GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan xəstəxanaları: müalicə yoxsa, rüşvət ocağı…

Azərbaycan xəstəxanaları: müalicə yoxsa, rüşvət ocağı…

Tarix: 4-12-2013, 18:22 Bölmə :Manşet Baxış: 2 049
Azərbaycan xəstəxanaları: müalicə yoxsa, rüşvət ocağı…
Yeri səhv düşmüş Azərbaycan səhiyyəsi

“Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Deyirəm ki, Allah bu misraları qələmə alan Xalq şairimiz Qabilə qəni-qəni rəhmət eləsin. Onun illər öncə yazdığı bu misralar elə bu günümüzün, xüsusən də səhiyyəmizin damarını elə tutub ki, qərinələr əvvəl deyilmiş atalar sözünü də əvəz etməyi bacarır.
Həqiqətən də bu gün səhiyyə sistemində çalışanların böyük qisminin yeri səhv düşüb. Səhiyyəmizdə kim olduğunu yaddan çıxaran o qədər adam var ki...
Çoxları səhiyyədəki problemlərin hamısını nazir Oqtay Şirəliyevin ayağına yazırlar. Təbii ki, səhiyyəmizin indiki acınacaqlı durumunun həmmüəlliflərindən biri də nazirdir. Amma bir həqiqət də var axı…Yaxşı, bütün xəstəxana və poliklinikalara əgər səhiyyə naziri nəzarət edəcəksə, onda baş həkimlərin vəzifəsi nədən ibarətdir? Bu gün hamı “Semaşko” adlı xəstəxanasında tüğyan edən korrupsiya hallarından danışır. Həqiqətən də orada baş verən özbaşınalıqlar insanı vahiməyə gətirir. Oranın rentgen aparatı pulkəsən maşını xatırladır. Doğum şöbəsində isə məzənnənin miqdarı şöbə müdiri Yaqut xanımdan asılıdır. O, heç kimdən çəkinmədən xəstə sahiblərinə məzənnənə oxuyur. Maraqlı məqam isə budur ki, bütün pul bir əldən həkimə verilir. Həkim də pulu tibb bacıları,uşaq həkimləri və sanitarlar arasında bölür.
Bir müddət bundan əvvəl ADMİU-nun tələbələrindən biri Qaradağ rayonunda ailəsi ilə birlikdə qəzaya düşmüşdü. Qəza zamanı həmin tələbənin ailəsi, bacısı dünyasını dəyişmişdi. Özü isə ağır vəziyyətdə “Semaşko”ya çatdırılmışdı. Həmin tələbə düz 5 gün xəstəxanada qaldı. Təhsil aldığı ali məktəbdə uşaqlar əməliyyat üçün pul toplasalar da, bu miqdar həkimin istəyi ilə üst-üstə düşmədi. Odur ki, gənc qızı qohumları başqa xəstəxanaya aparıb, orada əməliyyat etdirdilər. Sizcə, burada antikorrupsiyadan danışmağa dəyərmi? Əlbəttə ki, yox! Səhiyyədə antikorrupsiya əməliyyatının necə aparılması ilə bağlı şəhərin poliklinikalarından bəzilərini gəzdim.

20 saylı poliklinikada nə baş verir?

İlk baş çəkdiyim poliklinika 6-cı mikrorayon ərazisində yerləşən 20 saylı poliklinika oldu. Orada öyrəndim ki, burada qeydiyyatda olan xəstələr istədikləri şəkər dərmanını tapa bilmədikləri kimi, onlara test də verilmir. Bu azmış kimi şəkər xəstələrinin müraciət etdikləri həkimlə də danışmaq mümkün deyil. Çünki qışqırmaqdan başqa bir iş bilməyən həkim testlərin verilməməsində Bakı Baş Səhiyyə İdarəsini ittiham edir. Bu azmış kimi, xəstələrə lazım olan dərmanlar pulsuz şəkildə verilmir. Onlara poliklinika tərəfindən verilən dərmanlar çox zaman gərəksiz olur. Məsələn, “Amarel” şəkər həbi əksər xəstələrə həkimlər tərəfindən yazılsa da,bu poliklinikada həmin həbin pulsuz verilməsi təmin edilmir. Şəkərli xəstələrə verilən qanda şəkərin təyini üçün aparatlar da dəyişilməlidir ki, buna da adı çəkilən poliklinikada rəayyət olunmur. Lakin biz orada araşdırma apararkən məlum oldu ki, Bakı Baş Səhiyyə İdarəsi bütün poliklinikaları lazımı dərman pereparatları və testlərlə təmin edir. Əfsuslar olsun ki, poliklinikalarda bu testlər müəmmalı şəkildə buxarlanır. Bundan başqa, adı çəkilən poliklinikada edilən bütün təhlillər pulsuz aparılmalı olduğu halda bunun əksi ilə rastlaşmış oluruq.
Milli Onkologiya Mərkəzində də hələ pulun hökmdar olduğunu desək, yanılmarıq. Belə ki, burada kimyaterapiya üçün xəstələr pul ödəmək məcburiyyətindədirlər.

“ Respublika” xəstəxanasında özbaşınalıq

Akademik M.Ə.Mirqasımov adına Respubliuka Klinik Xəstəxanasının urologiya şöbəsində isə adicə cansız stol üçün xəstədən pul tələb olunur. Mən hələ müalicədən danışmıram. Katetr salmaq üçün əgər bu stoldan istifadə edilməlidirsə,stol belə tibb bacısı ilə dil açaraq 10 manat deyir. Burada keçirilən cərrahiyə əməliyyatları da 500 – 1000 manat arasında dəyişir.
Adı çəkilən xəstəxanada antisanitariya tüğyan üdir. Palatalarda vəziyyət bərbad haldadır. Əsasən əhalinin kasıb təbəqəsinin müalicə aldığı bu xəstəxana da dövlət xəstəxanası olduğu üçün pulsuz olmalı olduğu halda pulludur. Buradakı lüks palataların məzənnəsi 30-50 manat arası dəyişir. Həkimlərin xəstələrlə sövdələşməsi çox adi bir haldır. Burada rentgen,ultrasəs müayinəsi də pulludur. Belə ki,ultrasəs müayinəsi edən həkimin həyat yoldaşı hakim olduğundan, o, açıq-aydın pullu şəkildə müayinə ilə məşğul olur. Sözsüz ki,bunun dolyası baş həkimə çatır. Biz başqa bir adla bu müayinədən keçərək ultrasəs müayinəsinin həqiqətən də pullu olduğunun,hər orqanın öz məzənnəsi olmasının şahidi olduq.
Adı çəkilən xəstəxanada qanın ümumi təhlili 20 manat, qanda şəkərin təhlili 10 manat, böyrək üçün götürülən təhlillər 35-40 manat, həkim müayinəsi 20 manatdır. Əgər sizi professor müayinə edəcəksə,bu, bir qədər baha başa gəlir. Adı çəkilən xəstəxanada döş qəfəsinin rentgeni 15-25 manat, daxili orqabların ümumi müayinəsi 160 manatdır. Qeyd edək ki, xəstələrlə söhbət zamanı bəlli oldu ki,burada adi iynə belə pulsuz vurulmur. Aldığımız məlumatlara görə, adı çəkilən xəstəxananın baş həkimi hər yerdə heç kimdən qorxmadığını deyir. Bu azmış kimi,vəzifəli şəxslərin də adından özünün krışası kimi istifadə edir.
Bu xəstəxananın bir özəlliyi də var. Belə ki, xəstəxananın doğum şöbəsində qadının qida çevrilməsi dəb şəklini alıb. Bu isə 300-400 manat civarında başa gəlir. Qıza çevrilib ağ duvaqda ərə getmək istəyən qadın bura elə toy günü gəlir və bu məsələ yarım saat içində həll olur. Xəstəxanada lift də pulla işləyir. Xəstəxananın həyətinə girən və çıxan maşın sahiblərinin də əlləri sözsüz ki,ciblərində olmalıdır.
2 saylı psixi xəstəxanada da vəziyyət ürəkaçan deyil. Belə ki, burada müalicə xəstəyə min manatdan baha başa gəlir. Deyilənə görə burada xəstələr hər gün fiziki əməyə məcbur edilir, onlar axşama qədər işlədilir. Bununla xəstələrin fiziki xüsusiyyətlərində də dəyişiklik etməyi önə sürən səlahiyyətlilər əslində görülən işlərin şəxsi maraqları çərçivəsində olduğunu deyəsən unutmuş olurlar.
Elə Topçubaşov adına Eksperimental Xəstəxanada da vəziyyət alayı cürədir. Burada adi kor bağırsağı üçün edilən cərrahiyyə əməliyyatı xəstə sahibinə 1000 manata, ürəklə bağlı cərrahiyyə əməliyyatı isə 3000-4000 manata başa gəlir. Qeyd edək ki, adı çəkilən xəstəxanada ürək cərrahiyyə əməliyyatından həyatını dəyişənlərin sayı gün keçdikcə o qədər artır ki, adi hala çevrilir. Mənim qohumlarımdan biri də bu xəstəxanada ürək cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmişdi. Maraqlı məqam isə ondadır ki, xəstələrin yaxınlarından 3000 – 4000 manat alan və sonradan ölü cəsədi vicdan əzabı çəkmədən yaxınlarına təqdim edənlər həmin pulun cüzi bir hissəsini qaytararaq, “dərman preparatlarına xərcləndi” – deyərək boyunlarından atırlar.
Xəstəxanalardan danışarkən bir məqamı da unutmaq olmaz. Belə ki, xəstəxanada Fransanın “Servier” və İsveçrənin “Rox” firmasının dərmanlarının təbliğatını aparılır. Məlumdur ki, “Servier” firmasının dərmanlarının texnoloji hazırlanmasında erməni əsilli mütəxəssisləri iştirak edirlər. Yoxsa, məsələn “Preduktal” dərmanı Fransada 50 dollara, bizdə isə 15 manata satılmazdı. Beləcə aydın olur ki, Azərbaycanda saxta və keyfiyyətsiz “Preduktal” dərmanları satılır. Qeyd edək ki, “Servier” firmasının əməkdaşları xəstəxanalara gedir, həkimlərə həmçinin arıqlamaq üçün çay və kofelər də təklif edirlər.
Həqiqətən də bu gün içimizdə öz yerini bilməyən, kim olduğunu yaddan çıxaran, güzgüyə baxıb öz adını başqasına qoyub onu korrupsioner adlandıran o qədər insanlar var ki. Bizlər isə Səhiyyənin bu acınacaqlı vəziyyətinə baxanda, bir çox baş həkimlər üçün Hippokrat binəvanın andının ciblərinin mənafeyindən qat-qat aşağı olduğunu görürük və rəhmətlik Qabilin: “Səhv düşəndə yerimiz” şerini deməkdən başqa əfsuslar olsun ki, əlimizdən heç nə gəlmir.
Sunay Həsənova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Oqtay Şirəliyevin «reanimasiya biznesi»

    Oqtay Şirəliyevin «reanimasiya biznesi» ...

    10-12-2012, 17:33

  • 
  • Qüdrət Həsənquliyevin bacısı Gülövşə Həsənquliyeva vəfat edib

    Qüdrət Həsənquliyevin bacısı Gülövşə ...

    22-03-2015, 12:01

  • 
  • KXCP sədri gənclərlə möhtəşəm görüş keçirdi

    KXCP sədri gənclərlə möhtəşəm görüş keçirdi ...

    24-07-2016, 20:11


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu