Məşhur ABŞ-li pop ifaçısı Maykl Ceksonun kiçik oğlu Blenketin (Biqi) nadir fotosu yayılıb.
Foto "The Mirror" nəşrində dərc olunub. Fotoda kiçik Cekson qara kostyum, ağ corab və qara loferdə (ayaqqabı - red.) olub. Jurnalistlər əfsanəvi ifaçının oğlunun obrazında atasının geyim tərzinin elementlərini görüblər. KİV-in məlumatına görə, gənc öz əmisi, ABŞ-li müğənni və "The Jackson 5" qrupunun üzvü Tito Ceksonla vida mərasimində görüntülənib. Mərasimdə, həmçinin Blenketin qardaşı və bacısı Peris və Prins də iştirak ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?