GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI

Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI

Tarix: 1-03-2026, 11:56 Bölmə :Manşet / GündəmXəbər Baxış: 97

Sovetlərin tərkibində olmuş respublikaların qorxu doğuran daha bir problemi fırıldaqçılıqdır. Kütləvi şəkildə çoxalan bu təhlükənin dəhşətləri barəsində hər addımda zərərçəkənlərdən çox şey eşitmək olur.

Arazpress.com-un bu yazısının “qəhrəmanı”, Rusiya vətəndaşı olan qatı cinayətkar Əlibəy Qurbanovun fırıldaqlarının qurbanları da çoxdur. O, iyrənc əməlləri hesabına aldatdığı çox zərərçəkənin başına “torba keçirərək” oyun açıb. Özünü çoxdan usta fırıldaqçı, saxtakar və yalançı kimi tanıdıb. Artıq bundan sonra biz də onu onlar kimi xatırlayacağıq. Bu qənaətə gəlməyimizin əsas səbəbi kimi, “Araz” Media Qrupunun tərkibindəki media vasitələrinin redaksiyalarına indiyədək ötürdüyü müxtəlif yönlü məlumatlardakı fakt və dəlillərin dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbəmizin onun barəsində dediklərinə diqqət ayırmaq daha maraqlı olardı.

Öncə onu qeyd edək ki, ən məşhur fırıldaq ustası kimi qələmə verilən Əlibəy Qurbanov həm də Qubanın qara ləkəsi kimi təqdim olunur. Çünki onun ağlagəlməz fırıldaqlarının və inanılmaz saxta işlərinin qurbanları əlacsızlıqdan sonda doğma-yaxınlarının və tanışlarının daha çox məskunlaşdığı bu bölgə mərkəzinə üz tutublar. Bir də ki, saxta sənədlərlə pul və əmlak mənimsəyən bu yalançının qanunsuzluq hekayəsinin başlanğıcı burada keçirdiyi gənc yaşlarına təsadüf edib.



İllər öncə Rusiyanın federal kanallarında, məsələn “Pust Qovoryat”-da o özünü “məzlum və fədakar ata” kimi təqdim edərək, milyonlarla insanın rəğbətini qazanmağa çalışıb. Lakin bütün hadisələr tərsinə dövran edib. Əlibəy Qurbanovun əsl siması ifşa olunub. Məlum olub ki, Qubanın Digah kəndində məskunlaşan bu şəxs nəinki qəhrəman deyil, əksinə, hər iki ölkənin qanunlarına meydan oxuyan təhlükəli bir fırıldaqçıdır.

Əlibəy Qurbanovun keçmişi təkcə Rusiya ilə məhdudlaşmır. Onun cinayət yolu hələ Sovet dövründə, Qazaxıstan SSR-in Quryev (hazırkı Atırau) şəhərində, Manqışlaq vilayətindəki həbsxanalardan başlayıb. Ağır zorlama maddəsi ilə məhkum olunmuş bu şəxs hələ o vaxtlar qanunlara meydan oxumağa adət edib. Bir insanın on illərlə fərqli ölkələrdə (Qazaxıstan, Rusiya, Azərbaycan) cinayət və fırıldaq ssenariləri tətbiq etməsi, onun islaholunmaz bir dələduz olduğunun tam sübutudur.

Baxın, Əlibəy Qurbanovun 1984-cü ildə ağır cinayətə görə — zorlama maddəsi ilə məhkum olunduğunu təsdiqləyən rəsmi məhkumluq kartı ortaya çıxıb. Hələ bir qadının namusuna toxunmasından söhbət gedir. Amma bu təhlükəli insan, on illərlə özünü dürüst insan kimi qələmə verərək, cəmiyyəti çox aldada bilib. Belə bir keçmişi olan adamın milli dəyərlərdən və ailə namusundan danışması böyük rəzalət deyilmi?!

Əlibəy Qurbanov Rusiyanın “Pust Qovoryat” verilişində Azərbaycanın adını və xalqımızın imicini öz çirkin oyunlarına alət edib. Verilişin internetdəki 3 milyondan çox izləyicisi və 3 mindən çox kəskin mənfi rəyi sübut edir ki, o, ölkəmizi beynəlxalq səviyyədə biabır edib. İnsanlar hələ o zamanlar danışdığı yalanlardan onun elə-belə saxtakar və yalançılardan biri olmadığını seziblər, lakin…

Bu gün də faktlar deyilənləri tam olaraq sübut edir. Belə birisinin Azərbaycana gəlişi “Vətən sevgisi” deyil, Rusiyanın Saransk şəhərində onlarla dürüst insanları müflis edərək, ədalətdən qaçmasıdır. Orada külli miqdarda borcu olub və eyni ssenarini indi də Qubada təkrarlayır.

O da məlum olur ki, Əlibəy Qurbanov Qubanın Digah kəndində belə bir çox sakindən xeyli miqdarda borc alaraq, mənimsəyib. Ən dəhşətlisi isə odur ki, Azərbaycan məhkəmələri onun əleyhinə qərar çıxarsa da, Əlibəy Qurbanov bu qərarları heç saymaq və insanların pulunu geri qaytarmaq istəməyib. Səbəb budur ki, məhkəmə qərarını icra etməyən bir fırıldaqçı özünü bir nüfuzlu generalın dostu kimi göstərir və insanları bu üsulla təhdid edir. Beləcə, kəndə sərbəst gəlməsinə əlverişli şərait yaradır. Belə tendensiya isə, hər bir sakin üçün də bir təhlükədir.

Elə bilməyin ki, Əlibəy Qurbanov bu dələduzluqları tək edir. Xeyr, o, öz ailə üzvlərini də bu mütəşəkkil fırıldaqçılıq şəbəkəsinə cəlb edə bilib. “Ailə şəbəkəsində” olan köməkçiləri – onun qızları bu cinayət sxemlərində mühüm rol oynayırlar. Konkret desək, o, insanların etibarını qazanmaq üçün, ailə faktorundan “yem” kimi istifadə edir.

Axı, Azərbaycan qanunları, üstəlik, qonaqpərvərlik anlayışı fırıldaqçılar və zorlamaçılar üçün sığınacaq ola bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu bu şəxsin fəaliyyətinin araşdırılmasına və barəsində olan məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir. Bizsə, sadəcə, bunu deyirik: “Digah sakinləri, ayıq olun, bu şəxs növbəti qurbanını axtarır və tapa bilmək onun üçün çətin olmayacaq!”.

Fırıldaqçının əməllərinə hüquqi müstəvidə aydın cavablar verilmədikdə, barəsində olan işlərin saxtakar xarakter daşıdığı barədə şübhələr qalmaqda davam edəcək.

Ümumiyyətlə, belə təhlükəli insanlar haqqında nə qədər yazılsa, yenə azdır. Təbii ki, gördükləri pis işlərin sırası seyrəlməz, əksinə artar. Buna görə, onun barəsində yalnız bu yazını dəyərli oxucularımıza təqdim etməklə kifayətlənmirik. Çünki özünün və qızlarının bu yöndən olan pis əməlləri barəsində yazılası çox şeylər var.

Verilən məlumatlarla bağlı araşdırmalarımız davam edəcək. Növbəti yazılarımızı gözləyin.
Arazpress.com olaraq, yazıda adları hallanan hər kəsin və tərəflərin də cavab haqqını tanıyırıq.

Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyadan 175, Hindistandan 18 Azərbaycan vətəndaşı gətirilir

    Rusiyadan 175, Hindistandan 18 Azərbaycan ...

    27-05-2020, 17:05

  • 
  • Polisin polis övladı vətəndaşı öldürüb

    Polisin polis övladı vətəndaşı öldürüb ...

    19-08-2014, 17:41

  • 
  • Cavid Qurbanovun müavini Çexiyadakı şirkətini bağladı – Fakt

    Cavid Qurbanovun müavini Çexiyadakı şirkətini ...

    15-08-2019, 15:22

  • 
  • Moskvada baş verən kütləvi davada iştirak edən azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib

    Moskvada baş verən kütləvi davada iştirak edən ...

    27-07-2020, 18:52

  • 
  • Cavid Qurbanovun cangüdəninə biabırçı ittiham

    Cavid Qurbanovun cangüdəninə biabırçı ittiham ...

    22-12-2012, 13:27


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu