GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Fazil Məmmədovun adamları ət biznesində

Fazil Məmmədovun adamları ət biznesində

Tarix: 2-09-2013, 18:44 Bölmə :Manşet Baxış: 861
Fazil Məmmədovun adamları ət biznesində

Vergilər nazirinin xaricdən gətizdirdiyi donmuş ət inhisarçıların qəzəbinə səbəb olub

Azərbaycan vətəndaşı gündəlik qidalanmada ənənəvi olaraq ətdən daha çox istifadə edən ölkələr diyahısında qərarlaşıb. Elə bu səbəbdən də Azərbaycanda ət və ət məhsullarına olan tələbat hər zaman yüksək olub. Bu baxımdan təkcə bir faktı xatırlatmaq kifayətdir ki, hətta Sovet hakimiyyəti illərində belə Azərbaycanda ətçilik sektorunun inkişafına baxmayaraq respublikamız ətə olan ehtiyacını daxili imkanlar hesabına ödəyə bilməyib.
“Bu gün isə Azərbaycanın ətə olan tələbatı 340 min tondur. Lakin bu ehtiyacın yalnız 80 faizi ödənilir”. Xatırladaq ki, bu açıqlamanı kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev açıqlamasında deyib. Göründüyü kimi, hətta rəsmi şəkildə belə etiraf olunur ki, nəinki yerli istehsal, heç ixrac belə ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatını tam şəkildə ödəyə bilmir. Bu isə Azərbaycan bazarında ət biznesinin necə gəlirli bir sahə olduğunu bir daha əyani şəkildə sübut etmiş olur.
Danılmaz faktdır ki, Sovet İttifaqının süqutundan, qarşılıqlı iqtisadi əlaqələrin dağılmasından sonra isə respublikada kənd təsərrüfatı subyektlərinin iflası fonunda Azərbaycanın ət məhsullarıyla bağlı xaricdən aslılılığı nəzərəçarpacaq dərəcədə artıb. İqtisadçı ekspertlər hesab edirlər ki, ölkədə yerli istehsal ət məhsullarına olan tələbatı tam ödəməyə imkan vermir. Tələbatı ödəmək üçün bir sıra, eləcə də qonşu ölkələrdən, özəlliklə Gürcüstandan idxal həyata keçirilir. Azərbaycanda ətin Gürcüstanla müqayisədə baha olduğunu və nəqliyyat xərclərinin digər ölkələrlə müqayisədə daha ucuz başa gəldiyini nəzərə alsaq, bu ölkədən ət gətirmək iş adamları üçün daha cəlbedicidir.
Bundan başqa o da faktdır ki, yay aylarında ət və ət məhsullarına tələbat azalır. İnsanlar ilin bu vaxtları əsasən qeyri-ət məhsullarına üstünlük verir. Tələbatın azalmasına adekvat olaraq bazar iqtisadiyyatı şəraitində qiymətlər adətən ya aşağı düşür, ya da eyni səviyyədə qalır. Lakin Azərbaycanda görünən odur ki, ətlə bağlı bunu demək qeyri-mümkündür. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, tələbat azalsa da, yayda ətin qiyməti qalxıb. İndi isə istisna olunmur ki, payıza doğru ət və ət məhsullarının qiymətində yeni bir sıçrayış özünü göstərəcək. Payızda bu məhsullara tələbat yaya nisbətən artır. Həmin amilin qiymət artımına təsir edəcəyi istisna deyil. İndiki halda fermerlər istehsal etdiyi məhsuldan gəlir götürə bilmir. Buna yem məhsullarının qiymətinin qalxması da təsir edib.
Həm də hazırda ət və ət məhsullarının qiymətinin bahalaşması prosesi bütün dünyada gedir. Son aylar dünya miqyasında, ərzaqla bərabər, ət və ət məhsullarının da qiymətində yüksəlmə tendensiyaları müşahidə olunur. Dünyada cərəyan edən proseslər isə əvvəl-axır Azərbaycana da sirayət etməlidir. Payıza doğru ət və ət məhsullarının bahalaşmasına, həmin məhsulun qiymətinin dünyada qalxması ilə yanaşı, mövsümi amilləri də əlavə etmək lazımdır. Yayda gözlənilmədiyi halda ətin qiyməti qalxıbsa, mövsümi amil şəraitində onun bahalaşması daha real görünür. Çünki havaların soyuması ilə ət və ət məhsullarına tələbat da çoxalır.
Hələlik isə qeyri-rəsmi araşdırmalar, illər üzrə gömrük rəsmiləşdirmələri göstərir ki, ölkədə ətin qiyməti süni şəkildə bahalaşdırılır. Bütün bunlar isə ayrı-ayrı məmurların ət biznesinə girişməsinə və məntiqi sonluq olaraq iqtisadi qarşıdurmalara gətirib çıxarır. Gəlir sahələrinin əhəmiyyətli şəklidə bölündüyü, hər kəsin öz “sərhədlər”ini yaxşı tanıdığı Azərbaycanda mərkəzdənqaçma meylləri artdıqca isə ayrı-ayrı məmurların bir – birinin gəlir sahələrinə nüfuz etməsi kimi ənənəvi olmayan sitiuasiyalar da yaranır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, belə bir durum Azərbaycana gətirililən ət və ət məhsullarıyla bağlı yaşanmaqdadır.
Həmin məlumatlarda iddia olunur ki, Azərbaycanda “ət biznesi”ylə məşğul olanların əl dəyişməsi prosesi müşahidə olunmaqdadır. Belə ki, hazırda ət biznesinin əhəmiyyətli bir hissəsinə kənd təssərrüfatı naziri İsmət Abbasovun nəzarət etdiyini vurğulayan mənbəmiz onun yalnız yerli istehsal üzərində monopoliya qurduğunu iddia edir: “İsmət Abbasov artıq uzun illərdir ki, yerli təssərrüfatı canlandırmaqla daxili bazarda əsas söz sahibinə çevrilməyə çalışır. Bu məqsədlə xaricdən, əsasən Almaniya və Avstraliyadan südlük və ətlik cins mal-qara gətirilir. Amma məlum olduğu kimi bu qəbildən olan tədbirlər belə daxili bazarın ixracdan asılılığını təmin edə bilməyib”.
Hazırda ölkənin ət tələbatının əsasən ixrac hesabına ödənildildiyini bildirən mənbə bu işin başında isə bir neçə iri çaplı məmurun dayandığını söylədi: “Bu günə qədər ət monopolistləri kimi əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərov və prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adları daha çox hallanır. Amma hazırda vergilər naziri Fazil Məmmədova yaxın şəxslər də bu biznesə girişib və onlar bu sektorda əhəmiyyətli uğurlara imza atıblar”.
Mənbənin sözlərinə görə vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə aid olan şəxslər əsasən ölkəyə donmuş ət məhsulları gətirməklə məşğuldur. Xatırladaq ki, donmuş ət məhsulları təzə ətlə müqayisədə bir neçə dəfə ucuzdur və bu da alıcılıq qabiliyyəti olduqca aşağı olan Azərbaycan bazarında onlara böyük üstünlüklər qazandırır. Məlumat üçün bildirək ki, hazırda təzə mal ətinin 1 kiloqramının qiyməti 8-10 manat aralığında dəyişirsə super marketlərdə donmuş ətin 1 kiloqramı 4-5 manat civarındadır.
Mənbəmiz bildirir ki, əvvəllər ənənəvi ət istehsalçıları Fazil Məmmədova bağlı olan bu qruplaşmanın fəaliyyətindən o qədər də narahat olmayıblar. Amma artıq ucuz qiymətə təqdim olunan və əhalinin böyük əksəriyyətinin həvəslə aldığı donmuş ət biznesinin çiçəklənməsi inhisarçıları ciddi şəkildə narahat etməyə başlayıb. Onların Fazil Məmmədova təzyiq göstərərək nəyəsə nail olacağına inanmadığını iddia edən mənbəmiz nazirin geriyə addım atmayacağını söyləyir: “Əvvəla, nəzərə almaq lazımdır ki, Fazil Məmmədov çox ehtiyyatlı adamdır və o belə bir ciddi işə özbaşına qol qoya bilməz. Digər tərəfdən donmuş ət kifayət qədər ucuzdur, bu biznesin çökdürülməsi isə seçki ərəfəsində kəskin bahalaşmaya səbəb ola bilər ki, bu da artıq siyasi amillərə bağlı olan məsələdir. Elə bu amilı nəzərə alaraq iddia etmək olar ki, Fazil Məmmədov yaxın adamlarının iştirakıyla donmuş ət biznesinə məhz “yuxarılar”ın xeyir-duasıyla girişib”.
Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı gözlənilir”

    “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı ...

    25-08-2014, 14:13

  • 
  • Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir

    Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir ...

    22-01-2014, 23:00

  • 
  • Nazir müavini iri supermarketləri «vurdu»

    Nazir müavini iri supermarketləri «vurdu» ...

    18-05-2016, 19:16

  • 
  • Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas təhlükələr”

    Azərbaycanın ərzaq təhlükəsizliyi üçün “əsas ...

    14-05-2014, 10:28

  • 
  • UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta və ali təhsillidir

    UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta ...

    23-05-2013, 01:20


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu