Gundemxeber.az » Maraqlı » Kimlər yoğurtdan imtina etməlidirlər? - Həkimdən məsləhət
Kəskin mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərə yoğurt istehlak etmək tövsiyə edilmir.
Gundemxeber.org xəbər verir ki, bu barədə rusiyalı diyetoloq-nutrisioloq Sofiya Kovanova Aif.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssis yoğurtun hansı hallarda sağlamlıq üçün zərərli ola biləcəyini izah edib.
"Əgər süd zülallarına qarşı dözümsüzlüyünüz varsa, laktozasız yoğurtlara üstünlük verməyinizi tövsiyə edirəm. Mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşdiyi dövrdə, eləcə də qida zəhərlənməsi zamanı yoğurt yemək və ya içmək məsləhət görülmür", - deyə o bildirib.
S.Kovanovanın sözlərinə görə, xəstəliyin kəskin mərhələsində yoğurtun tərkibindəki şəkər və dadlandırıcılar bağırsaqlarda fermentasiya prosesini gücləndirə, qaz əmələ gəlməsinə və qarın ağrılarına səbəb ola bilər.
Diyetoloq əlavə edib ki, yoğurtun tərkibində olan aromatizatorlar və rəngləndiricilər kimi süni əlavələr mədənin iltihablanmış selikli qişasını daha da qıcıqlandıra və narahatlığı artıra bilər.
Gundemxeber.org
29-08-2025, 23:31
24-04-2016, 23:45
7-03-2025, 15:45
22-11-2024, 10:34
28-12-2021, 13:07
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?