Gundemxeber.az » Maraqlı » Beyni saat kimi işləyir – gözləri bağlı Rubik kubunda dünya rekordu
Amerikalı Tommi Çerri 3×3 Rubik kubunun gözləri bağlı yığılması üzrə inanılmaz nəticəyə imza ataraq dünya rekordunu yeniləyib.
Gundemxeber.org xəbər verir ki, Tommi Çerri Rubik kubunu gözləri bağlı cəmi 11,56 saniyəyə yığmağı bacarıb. Maraqlıdır ki, bu nəticəyə kubdakı rənglərin düzülüşünü yadda saxlamaq üçün sərf olunan vaxt da daxildir.
Rekord 28 iyun 2026-cı ildə ABŞ-nin Nyu-Cersi ştatının Brançberq şəhərində keçirilən Mid-Atlantic Quiet Championship 2026 turnirində qeydə alınıb. Nəticə Dünya Kub Assosiasiyasının (WCA) rəsmi statistikasında dünya rekordu kimi göstərilib.
Çerri bununla avstraliyalı Çarli Egginsə məxsus əvvəlki rekordu yeniləyib. Eggins 2026-cı ilin yanvarında Rubik kubunu gözləri bağlı 11,67 saniyəyə yığmışdı. Amerikalı rekordçu həmin göstəricini 0,11 saniyə yaxşılaşdırıb.
Bu yarış növünün ən çətin tərəfi odur ki, iştirakçı əvvəlcə qarışdırılmış kubun bütün vəziyyətini yadda saxlamalıdır. Bundan sonra gözlərini bağlayaraq yalnız yaddaşında saxladığı məlumat əsasında kubu düzgün vəziyyətə gətirməlidir. Üstəlik, yadda saxlama və kubun yığılması üçün sərf edilən vaxt birlikdə hesablanır.
Beləliklə, Tommi Çerri həm kubun mürəkkəb kombinasiyasını yadda saxlayıb, həm də onu gözləri bağlı şəkildə yığaraq bütün prosesi cəmi 11,56 saniyəyə başa vurub.
Gundemxeber.org
25-12-2016, 20:44
12-12-2012, 13:42
8-07-2017, 11:28
2-07-2019, 13:17
29-05-2019, 11:21
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?