GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin ev tapşırığı: yeni “dövlət çevrilişi”

Hakimiyyətin ev tapşırığı: yeni “dövlət çevrilişi”

Tarix: 12-08-2013, 10:08 Bölmə :Manşet Baxış: 963
Hakimiyyətin ev tapşırığı: yeni “dövlət çevrilişi”
Hakimiyyətin ev tapşırığı: yeni “dövlət çevrilişi”Bağ evindən “Kalaşnikov” avtomatları və əl qumbaraları tapılan Nicat Quliyev Milli Şuranın önəmli adamları ilə görüşmək istəyib; 2005-ci ildə “dövlət çevrilişi” ittihamından qurtulan iki sabiq məmurun yenidən MTN-də kamera yoldaşı olması təsadüfdürmü?
Hər seçki ərəfəsi müxalif düşərgədə həbslərlə bərabər ehtiyat variant kimi “dövlət çevrilişi” ssenarisi də hazırlanır. 2005-ci ildə ən nüfuzlu nazirlərin qandallanması ilə başlayan “dövlət çevrilişi” şousu ortaya ciddi sübutlar çıxara bilməməsi səbəbindən sonradan iqtisadi cinayətlərlə əvəzləndi. Həbs edilənlərin bir neçəsi tezliklə və heç bir tutarlı izahat verilmədən azadlığa buraxıldı. Əli İnsanov və Fərhad Əliyev kimi iri fiqurlar isə uzun müddətə azadlıqdan məhrum edildilər.
O zaman həbs edilənlər və sonradan azadlığa buraxılanlar arasında iki tanınmış ad da vardı ki, indi 2013-cü il seçkisi ərəfəsi onlar yenidən Milli Təhlükəsizlik Nazirliyində kamera yoldaşı olublar. Söhbət Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevlə xarici iqtisadi əlaqələr naziri əvəzi olmuş Nicat Quliyevdən gedir.
Xatırladaq ki, A.Muradverdiyev iyunun 20-də Moskvaya gedən təyyarəyə minik zamanı həbs edilib. O, yoxlamadan keçdikdən sonra əl çantasında 40 qızıl sikkə tapılıb. Lakin A.Muradverdiyev bildirib ki, sikkələr onun üzərinə sonradan qoyulub. Ona qarşı 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb. Hazırda MTN təcridxanasında saxlanılır.
Xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyev isə Ramazan bayramının ilk günü - avqustun 8-də həbs olunub. Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə onun öz bağ evində tutulub. Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.
Vəkil Elton Quliyev (virtualaz.orğ) deyib ki, Abşeron Rayon Məhkəməsi avqustun 8-də Nicat Quliyev barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Nicat Quliyevin Novxanıdakı bağ evində axtarış zamanı “Kalaşnikov” avtomatları, əl qumbaraları və şəxsi avtomobilindən tapança tapılması xəbərini isə Baş Prokurorluqla MTN şərh etməkdən imtina edib.
Onun saxlanması ilə bağlı xəbərlərdə 2005-ci il oktyabrın 19-da həbs edilməsi xatırlanır. Həbs bayram günlərinə təsadüf etdiyindən, güman ki, rəsmi xəbər bu gün yayılacaq.
A.Muradverdiyev qurama görünən ittihamla (40 qızılı niyə satmaq üçün Rusiyaya aparsın ki?) həbs edilərkən bunu Milli Şura ilə əlaqələndirən də vardı. İddia edilirdi ki, A.Muradvedrdiyevin sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək bəyanatından bir gün sonra həbs olunması təsadüfi deyil. Əsas versiyalardan biri də A.Muradverdiyevdən Milli Şura rəhbərliyinə qarşı istifadə edilə biləcəyi idi. Sonradan bu iddia onun vəkili tərəfindən təkzib edilsə də, hazırda istintaqın hansı istiqamət üzrə işlədiyi bilinmir. Üstəlik, A.Muradverdiyevin “çevriliş yoldaşı” Nicat Quliyevin də səs-küylü həbsi bir sıra suallar ortaya çıxarır.
Sabiq nazir əvəzinin həbsi bir sıra siyasi ekspertlərdə də narahatlıq doğurub. Ölkənin tanınmış siyasi ekspertlərindən biri musavat.com-a deyib ki, sabiq nazir statusunda olan birinin evindən silah-sursat çıxması təsadüfi məsələ deyil: “Seçkilərə az müddət qalmış belə bir hadisənin baş verməsi narahatlıq yaradır. Tamamilə mümkündür ki, bu, qurama bir ssenari olsun. Məqsəd də müxalifətə qarşı ittiham irəli sürmək ola bilər. Əgər bu quramadırsa, bunun ardınca Nicat Quliyevin əlaqədə olduğu, yaxud onu məqsədli şəkildə əlaqəyə yönəltdikləri müxalifətçiləri də ”tapacaqlar" və ölkədə yeni “dövlət çevrilişi” şousu başlayacaq. Bu ittihamla müxalifətə qarşı total repressiyalar da başlaya bilər".
Musavat.com-un araşdırmasına görə, son iki ayda Nicat Quliyev aktiv şəkildə müxalifət düşərgəsinə, xüsusi ilə Milli Şuradakı bir sıra tanınmış simalara yaxınlaşmaq, birbaşa əlaqə qurmaq təşəbbüsləri göstərib. Bu təşəbbüslərin hansı nəticə verdiyi bilinməsə də, tanınmış siyasətçilərdən biri əməkdaşımıza ilginc faktlar söyləyib.
Müsahibimiz deyib ki, təxminən 20 gün əvvəl tanıdığı bir nəfər onunla Nicat Quliyev arasında münasibət qurmaq istəyib: “Telefonla zəng vurmuşdu. Dedi ki, Nicat Quliyev sizinlə görüşmək istəyir, müxalifətlə yaxınlaşmaq, dəstək vermək qərarındadır. Qəti şəkildə görüşməkdən imtina etdim. Çünki Nicat Quliyevi tanıyırdım və şübhələnirdim ki, 2005-ci ildən hakimiyyət orqanları onu ”verbovka" edib. Lakin deyə bilmərəm, o, digər müxalifət tanınmışları ilə görüşə bilib, yoxsa yox... “
Müxalifətin tanınmış siması olan mənbə əməkdaşımıza onu da deyib ki, Nicat Quliyev vasitəsi ilə Milli Şuranın rəhbərliyinə qarşı provokasiyaların hazırlanması versiyasını mümkün sayır: “Əgər onu bu işə bilərəkdən və planlı qoşublarsa, heç şübhəsiz, Milli Şuranın önəmli adamlarından heç olmasa biri ilə görüşdürüblər. Telefon, skayp danışıqları da qeydə alına bilər. Hətta mümkündür ki, o, kiməsə maliyyə dəstəyi verib və bu da lentə alınıb. Vəziyyət belədirsə, yaxın günlərdə iqtidar 2005-ci ildə olduğu kimi, miqyaslı bir ”çevriliş şousu"na başlayacaq. Ortada silah-sursat varsa, təbii ki, ittihamları iğtişaşlara, dövlət çevrilişinə doğru yönəldəcəklər."
Qeyd edək ki, Nicat Quliyev üzdə olan fiqur olsa da, onun personası haqda ictimai məlumatlar çox azdır. Məsələn, çox az adam bilir ki, o, Azərbaycan tarixinin ən məşhur simalarından olan, himnimizin müəllifi Əhməd Cavadın nəsli ilə qohumdur. O, Əhməd Cavadın oğlu, bir neçə il əvvəl dünyasını dəyişən Yılmaz Axundzadənin qızının həyat yoldaşıdır. Əslən Şəmkirdən olduğu deyilən Nicat Quliyev heç vaxt rəsmi olaraq xarici iqtisadi əlaqələr naziri deyil, nazir əvəzi olub. 1999-cu ildə nazirlik ləğv edilib İqtisadi İnkişaf Nazirliyinə birləşdiriləndən sonra onun da karyerasında düşüş başlayıb. 2005-ci il seçki ərəfəsi yaradılan “Müstəqil qəzet”in maliyyə bossunun da Nicat Quliyev olduğu bildirilir. Belə məlumatlar var ki, onun 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbsinə səbəb Fərhad Əliyevlə bağlılığı olub. Belə ki, onların şərikli biznesi varmış. Onun eks-spiker Rəsul Quliyevlə biznes əlaqələrinin olması xəbəri də var.
Beləliklə, 2005-ci ilin “dövlət çevrilişi” şousundan müəmmalı şəkildə qurtulan iki nəfər 2013 seçki ərəfəsi yenidən MTN təcridxanasına salınıblar. Bu həbslərin bir-biri ilə bağlılığının olub-olmamasına yaxın günlərdə aydınlıq gələcək. N.Quliyevin həbsinin onsuz da yaxşı günlər yaşamayan Milli Şuraya qarşı necə istifadə edilə biləcəyi də həmçinin aydınlaşacaq.
Görünən budur ki, iqtidar bu prosesə ciddi hazırlaşır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fərhad Əliyev və Əli İnsanovun əfv olunacaq

    Fərhad Əliyev və Əli İnsanovun əfv olunacaq ...

    28-05-2013, 12:48

  • 
  • Nazir: "Əksər hərbçilər Türkiyədə çevrilişi dəstəkləməyib"

    Nazir: "Əksər hərbçilər Türkiyədə çevrilişi ...

    16-07-2016, 10:17

  • 
  • Bakıda nurçu dövlət çevrilişi

    Bakıda nurçu dövlət çevrilişi ...

    16-10-2014, 16:40

  • 
  • Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü başlayır?

    Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü ...

    23-07-2016, 13:31

  • 
  • Hərbi çevrilişi Türkiyə Baş qərərgahının sabiq müşaviri planlaşdırıb

    Hərbi çevrilişi Türkiyə Baş qərərgahının sabiq ...

    16-07-2016, 11:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu