GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Daha 105 dövlət əmlakı satışa çıxarılacaq – NÖVBƏTİ HƏRRAC

Daha 105 dövlət əmlakı satışa çıxarılacaq – NÖVBƏTİ HƏRRAC

Tarix: 25-06-2018, 22:38 Bölmə :Maraqlı Baxış: 494
Daha 105 dövlət əmlakı satışa çıxarılacaq – NÖVBƏTİ HƏRRAC


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti hərrac 24 iyulda baş tutacaq.

Komitədən verilən məlumata görə, budəfəki hərraca iş yerlərinin yaradılmasını mümkün edən, investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb.

Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir. Prosesdə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.

Yevlax, Zərdab, Salyan, Cəlilabad və digər regionlarda yerləşən səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Bu əmlakların nizamnamə kapitalının həcmi 9 min və 1 mln. manat intervalındadır. Bu kateqoriyada böyük investisiya yatırmaqla yüksək gəlir qazandıra biləcək dövlət əmlaklarından “Salyan Broyler”, Beyləqan Sənaye Kombinatı, Yevlax Tikinti Servis və digər səhmdar cəmiyyətlərini göstərmək olar.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin isə ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min kv.m arasında dəyişir. Bu müəssisələrin ölkənin ayrı-ayrı regionlarında yerləşməsi və çoxçeşidli olması investorlar üçün müxtəlif iqtisadi sahələr üzrə ixtisaslaşmaq potensialını yaradır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Balakən şəhəri, Atatürk prospektində yerləşən Əmlak kompleksini nümunə kimi göstərmək olar. Torpaqla birgə özəlləşdiriləcək bu obyektin ümumi faydalı sahəsi 11 min kv.m-ə yaxındır. İlkin hərrac qiyməti 17 min 500 manat olan, Lənkəran rayonunda yerləşən Anbarın ümumi faydalı sahəsi 263 kv.m-dir. Əmlakın bərpası müxtəlif xidmət sahələri üzrə gəlir əldə etməyi mümkün edə biləcək.

Özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 27-si paytaxtda, 5-i Sumqayıtda qalanları isə Gəncə, Mingəçevir, Ağdaş şəhərlərində yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 12 kv.m ilə 266 kv.m arasında dəyişir. Bu da vətəndaşların seçim imkanını artırır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümumi faydalı sahəsi 66 kv.m olan qeyri-yaşayış sahəsindən həm ofis, həm də iaşə xidməti və ticarət müəssisəsi kimi istifadə edilə bilər.

Hərraca obyektlərlə bərabər markaları müxtəlif olan nəqliyyat vasitələri də çıxarılmışdır. Həmin avtomobillərin buraxılış illəri 2006, 2007, ilkin hərrac qiymətləri isə 1 min 600 ilə 19 min 300 arasındadır.

Qeyd edək ki, hərraca çıxarılan dövlət əmlaklarının adı, ünvanı, sahəsi, ilkin start qiyməti haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az özəlləşdirmə portalının müvafiq bölməsinə daxil olmaqla öyrənmək mümkündür. Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi hərrac prosesində fəal iştirak etməyə dəvət edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Surət Hüseynovun zavodu satışa çıxarıldı

    Surət Hüseynovun zavodu satışa çıxarıldı ...

    7-08-2017, 14:57

  • 
  • Borca görə vergi ödəyicisinin 521 min manatlıq iki əmlakı hərraca çıxarılıb

    Borca görə vergi ödəyicisinin 521 min manatlıq ...

    31-01-2018, 11:00

  • 
  • Əmlak Komitəsi “obyekt paylayır”

    Əmlak Komitəsi “obyekt paylayır” ...

    28-12-2012, 12:10

  • 
  • Özəlləşdirməyə çıxarılan müəssisələri oliqarx-məmurlar ələ keçirir

    Özəlləşdirməyə çıxarılan müəssisələri ...

    30-05-2017, 22:12

  • 
  • İlk elektron hərrac keçirildi

    İlk elektron hərrac keçirildi ...

    5-07-2017, 18:41


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu