GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Qadın qətlləri ilə bağlı QORXUNC statistika - Psixoloq xəbərdarlıq edir

Qadın qətlləri ilə bağlı QORXUNC statistika - Psixoloq xəbərdarlıq edir

Tarix: 26-05-2026, 08:32 Bölmə :Maraqlı Baxış: 9


Azərbaycanda qadınlara qarşı zorakılıq və qətl halları demək olar ki, davamlı hala çevrilib. Xüsusilə boşanma ərəfəsində olan və ya münasibəti bitirmək istəyən qadınların həyatına son qoyulması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Son belə faciəvi hadisə Kürdəmir rayonunda qeydə alınıb. 21 yaşlı Lamiyə Bəşirova əri tərəfindən qətlə yetirilib. İddialara görə, boşanmaq üzrə olan gənc qadın marketdə işləməyə başladığı üçün həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb. Cütlük 2024-cü ildə ailə qurmuşdu və onların yaşyarımlıq övladı var.

Bu, son aylarda qeydə alınan ilk belə hadisə deyil. Təkcə 2026-cı ilin əvvəlindən etibarən ölkənin müxtəlif bölgələrində qadınların ərləri, keçmiş həyat yoldaşları, sevgililəri, oğulları və digər yaxınları tərəfindən öldürüldüyü çox sayda hadisələr qeydə alınıb. Göyçay, Ağcabədi, Bakı, Abşeron, Sumqayıt, Lənkəran və digər bölgələrdə baş verən qətllər artıq problemin fərdi deyil, sosial xarakter daşıdığını göstərir.

Mütəxəssislər hesab edir ki, qadınlara qarşı bu cür aqressiyanın arxasında qısqanclıq, nəzarət etmək istəyi, patriarxal düşüncə, “sahiblik” psixologiyası, emosional idarəetmə problemi və boşanmanı qəbul edə bilməmək kimi amillər dayanır. Bəs belə aqressiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Təəssüfləndirici haldır. Amma artıq təkcə təəssüf etməklə problemi həll etmək mümkün deyil. Azərbaycanda qadın qətlləri, xüsusilə boşanma mərhələsində baş verən cinayətlər təsadüfi hadisə yox, uzun illərdir formalaşmış zəhərli münasibət modelinin nəticəsidir. Cəmiyyətimizdə sağlam cütlük münasibətləri, emosional savad və qarşılıqlı hörmət anlayışı ciddi şəkildə çatışmır. Bir çox insan evliliyi tərəfdaşlıq kimi deyil, nəzarət və sahiblik kimi qəbul edir.

Boşanma proseslərində bəzi qadınların emosional manipulyasiya, uşağı qarşı tərəf əleyhinə vasitəyə çevirmək, qəsdən təhrik etmək, maddi və ya psixoloji təzyiq göstərmək kimi davranışları olur. Uşağın ata ilə münasibətinə mane olmaq, şəxsi konfliktləri övlad üzərindən davam etdirmək, sosial rüsvayçılıq yaratmağa çalışmaq da münasibətləri daha gərgin hala gətirir. Bu davranışlar heç vaxt zorakılığa və ya qətlə bəraət qazandırmır. Sağlam boşanma mədəniyyəti olmayan cəmiyyətlərdə tərəflər ayrılığı hüquqi proses kimi deyil, şəxsi müharibə kimi yaşayırlar”.

Psixoloqa görə, Azərbaycanda boşanma mədəniyyəti demək olar ki, yoxdur: “İnsanlar ayrılığı normal həyat qərarı kimi deyil, düşmənçilik kimi yaşayırlar. Bəzi kişilər uşağı, alimenti və ya “namus” anlayışını qadına qarşı təzyiq vasitəsinə çevirirlər. Digər tərəfdən, bəzi qadınlar da boşanmadan sonra qarşı tərəfi cəzalandırmaq üçün uşağı münasibət alətinə çevirir, kin və emosional intiqam hissi ilə hərəkət edirlər. Nəticədə tərəflər arasında düşmənçilik dərinləşir və ən çox zərəri uşaqlar görür. Əgər insan emosional olaraq sağlam deyilsə, bu gərginlik cinayətlə nəticələnir”.

Rövşən Nəcəfov qeyd edir ki, evlilikdən əvvəl psixoloji uyğunluğun dəyərləndirilməsi vacibdir: “İnsan yalnız sevgiyə görə deyil, xarakterinə, aqressiya idarəsinə, qadına münasibətinə, konflikt həll etmə bacarığına görə tanınmalıdır. Çünki insan böyüdüyü mühitin məhsuludur. Zorakılığın, alçaltmanın və hökmranlığın normal sayıldığı ailədə böyüyən biri, çox vaxt bunu münasibətlərdə təkrar edir. Ortada cinayət varsa, hüquqi məsuliyyət əlbəttə, birbaşa cinayəti törədən şəxsin üzərindədir və heç bir səbəb qətli haqq qazandıra bilməz. Amma psixoloji və sosial baxımdan məsələ daha genişdir. Burada ailə modeli, cəmiyyətin qadına münasibəti, boşanmaya baxış, hüquq-mühafizə sisteminin preventiv reaksiyası və zorakılığın vaxtında ciddiyə alınmaması da rol oynayır”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xudatda qadın ərini öldürüb

    Xudatda qadın ərini öldürüb ...

    4-07-2018, 12:17

  • 
  • Azərbaycanda 32 yaşlı qadın qətlə yetirilib.

    Azərbaycanda 32 yaşlı qadın qətlə yetirilib. ...

    9-12-2013, 10:46

  • 
  • Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə öldürülüb

    Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə ...

    26-09-2013, 11:21

  • 
  • Azərbaycanda qadın qəbiristanlıqda qətlə yetirilib

    Azərbaycanda qadın qəbiristanlıqda qətlə yetirilib ...

    6-09-2013, 12:22

  • 
  • 19 yaşlı təzə gəlin qaynı tərəfindən kəndirlə boğularaq öldürüldü – Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

    19 yaşlı təzə gəlin qaynı tərəfindən kəndirlə ...

    6-09-2019, 12:11


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu