GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İbrahimbəyov fiaskosuna qarşı Cəmil Həsənli uğuru

İbrahimbəyov fiaskosuna qarşı Cəmil Həsənli uğuru

Tarix: 2-09-2013, 18:38 Bölmə :Manşet Baxış: 642
İbrahimbəyov fiaskosuna qarşı Cəmil Həsənli uğuru
Rusiya tərəfindən başladılan layihə sonda hər şeyə milli qüvvələrin nəzarət etməsiylə yekunlaşdı; Müxalifətin seçkilərdə İbrahimbəyovla yox Cəmil Həsənliylə iştirak etməsi isə əksinə daha uğurlu variant sayılmalıdır; Rüstəm İbrahimbəyov hətta nüfuzunun ən pik dövrlərində belə narazı elektoratın bütün təbəqələri tərəfindən dəstəklənmirdi

Builki prezident seçkilərində baş verənlər hələ uzun müddət müzakirə olunacaq. Hələ də açıq qalan, cavabını gözləyən kifayət qədər suallar var ki, bunlara dolğun cavab verilməlidir. Amma seçki ərəfəsinin həssaslığı hətta Rüstəm İbrahimbəyovla bağlı əslində hansı oyunların qurulduğunu, bu çox kambinasiyalı siyasi gedişlərin nəyə hesablandığını təfərrüatıyla bilənləri belə susmağa vadar edir. Çoxları hesab edir ki, (bəlkə də haqlı olaraq) indiki halda yaşananlarla bağlı bir çox qaranlıq mətləblərə aydınlıq gətirilməsi iqtidar dəyirmanına su tökmüş olacaq. Bununla belə “Gündəm Xəbər” qəzeti olaraq baş verənlərlə bağlı deyilməsi və yazılması mümkün olan bəzi məqamlara aydınlıq gətirməyə qərar verdik. Beləliklə, ondan başlayaq ki....
Kimdir, Rüstəm İbrahimbəyov?
Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Azərbaycan Dövət Neft Akademiyasını bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinomotoqrafiya İnstitutda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. Dünya şöhrətli kinossenarist bu günə qədər nüfuzlu “Oskar” mükafatını almağı bacarmış yeganə azərbaycanlıdır.
Onun haqqında siyasi olimpdə son parıltısına qədər də birmənalı ictimai rəy olmayıb. Şüurlu həyatının böyük bir hissəsini Rusiyada yaşayan Rüstəm İbrahimbəyov Azərbaycanda yalnız istedadlı kino işçisi kimi xatırlanıb. Ara –sıra ictimai-siyasi mövzularla bağlı çıxışları və fikirləri olsa da onun Azərbaycan siyasətində hesablaşılacaq fiqur olduğunu iddia etmək sadəlöhvlük olardı. Mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyət illərində onun dəstəkçisi kimi diqqətləri cəlb edən İbrahimbəyovun elə hazırkı prezident İlham Əliyevlə də isti münasibətləri olub. Hər halda bunu təsdiqləyəcək kifayət qədər video və foto materiallar, yazılar mövcuddur. Builki prezident seçkilərinə qədər onun hakimiyyət əleyhinə hətta sətiraltı tənqidinə də rast gəlmək mümkün deyi. Belə olan halda isə daha bir sual yaranır:
İbrahimbəyov hakimiyyətə niyə asi oldu?
Bu günə qədər həm müxalifət, həm də iqtidar mətbuatında sərlövhədəki sualı cavablandıran bir sıra mülahizələr səsləndirilib. İqtidar təmsilçiləri kinodramaturqun gözlənilmədən siyasi mövqe nümayiş etdirərək hakimiyyətin əsas başağrısına çevrilməsini onun biznes maraqları ilə izah etməyə çalışıb. Artıq kifayət qədər populyar olan və oxucularımızın da xəbərdar olduğu həmin izah belədir ki, guya İbrahimbəyovun Azərbaycanda hansısa biznes layihəsinə maneçilik törədildiyindən o da bu yolla necə deyərlər, qisas almağa çalışır.
Mümkündür ki, burada hansısa həqiqət payı olsun, amma bu izah baş verənlərin bütövlükdə yeganə səbəbi kimi çıxış edəcək qüdrətdə deyil. Yayğın olan ikinci izah variantı isə azərbaycanlı məşhur kinodramaturqun məhz Kremlin diqtəsiylə oyuna qatılmasıdır. Mümkündür ki, səsləndirilən hər iki izah özündə kifayət qədər həqiqət əks etdirir və İbrahimbəyovun İlham Əliyev hakimiyyətinə asi olmasının səbəbi kimi çıxış edir. Bu öz yerində, bəs Rusiya İbrahimbəyov kartını işə salmaqla nəyə nail olmaq istəyirdi və nəyə nail oldu?
Azərbaycanın İvanaşvilisi yoxsa….
Rüstəm İbrahimbəyovun hətta siyasi ekspertləri belə şaşırdacaq siyasi parlayışı heç şübhəsiz ki, Rusiya faktoruyla bağlıydı. Artıq Qərbin siyasi dəstəyindən gözünü tamamilə çəkmiş ənənəvi müxalifətin ona qucaq açması da, hakimiyyət təmsilçilərinin qorxu qarışıq narahatçılığı da bununla bağlıydı. Protest elektoratı İbrahimbəyovun timsalında kifayət qədər maliyyəsi və Rusiya kimi himayədarı olan xilaskarını tapmışdı, iqtidar düşərgəsi isə “Putin bununla nə demək istəyir” sualı ətrafında var-gəl edirdi. Gəlin, xatırlayaq, bir neçə ay öncə durum necəydi? Doğurdan da Azərbaycan hakimiyyəti ilə Rusiya arasında çox gərgin münasibətlər vardı və durum o həddə qədər kritikləşmişdi ki, heç zaman ehtiyyyatı əldən verməyən iqtidar ideoloqları belə Kremli sərt dillə tənqidə başlamışdı. İbrahimbəyov məhz belə bir mərhələdə ortaya çıxdı və buna qədər 2013 seçkilərindən əhəmiyyətli heç bir nəticə gözləməyən narazı elektoratın sevimlisinə çevrildi.
Bunun ardınca uğurlu şəkildə qurulan təbliğat artıq elə bir sitiusiya yaratmış oldu ki, hətta İbrahimbəyov haqda mənfi fikir ümumi düşərgəyə və demokratikləşmə prosesinə xəyanət kimi dəyərləndirilirdi. Bəli, kütlə “məst olmuşdu” və bu məstlik ona bir vaxtların “narıncı röyalarını” belə xatırlatmaq gücündəydi. Artıq hər kəs İbrahimbəyova Azərbaycanın “İvanaşvilisi” gözüylə baxır və “Ya İbrahimbəyov, ya da yenə İbrahimbəyov” ritorikası hakim olmağa başlayırdı. Kütlə hətta heç ölçüb-biçmədən müxalif liderlərdən İbrahimbəyovu dəstəkləməyi tələb etdi, bunu elə qızğınlıqla etməyə başladılar ki, hətta buna qədər öz namizədliyini irəli sürmüş Müsavat başqanı İsa Qəmbərə “xəyanətkar” deməyə belə hazır olanlar vardı. Amma zaman İsa Qəmbərin düzgün addım atdığını göstərəcəkdi-buna isə hələ bir neçə ay vardı. İndilik isə kütləni bircə sual maraqlandırırdı:

İbrahimbəyov Azərbaycana nə zaman gələcək?
Artıq 2 iyun 23013-cü il tarixində İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi seçilmişdi. Buna qədər isə onun Azərbaycana gəlişiylə bağlı müxtəlif konkret tarixlər göstərilsə də bunlar sonradan ləğv olunmuşdu. Sanki İbrahimbəyovla onu alqışlayan kütlə arasında “əsəb savaşı” yaşanırdı: İbrahimbəyov hər dəfə gəlişiylə bağlı müxtəlif tarixlər açıqlayır, həmin tarixə bir neçə gün qalmış isə lapdan açıqlama verirdi ki, məsələn ABŞ-da çox mühüm görüş var, getməsəm olmaz və s. Bunun ardınca yeni gəliş tarixi açıqlanır: yenə həmin ssenari, bir neçə gün qalmış İbrahimbəyov qayıdır ki, yaxşı tutaq ki, mən gəldim, bəs mübarizəmiz üçün çox əhəmiyyətli olan maliyyəni mənim əvəzimdən kim tapacaq? Kütlə artıq LİDERindən inciyib, amma yenə səsini çıxartmır, axı səbəb var: İbrahimbəyov ABŞ və Avropada pul axtarır…
Bu Milli Şura liderlərinin məlum və məşhur Tiflis görüşünə qədər beləcə davam etdi. Tiflis görüşündən sonra isə artıq bir çox mətləblərə aydınlıq gəlmişdi. Ən azından Rusiya prezidenti Vladimr Putin hərbi donanmasıyla vassalına baş çəkirmiş kimi Azərbaycana səfər etmiş və görünən oydu ki, rəsmi Bakıdan umacaqlarını almışdı. Bəli, hakimiyyət daha rahat nəfəs ala bilərdi: İbrahimbəyovdan çəkinməyə səbəb qalmamışdı.
Bəs, müxalifət? Axı onlar da mövcud durumu yaxşı bilir və “İbrahimbəyov tələsi”ndən çıxmaq üçün çarələr axtarırdı. Bu baxımdan Tiflisdə Müsavat başqanı İsa Qəmbərin Milli Şura sədri Rüstəm İbrahimbəyov arasındakı təkbətək görüş böyük əhəmiyyətə malik idi. Çox güman ki, məhz həmin görüşdən sonra ssenarini artıq İbrahimbəyov yox, milli qüvvələrin təmsilçisi olaraq İsa Qəmbər yazmağa başladı.

Daha İbrahimbəyov yoxdu, amma “demokrasidə çarə tükənməz”
İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi tam dəqiqləşdikdən sonra isə müxalifət işin içindən çıxmaq üçün yeni layihə üzərində baş sındırmağa girişdi. İki yol vardı: ya müxalifətin son 20 ildəki ən böyük birliyi olan Milli Şura dağılmalı ya da yeni namizədlə yola davam edilməlidir. Bu mərhələdə Azərbaycan müxalifətinin necə böyük fədakarlıqla sitiuasiyadan çıxdığını isə xüsusi vurğulamaq lazımdır. Çoxları bu məsələdə AXCP və Müsavatın fərqli mövqe sərgiləyəcəyini proqnozlaşdırsa da bunun tamamilə əksi baş verdi. AXCP, Müsavat, KXCP, VHP və adını çəkmədiyimiz müxalifət güclərinin inanılmaz həmrəyliyi sayəsində Milli Şuranı nəinki qorumaq mümkün oldu, hətta professor Cəmil Həsənlinin namizədliyinin dəstəklənməsi müxalifətin əleyhinə olan sitiuasiyadan belə uduşla çıxmasını şərtləndirdi.
Düzdür, indi hakimiyyət təmsilçiləri özlərini tox tutaraq Milli Şuranın yeni namizədindən ehtiyyat etmədiklərini bəyan etməsinə baxmayaraq bunu Azərbaycan müxalifətinin 2013 seçkilərində ən böyük uğuru saymaq olar. Birincisi ona görə ki, Rusiya tərəfindən başladılan layihə sonda hər şeyə milli qüvvələrin nəzarət etməsiylə yekunlaşdı. İkinci da daha mühüm amil isə müxalifətin bu seçkilərdə vahid qüvvə olaraq çıxış etməsidir. Hətta Rüstəm İbrahimbəyovun Cəmil Həsənliylə əvəzlənməsi bir neçə baxımdan müxalifətin aktivinə əlavə xallar qazandırmış oldu.

Cəmil Həsənli İbrahimbəyovdan daha uğurlu variantdır

Etiraf edək ki, hazırda ölkə müxalifəti sürətlə bir-birini əvəz edən proseslərdən bir qədər yorulub, çaşqınlıq açıq-aydın görünür. Amma qısa müddətdən sonra bu da keçəcək və hər kəsə aydın olacaq ki, əslində proses gözlənilmədiyi halda uğurlu sonluqla nəticələnib. Bu baxımdan yalnız bircə məqamı qeyd etmək olar. Azərbaycan müxalifəti son proseslər zamanı həm ölkə hakimiyyətinə, həm də Azərbaycanda marağı olan bütün siyasi güclərə isbatlamış oldu ki, onların razılığı və iştirakı olmadan burada hər hansı siyasi projenin yaşamaq şansı yoxdur. İndi çoxları bunun o qədər də fərqində olmaya bilər, amma bu gələcək siyasi mübarizələrdə ölkə müxalifətinə əlavə üstünlük vermiş olacaq.
Müxalifətin seçkilərdə İbrahimbəyovla yox Cəmil Həsənliylə iştirak etməsi isə əksinə daha uğurlu variant sayılmalıdır. Hər halda etiraf edək ki, Rüstəm İbrahimbəyov hətta nüfuzunun ən pik dövrlərində belə narazı elektoratın bütün təbəqələri tərəfindən dəstəklənmirdi. Zorən razılıq şəraitində onun qələbəsi üçün çalışacağına hamı söz versə də bunun məcburiyyət qarşısında edildiyini gizlətmək olmurdu. Cəmil Həsənliylə bağlı vəziyyət isə tamamilə fərqlidir: o siyasi spektrin bütün cəhətləri üzrə qəbul olunan şəxsdir, hətta iqtidar nümayəndələri belə gözdən salmaq üçün “Cəmil Həsənliyə böyük hörmətimiz var, onu oyuna salıblar”dan o yana heç nə tapa bilmirlərsə demək hər şey qaydasındadır.

***

Sonda İbrahimbəyovla bağlı bir məqama da aydınlıq gətirmək istərdik. Məlum olduğu kimi o son açıqlamalarının birində hər kəsi Milli Şuranın hesabına bir manat köçürməyə və bununla da Milli Şuranın prezidentliyə namizədinə maddi dəstək olmağa çağırıb. Amma yaddaşları təzələmək üçün xatırladaq ki, 20 gün bundan qabaq İbrahimbəyov Azərbaycana gələ bilməməsini onunla əsaslandırmağa çalışırdı ki, o xaricdə Milli Şuranın maliyyə problemlərini həll etməklə məşğuldur. Yaxşı, əgər adam dediklərində səmimiydisə indi “adama bir manat” kampaniyası nə deməkdir? Bilirsiz, bu nə deməkdir: “Mən oyundan çıxdım, başınızın çarəsinə baxın…”

Orxan Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”

    Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada ...

    4-12-2013, 13:12

  • 
  • Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən danışdı

    Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən ...

    16-09-2013, 16:09

  • 
  • Rüstəm İbrahimbəyov qalmaqala münasibət bildirib

    Rüstəm İbrahimbəyov qalmaqala münasibət bildirib ...

    14-02-2014, 15:52

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36

  • 
  • İbrahimbəyov Cəmil Həsənli ilə görüşməkdən imtina etdi

    İbrahimbəyov Cəmil Həsənli ilə görüşməkdən imtina ...

    13-09-2013, 11:32


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu