GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ABŞ mediasında Qarabağ mövzusu

ABŞ mediasında Qarabağ mövzusu

Tarix: 7-04-2013, 12:41 Bölmə :Manşet Baxış: 937
ABŞ mediasında Qarabağ mövzusu

Rusiya prezidentinin hiyləli vasitəçilik fəallığına imkan
verməkdənsə, nəticə əldə etmək üçün ABŞ Dövlət katibinin
özü münaqişənin həllinə daha çox cəlb olunmalıdır


Waşinqton Times Qarabağ münaqişəsi haqda yazı çap edib. “ABŞ Dövlət katibi John Kerry Dağlıq Qarabağ problemini həll etmək üçün neyləməlidir?” Məqaləsinin əvvəlində bu sualı özü verən Waşinqton Times əvvəlcə ehtiyatla yazır ki, "ABŞ-ın vasitəçiliyi daha tərəfsizdir, nəinki Rusiyanın". Məqaləsinin sonunda isə birbaşa yazır ki, Rusiyanı vasitəçi kimi saxlamaq praktiki baxımdan düzgün görünmür. Waşinqton Times qəzeti yazır: “Barack Obama İsrailə səfər edir ki, İsrail-Fələstin münaqişəsində bir irəliləyişə nail olsun, ancaq dünyanın başqa bir münaqişəsi də var ki, hər an qaynaya bilər. Bu, Qarabağ münaqişəsidir”.
Qəzet yazır ki, münaqişənin adı çətin tələffüz olunduğuna görə, Dağlıq Qarabağ həddən artıq qəliz etnik münaqişə sinoniminə çevrilib. Acaq qəzetin fikrincə, münqişənin həllinə yaxından cəlb olunmuş ABŞ –ın əlini yuyub-qırağa çəkilməyinin yalnız bir yolu qalır: münaqişəni həll etmək.
Qəzet xatırladır ki, keçən ay ABŞ Dövlət katibi John Kerry də Ermənistan prezidenti Serj Sarkisiana yazırdı ki, “münaqişədə status-quo ilə”, yəni vəziyyətin belə qalmağı ilə “biz razılaşa bilmərik” . Qəzet yada salır ki, senator olanda Kerry-nin amerikalı ermənilərin maraqlarından çıxış etməsi ilə tanınırdı.
Kerry Dövlət katibi təyin olunanda hətta bəzi azərbaycanlılarda şübhə yarandı ki, Kerry münaqişə tərəflərinin birinə tərəfkeşlik edəcək. Ancaq belə görünür, Kerry ABŞ-ın milli maraqlarını öz seçki dairəsinin maraqlarından yuxarıya qoyub.
Qarabağ münqişəsinin həlli isə həddən artıq dərəcədə ABŞ-ın milli marağındadır. Hər an qaynaya bilən münaqişə onsuz da qeyri-müəyyən olan regionun sabitliyini poza bilər. Bu region isə ABŞ-ın konfrontasiyada olduğu İranın şimalındadır, Türkiyədəki NATO sərhədlərinə yaxındır. Xəzər dənizindən Avropaya dünyanın ən mühüm enerji arteriyalarından biri burdan keçir. ABŞ diplomatları burda kəmərlər və nəqliyyat dəhlizinin yaradılmasına on illərlə əmək sərf ediblər. Qarabağ münaqişəsinin alovlanması ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını da poza bilər.
Qəzet daha sonra yazır ki, ABŞ, Fransa, Rusiya Minsk qrupunda həmsədrlərdir. Bu qrup münaqişənin həllini tapmalıdır. Ancaq Soyuq müharibə quratarandan bəri münaqişənin yavaş-yavaş qaynamasının əsas səbəbi böyük oyunçulardan birinin bu münaqişəni əbədi saxlamaq istəyidir. Qəzet yazır ki, Rusiya və Ermənistan yaxın tərəfdaşdırlar. Rusiyanın Qafqazda hərbi mövcudluqda dərin strateji marağı var. Rusiyanın Ermənistanda 102-ci hərbi bazası yerləşir. Burda 3 mindən çox zabit və əsgər, yüzlərlə tank və zirehli maşın, MİG təyyarələri var. Rusiya qoşunları Ermənistanın sərhədlərinin keşiyini çəkir, Kremlin dəstək verdiyi Rusiya şirkətləri Ermənistan iqtisadiyyatının əksər hissəsinə nəzarət edir. Ermənistanla Rusiyanın müdafiə müqaviləsi müharibə olduğu təqdirdə Rusiyanın Ermənistanın köməyinə gəlməsini nəzərədə tutur.Moskvanın Bakı ilə belə münasibətləri yoxdur. Əksinə, indiki vaxtda Rusiya Qəbələdəki radar stansiyasından çıxır. Bu nəhəng natarazlığı nəzərə alanda, Rusiyanı münaqişənin həllində vasitəçi kimi saxlamaq əməli baxımdan düzgün görünmür. Rusiya tərəflərdən biri ilə müqavilə ilə bağlıdır və münaqişə alovlansa, tərəflərdən birini tutmağa məcburdur. ABŞ-ın indiyə kimi siyasəti Rusiyanın Minsk qrupunda rolunu nəinki dəstəkləmək olub, hətta indiki Rusiya baş naziri Dmitri Medvedevin prezident olarkən, Ermənistanla Azərbaycan arasında birbaşa vasitəçi olmasını da ABŞ dəstəkləyib.
Qəzet belə yanaşmanı düzgün saymır: “Nə qədər ki, Vaşinqton Rusiyaya münaqişənin həlli ilə bağlı danışıqların şərtlərini müəyyən etməyə imkan verəcək, münaqişə həll olunmaycaq.”
Qəzet sonda yazır ki, Dövlət Katibi Kerry-nin münaqişə ilə yaxından tanış olması ABŞ-a imkan verir ki, Qarabağ problemini həll etməkdə ortaya daha yaxşı strategiya qoysun. Qəzetin fikrincə, Rusiya prezidentinin hiyləli vasitəçilik fəallığına imkan verməkdənsə, nəticə əldə etmək üçün ABŞ Dövlət katibinin özü münaqişənin həllinə daha çox cəlb olunmalıdır. Qəzetin fikrincə, bu işi görməyə Kerry ola bilsin ən yaxşı namizəddir.

Elxan Nəsibli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nyu York Times: “Rusiya təhlükəsi nə qədər böyükdür?”

    Nyu York Times: “Rusiya təhlükəsi nə qədər ...

    28-03-2014, 08:53

  • 
  • Putin: "Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır”

    Putin: "Dağlıq Qarabağ problemini siyasi ...

    13-08-2013, 21:34

  • 
  • AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

    AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ ...

    14-01-2016, 17:14

  • 
  • 3 prezidentin birgə Qarabağ bəyanatı

    3 prezidentin birgə Qarabağ bəyanatı ...

    18-06-2013, 20:03

  • 
  • Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında

    Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında ...

    11-06-2016, 13:51


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu