GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Siyasi mühacirlər böhtanlara cavab verdi

Siyasi mühacirlər böhtanlara cavab verdi

Tarix: 8-05-2013, 20:23 Bölmə :Manşet Baxış: 2 388
Siyasi mühacirlər böhtanlara cavab verdi
Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının Əliyev avtoritarizminin apardığı qara piar kompaniyası ilə bağlı
Bəyanatı

Son zamanlar Azərbaycan xalqı arasında bütün dayaqlarını itirmiş irticaçı və korrupsioner Əliyev rejimi nəzarətində olan KİV-lər vasitəsilə yeni təsis edilmiş Avropa Azərbaycanlıları Milli Birlik Şurasına (AAMBŞ) qarşı yalan, böhtan, uydurma və şər xarakterli informasiyalar yayır. Xüsusilə də, AAMBŞ-nin rəhbər orqanlarında təmsil olunan şəxslər hədəf götürülərək, özlərinin illərdir törətdikləri cinayətləri həyasızcasına AAMBŞ-nın üzvlərinin ünvanına yazmaq eşqinə düşüblər.
Demək olar ki, AAMBŞ-nın hər bir üzvü, xüsusən rəhbərlikdə təmsil olunan Şuranın sədri Qabil Rzayev, Məclis sədri Ataxan Əbilov, sədrin müavini Elşad Abdullayev, departament rəhbəri Yeganə Əmiraslanova, MNTK sədri Surxan Lətifov, Məclis üzvləri Elnur Məcidli, Coşqun Feyzullazadə, Rəşad Qurbanov və digərləri hədəfə alınıblar.
Qarayaxma kompaniyasına görə güya Qabil Rzayev Dağlıq Qarabağ muharibəsi zamanı fərarilik etmiş, və güya çalişdiği “OMON” adlandırılan polis təşkilatindan qovulmuşdur.
Q.Rzayev isə əsgəri xidmətini 1990-1992-ci illərdə Daxili Qoşunların xüsusi rotasinda Dağlıq Qarabağ və onun ətraf rayonlarında etmiş və bunun arxasınca 1992-1994-cü illərdə hərbi xidmətdən dərhal sonra könüllü olaraq OMON sıralarinda Dağıiq Qarabağda vətən borcunu namusla və alnıaçıq yerinə yetirmişdir.
Q.Rzayev 1995-ci ilin mart hadisləri zamani həbs edilən OMON-çuları və həmin hadisələrdə həbs edilmiş yüzlərcə keçmiş Qarabağ döyüşçülərinin hüquqlarını müdafiə etmiş, 1996-cı ildən 2003-cü ilin axırlarına kimi onlarin azadliğa çıxmaları üçün əlindən gələni etmiş və həmin insanların beynəlxalq təskilatlar qarşısında siyasi məhbus kimi tanınaraq azadlığa çıxmalarında müstəsna rol oynamışdır. Onun fəaliyyətindən narahat olan indiki iqtidar Q.Rzayevin həmin dövrdə müavini olmuş Famil Süleymanov adlı şəxsi ələ alaraq alternativ təşkilat yaratmağa cəhd göstərmişdir. İndi də həmin şəxsi “mənbə” kimi istifadə edərək iddia edirlər ki, guya Q.Rzayev OMON-çuların hüquqlarını müdafiə etdiyi dövrdə külli miqdarda pul toplamışdır. Bu iddiaya cavab olaraq bildirmək istəyirik ki, o dövrdə kimlərinsə OMON adından kimlərəsə külli miqdarda pul verməsi gülüncdür, ağlabatan deyildir. Belə ki, həmin vaxtlar insanlar OMON adı olan yerdə bir-birinə salam verməyə çəkinirdilər.
A.Əbilovun çox şəffaf bir tərcüməyi-halı vardır. O, 1986-1991-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakültəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib, tələbəlik illərində Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından olub, 1991-1997-ci illərdə BDU-nin Beynəlxalq hüquq və xarici ölkələrin konstitusiya hüququ kafedrasında çalışıb, hüquq müdafiə fəaliyyətinə və siyasi mövqeyinə görə qanunsuz olaraq BDU-dan 1997-ci ildə uzaqlaşdırılıb.
1997-2007-ci illərdə qeyri-hökümət sektorunda çalışan A.Əbilov hüquqi tədqiqat və hüquq müdafiə fəaliyyətilə məşğul olub, İnsan hüquqların müdafiəsi Mərkəzi (Eldar Zeynalov), Sülh və Demokratiya İnstitutu (Leyla Yunus), Avropa insan hüquqları Məhkəməsinə müraciət etmə Mərkəzi, Azərbaycan Hüquqşünaslar Forumu, Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti, Avroasiya Fondu, Talış Mədəniyyət Mərkəzi kimi təşkilatlarla əməkdaşlıq edib, Azərbaycan Hüquqşünaslar Forumunun idarə heyətinin üzvü, Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyətinin məsul katibi, "Beynəlxalq hüquq" jurnalının redaktoru kimi ictimai vəzifələrdə çalışıb.
A.Əbilov hüquq və beynəlxalq hüquqla bağlı 10-a qədər dərslik, monoqrafiya və kitabların, o cümlədən “Avropa Şurası və Azərbaycan”, “Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan”, “Azərbaycan Avropa ailəsində” kitabların, 100-dən artiq elmi məqalənin müəllifi, Azərbaycan dilində ilk dəfə çapdan çıxan “Beynəlxalq xüsusi hüquq” dərsliyin həmmüəllifidir. O, Milli Məclisdə bir sıra qanunvericilk aktların layihəsinin hazırlanmasında yaxından iştirak etmiş, Respublika parlamenti tərəfindən qəbul edilən Beynəlxalq xüsusi hüquq haqqında Qanunun layihəsinin müəllifidir.
Dağlıq Qarabağ münaqişəsinin ilk illərində həmkarlarıla birgə bu konfliktin beynəlxal hüquq müstəvisində tam Azərbaycanın xeyrinə olmasını əks etdirən beynəlxalq-huquqi reseptinin hazırlanmasında iştirak etmiş, Azərbaycanın Avropa Şurasına üzv olmaqla bağlı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının Azərbaycanda öyrənilməsi, təbliği və tətbiqi istiqamətində geniş fəaliyyət göstərmişdir. Konvensiyanın Azərbaycan dilinə ilk tərcümə variantını hazırlamışdır. Onun bütün ictimai və elmi fəaliyyəti Azərbaycanda hüquqi dövlət, azad vətəndaş cəmiyyətinin formalaşmasına həsr edilib. İndiyə qədər bir gün belə hansısa bir dövlət vəzifəsində çalışmayan A.Əbilova, yalnız milli mənsubiyyətinə vurğu etməklə qara piar kompaniyası bir daha hazırkı rejimin mahiyyətini ortaya qoyur.

Uydurma və böhtanların yönləndiyi şəxslərdən biri də bir necə xarici ölkənin hüquq professoru Elşad Abdullayevdir. Mürtəce rejimin iş üzünü açmaq istiqamətindəki analoqsuz fəaliyyəti onun daha ağır şəkildə şərə məruz qalmasına səbəb olub. E.Abdullayev 44 illik avtirutar qanlı rejimin dövlət terroruna məruz qalmış şəxsdir. Məlumdur ki, Prezidentin İcra Aparatının müdüri Ramiz Mehdiyev Haci Məmmədov kimilərlə qurduqları oyuncaq rejim vasitəsilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru olan E.Abdullayevin qardaşı Mahir Abdullayevi 13 oktyabr 2003-cü il tarixində oğurladaraq girov götürdürmüş, onu qaytarmaq müqabilində zərərçəkmişdən rəhbərlik etdiyi Universiteti və müxtəlif kriminal yollarla küllü miqdarda pul tələb etmişdir. Sözü gedən cinayətin 8 əsas şahidi isə mətbuatdan bütün Azərbaycana məlum olan Sevinc Babayeva sayagı qətlə yetrilmişdir.
Mahir Abdullayevin oğurlanması cinayəti hətta ABŞ-in Dövlət Departamentinin Hesabatında öz əksini tapmışdır. Hesabatda bu cinayətkar şəbəkənin başlıca fiqurun Ramiz Mehdiyevin olmasıla bağlı aydın işarələr mövcüddür. Bundan qorxuya düşən oyuncaq rejimin başcısı Ramiz Mehdiyev isə Hesabatdan dərhal sonra Azərbaycan xalqının maraqlarına zidd olaraq İrandan kömək istəmişdir.
Mahir Abdullayevin dövlət strukturlarında oturuşmuş mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanması cinayəti o cümlədən Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Kommissarlıgının hesabatında və tanınmış beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatında əksini tapmışdır. Eyni zamanda, bu cinayət işi Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır və Azərbaycan və xarici KİV-in diqqət mərkəzindədir.
Məlumdur ki, bu cinayətlərin başında dayanan Əliyevlərin oyuncaq rejimi beynəlxalq hüquq normalarına əməl etmir və dünyadan təcrid olunmuşdur. Belə vəziyyətdə onun AAMBŞ-na qarşı qara piar kompaniyası daxili auditoriyaya hesablanmış, vətəndaşlarımızı çaşdırılmasına, özlərinin misli görünməmiş cinayətlərin ört-basdır edilməsinə hesablanmışdır.
AAMBŞ Azərbaycan hökumətini qeyri-etik metodlarla mübarizədən çəkinməyə çağırır və bildirir ki, belə “təbliğat” metodlarınız bumeranq effekti verəcək və bunun arxasında gizlənmiş insanları ifşa edəcəkdir.
İmzalar:
Sabir Nagizadə (Isveç) - Məslis üzvü
Gulsura Nagizadə (İsveç) - Təşkilatın üzvü,
Faiq Seyidov (İsveç) - Təşkilatın üzvü,
Şəkər Seyidova (İsveç) - Təşkilatın üzvü,
Osman Əhmədov (Azərbaycan) - Təşkilatın üzvü,
Möminə Xəlilova (Azərbaycan) - Təşkilatın üzvü,
Səadət Hüsüynova (Azərbaycan) - Təşkilatın üzvü,
Hidayət Əhmədov (Azərbaycan) - Təşkilatın üzvü,
Gulnarə Babayeva (Azərbaycan) - Təşkilatın üzvü,
Xuraman Abbasova (Azərbaycan) - Təşkilatın üzvü,
Rasim Xudaverdiyev (Azərbaycan) - Təşkilatın üzvü,
Şəmsiyə Xəlilova (Azərbaycan) - Təşkilatın üzvü,
Elnarə Kərimova (Azərbaycan) - Təşkilatın üzvü,
Bünyatov Yalçın (Ukrayna) – Məclis üzvü,
Əliyev Bəhruz (Niderland) – Məclis üzvü,
Əmiraslanova Yeganə (Almaniya) – Məclis üzvü,
Feyzullazadə Coşqun (Isvecrə) – Məclis üzvü,
Hacılı Əli (Nederland) - Məclis üzvü,
Hüseynov Qalib (Rusiya) - Məclis üzvü,
İsmayılova Kəmalə (Isvecrə) – Məclis üzvü,
Qurbanov Rəşad (Isvecrə) – Məclis üzvü,
Quliyev Ədalət (Belçika) – Məclis üzvü,
Quliyev Sabir (İsveç) – Məclis üzvü,
Məcidoğlu Telman (Niderland) – Məclis üzvü,
Polat Seyfətdin (Isvecrə) – Məclis üzvü,
Səftərov Həsən (Kanada) – Məclis üzvü,
Şarer Alek (Isvecrə) – Məclis üzvü,
Zeynalov Sədiyar (Lüksemburq) – Məclis üzvü,
Lətifov Surxan (İsveçrə) - MTNK-nın sədri,
Əlibəyli Elxan (Niderland) - MTNK-nın üzvü,
Əlirzayev İlkin (Niderland) - MTNK-nın üzvü,
Abbasov Nadir (İsveçrə) – Təşkilatın üzvü,
Tağıyev Hüseyn (İsveçrə) – Təşkilatın üzvü,
Əliyev Mehman (İsveçrə) – Təşkilatın üzvü,
Çələbi Hüseyn (İsveçrə) – Təşkilatın üzvü,
Yavuz Nahid (İsveçrə) – Təşkilatın üzvü,
Koca Yusif (İsveçrə) – Təşkilatın üzvü,
Can Ənsar (İsveçrə) – Təşkilatın üzvü,
Qaraşova Ülviyyə (İsveçrə) – Təşkilatın üzvü,
Tağıyeva Sevən (İsveçrə) – Təşkilatın üzvü,
Qurbanova Nargilə (İsveçrə) – Təşkilatın üzvü,
Abbasova Minə (İsveçrə) – Təşkilatın üzvü,
Feyzullazədə Afaq (İsveçrə) – Təşkilatın üzvü,
Rizvanov Sarvan (Almaniya) – Təşkilatın üzvü,
Paşayev Müsəllim (Almaniya) – Təşkilatın üzvü,
Quduyev İlqar (Almaniya) – Təşkilatın üzvü,
Məhərrəmov Elçin (Almaniya) – Təşkilatın üzvü,
Zeynalov Ədalət (Rusiya) - – Təşkilatın üzvü,
Mehralıyev Qəhrəman (Rusiya) – Təşkilatın üzvü,
Dəmirov Ehtiram (Rusiya) – Təşkilatın üzvü,
Nuriyev Elxan (Ukrayna) – Təşkilatın üzvü,
Abdullayev Ümid (Ukrayna) - – Təşkilatın üzvü,
Məcidli Elnur (Fransa) - Məclis üzvü

Cəmi 1718 imza
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Azərbaycanlıları Milli Birlik Şurası yaradıldı

    Avropa Azərbaycanlıları Milli Birlik Şurası ...

    9-04-2013, 10:14

  • 
  • Ukraynada Milli Şura davası - QARŞIDURMA

    Ukraynada Milli Şura davası - QARŞIDURMA ...

    27-06-2013, 12:53

  • 
  • QİYAMÇI DAMĞASI

    QİYAMÇI DAMĞASI ...

    22-04-2016, 00:27

  • 
  • “Partiya rəhbərlərinin həmsədrlikdə təmsil olunması Milli Şuranın təməl prinsipinə ziddir”

    “Partiya rəhbərlərinin həmsədrlikdə təmsil ...

    8-11-2013, 14:00

  • 
  • Arif Hacılının qardaşı Əli Kərimlini biabır elədi

    Arif Hacılının qardaşı Əli Kərimlini biabır elədi ...

    6-08-2013, 11:32


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu