədə daha yüksəkdir. İddia olunur ki, siyasi hakimiyyətdə xeyli sayda kürd əsilli məmurlar olduğundan mülki formalı PKK terrorçuları Azərbaycanda rahatlıqla məskunlaşa bilərlər. Bu baxımdan, Türkiyəni tərk edəcək terrorçuların, Suriya, İraq və s. ölkələrlə yanaşı Azərbaycana da üz tutacağı ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Ancaq ekspertlərin fikrincə, PKK-çıların mülki şəxs qismində Azərbaycana gəlişi yaxın gələcəkdə ölkə üçün ciddi problemlərə gətirib çıxarar. Yəni zorakı mübarizə sahəsində böyük təcrübəyə və hər cür silahdan yüksək səviyyədə istifadə qabiliyyətinə malik olan terrorçular istənilən an Azərbaycan dövləti üçün ciddi təhlükə yarada bilər.
Azərbaycandakı mövcud situasiya PKK-çıların ölkəmizə gəlişi üçün olduqca əlverişlidir. Əslində Azərbaycanda PKK-çıların siyasi-iqtisadi təhlükəsizlikləri üçün digər ölkələrdən dah yaxşı zəmin mövcuddur. PKK-nın ünlü şəxslərinin Türkiyəni tərk edərək müxtəlif ölkələrdə yerləşməsi haqqında ümumi bir razılaşma var. Bu yöndə artıq konkret addımların atılmasına hazırlıq gedir. Çünki ümumi razılıq əldə edilib ki, PKK-nın döyüşən və döyüşməyən aktiv hissəsi Türkiyə ərazisini və habelə Kuzey İraqdakı mağaraları tamamilə tərk etsin və başqa ölkələrə üz tutsun. Təbii ki, başqa ölkələr içərisində Azərbaycan da yer alır. Ona görə ki, Azərbaycanda müəyyən mənada onlar üçün həm siyasi, həm də iqtisadi yöndə təhlükəsizlik şəraiti var. Bu, heç şübhəsiz ki, PKK-çıların Azərbaycana gəlişini sitimullaşdıra bilər.
Bugünün özündə Azərbaycanda iri bizneslə məşğul olan və dövriyyədə milyonlarla dollar vəsaiti olan xeyli sayda kürd iş adamı var ki, bu, Azərbaycana gəlmə ehtimalı olan PKK-çıları da həvəsləndirən faktordur. Bundan başqa, baş verənlər göstərir ki, Azərbaycan siyasi hakimiyyətində də kürdlərin siyasi himayədarları mövcuddur. Azərbaycanda fəaliyyət göstərən kürd əsilli bir xeyli iş adamı var ki, onların ölkəyə gəlişi araşdırılsa bəlli olar ki, həmin insanlar Azərbaycana bir qəpiksiz gəlib. Lakin bu gün həmin insanların işgüzar çevrəsi çox böyükdür. Bu gün onların idarə etdiyi istehsalat müəssisələrinin, firmaların səsləri başqa əcnəbi ölkələrdən gəlir. Ümumi dövriyyədə yüz milyonlarla, bəlkə də milyardlarla dollar pulları var. Bu insanlar hakimiyyətin yuxarı eşalonundan siyasi dəstək almasaydı, onların birdən-birə bu şəkildə yüksəlişi, Azərbaycanda bu miqyasda fəaliyyəti mümkünsüz olardı. Əgər bu şərait varsa və əgər bu insanlar bu səviyyəyə gəlib çıxa bilirsə, bu o deməkdir ki, PKK-nın bəlli bir qrupu, xüsusilə də biznes və maliyyə ilə bağlı hissəsi Azərbaycana böyük məmnuniyyətlə gəlib böyük işlər qura və böyük pullar qazana bilərlər.
PKK-çıların mülki şəxslər qismində Azərbaycana gəlişi dövlətimiz üçün də ciddi təhlükə vəd edir. PKK-nın “Böyük Kürdüstan” planından imtina etmədiyini bildirən politoloq hesab edir ki, Öcalanla rəsmi Ankara arasındakı razılaşma keçicidir. PKK-çıların gəlişinin Azərbaycana vəd etdiyi təhlükə də ciddidir. Mən inanmıram ki, PKK problemi AKP hakimiyyəti ilə terrorçubaşı Öcalan arasında əldə edilən hər hansı bir razılaşma ilə birdəfəlik bitəcək. Mən buna inanmıram. Bunun konkret səbəbləri var. Bu səbəblərdən ən əsası ondan ibarətdir ki, PKK monolit, vahid gücdən ibarət deyil. PKK müxtəlif qollara ayrılıb. Bu qolların hər biri regionda və qlobal səviyyədə müxtəlif güclər tərəfindən həm maliyyələşir, həm də idarə olunur. Bu ölkələrin içərisində Avropa ölkələri, Suriya, İran, İsrail və ABŞ var. Amerika Türkiyənin strateji müttəfiqi olsa da, bu proseslərdə iştirak edir. Bu gün PKK simpatizanları silahları təhvil veriləndə bəlli olur ki, onların böyük əksəriyyəti amerikan silahlarıdır. Silahlar da Türkiyəyə təhvil verilmir. Bu silahları amerikalılar təhvil alır. Bu, olduqca maraqlı bir faktdır. Bu baxımdan hesab edirəm ki, PKK preblemi Öcalanla əldə edilən razılaşma ilə bitən deyil.
Sözügedən razılaşma sadəcə Türkiyədə terror olaylarının miqyasını azalda və ya buna müvəqqəti olaraq son verə bilər. Ola bilsin ki, qısamüddətli razılaşma əsasında PKK terroru nisbətən səngiyə bilər. Bu, qlobal razılaşma çərçivəsində baş verə bilər. Bu çərçivəyə ABŞ və bəzi Avropa ölkələri daxildir. Lakin problemin yenidən dirçəlməyəcəyinə zəmanət yoxdur. Zəmanət olmadığı üçün yenidən terror Türkiyə və Türkiyə ətrafında dirçələcəyi təqdirdə Azərbaycanda yerləşəcək və böyük pullar qazanacaq kürd biznesmenlər böyük təhlükəyə çevriləcək. Bu, həm Türkiyə, həm də Azərbaycan üçün ciddi təhlükə olacaqdır. Çünki həmin vaxt terroru maliyyələşdirən rıçaqlardan biri də bu şəxslər olacaq.
PKK Kürdüstan projesini reallaşdırmaq üçün hələlik siyasi müstəvidə meydana çıxan imkanlardan yarralanmağa çalışır və bu səbəbdən də silahlı mübarizə vasitəsindən bəlli bir müddət üçün imtina edib. Bu gün Türkiyə dövlətinin içərisində bir kürd dövləti yarada bilməyən PKK çox güman ki, öz böyük planından vaz keçmiş deyil. Sadəcə olaraq, bu gün bu planların reallaşması üçün lazımi mühit yoxdur. Baş verənlər göstərdi ki, silahlı mübarizə ilə Türkiyədə kürd dövləti yaratmaq mümkün deyil. Türkiyə hökumətini silah gücünə geri çəklilməyə vadar etmək, yıxmaq imkansızdır. Bu baxımdan müəyyən qlobal razılaşma əsasında PKK-çılar da anladı ki, artıq siyasi mübarizə zamanıdır. Siyasi mübarizə yolundan başqa alternativ qalmayıb. Buna görə də PKK bu variantı qəbul etdi. Lakin dediyim kimi, PKK hələ də öz böyük planından vaz keçmiş deyil.
Məlum plana əsasən PKK-nın qurmaq istədiyi “Kürdüstan dövləti”nin bir hissəsini də Azərbaycan torpaqları təşkil etməlidir. Bu böyük planın, yəni “Kürdüstan dövləti”nin yaradılması planı həm də Azərbaycanla əlaqədardır. Çünki yaradılacaq “Kürdüstan dövləti”nin ərazisinə bəzi Azərbaycan torpaqları da daxil edilib. Əgər Türkiyəni tərk edən PKK-çıların bəlli bri qismi Azərbaycanda məskunlaşarsa və onlar siyasi baxımdan himayə olunarsa, o zaman gələcəkdə Azərbaycanın özü üçün ciddi təhlükə törədə bilər. Bu baxımdan PKK-çıların Azərbaycana gəlişini əsla arzuedilən proses hesab etmirəm və düşünürəm ki, onlar ölkəmizdə var olduqları müddətdə ciddi təhlükələr də var olacaqdır.

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyəni vurmaq üçün PKK-ya 50 rus raketi verilib - ŞOK İDDİA

    Türkiyəni vurmaq üçün PKK-ya 50 rus raketi ...

    17-06-2016, 15:30

  • 
  • İŞİD öldürdüyü PKK-çıların şok görüntülərini yaydı

    İŞİD öldürdüyü PKK-çıların şok görüntülərini yaydı ...

    29-09-2014, 15:29

  • 
  • PKK Türkiyədən çıxır

    PKK Türkiyədən çıxır ...

    29-04-2013, 20:57

  • 
  • PKK Suriyada şəhər ələ keçirdi

    PKK Suriyada şəhər ələ keçirdi ...

    18-07-2013, 02:28

  • 
  • PKK terrorçuları neft kəmərini partlatdılar

    PKK terrorçuları neft kəmərini partlatdılar ...

    18-02-2016, 18:04


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu