GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » FHN-nin sürücüsü Portuqaliyada dünya çempionu oldu

FHN-nin sürücüsü Portuqaliyada dünya çempionu oldu

Tarix: 13-04-2017, 16:09 Bölmə :Müsahibə Baxış: 584
FHN-nin sürücüsü Portuqaliyada dünya çempionu oldu

FHN-nin əməkdaşı Şahmar Nəzərov Portuqaliyanın Lissabon şəhərində Sanda üzrə dünya çempionatının qalibi olub və Azərbaycan bayrağını zirvəyə qaldırıb

Portuqaliyanın paytaxtı Lissabonda əlbəyaxa döyüş növləri üzrə dünya çempionatı keçirilib.

6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub. Azərbaycan təmsilçiləri arasında 80 kq çəkidə yarışan, FHN əməkdaşı Şahmar Nəzərov yarımfinalda küveytli rəqibi Johar Johar və livanlı rəqibi Fredy Naderə qalib gələrək finala yüksəlib. Finalda isə portuqaliyalı rəqibi Almiro Coelhoya qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, Şahmar Nəzərov 1988-ci ildə Bakı şəhərində doğulub. 1994-2005-ci illərdə Ədalət Abbasovun adını daşıyan 257 nömrəli orta məktəbdə təhsil alıb. Şahmar Nəzərov idmanla 10 yaşından məşğul olmağa başlayıb. 4 il yunan-roma güləşi ilə məşğul olub. Yunan-roma güləşi üzrə keçirilən bir sıra yarışların qalibi olub. Yunan-roma güləşi üzrə ilk müəllimi hərbçilər arasında dünya və Avropa çempionu Taleh İsrafilov olub. Həmin dövrdə Azərbaycanın Milli Qəhrəmanı, SSRİ idman ustası, əməkdar məşqçi, mayor Əliyar Əliyevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə turnirin qalibi olub, eyni zamanda 3 dəfə yeniyetmələr arasında keçirilən yunan-roma güləşi üzrə respublika birincisi olub. Müxtəlif yarışlarda respublika ikincisi və üçüncüsü olaraq qələbələr qazanıb.

Əlbəyaxa döyüş növü olan Sanda döyüş növü ilə iki ildir ki, məşğul olur. Bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən əlbəyaxa döyüş növləri üzrə dünya çempionatında Azərbaycan təmsilçisi kimi ilk dəfə olaraq Sanda döyüş növü üzrə yarışda iştirak edib və bütün rəqiblərini yenərək ölkəmizə qızıl medalla dönüb. Hal-hazırda isə noyabr ayında İspaniyanın Benidorm şəhərində keçiriləcək əlbəyaxa döyüş növləri üzrə dünya çempionatına hazırlaşır.

PİA.AZ Sanda döyüş növü üzrə dünya çepmionu Şahmar Nəzərovla olan müsahibəni oxucularına təqdim edir:

- Şahmar bəy, himnimizin sədaları altında Azərbaycan bayrağı zirvəyə qalxarkən hansı hisslər keçirdiniz?

- Mənim iştirakımla Azərbaycan bayrağının zirvəyə qalxması mənə xoşbəxtlik hissi verirdi. O hissləri sözlə ifadə etmək mümkün deyil. İnsan özünü dünyaya yenidən gəlmiş kimi hiss edir. Bu baxımdan bayrağımızı zirvəyə qaldırmaq mənim üçün qürurverici idi. Bü qüruru yaşadığıma görə çox xoşbəxtəm. Azərbaycan bayrağını beynəlxalq idman yarışlarında zirvəyə daşımaq hər bir Azərbaycan idmançısının xəyalıdır. Bu xəyalıma qovuşduğuma görə çox xoşbəxtəm və doğrudan da bu hissləri ifadə etmək olmur.

Bu mənim beynəlxalq yarışlarda ilk iştirakım idi və ilk yarışdan böyük uğur qazandım. Uğurumda iştirakçı olan hər kəsə, məşqçilərimə və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Xüsusilə mənə bu qələbəni qazanmaq üçün hər cür dəstək verən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə, ən başda cənab nazir Kəmaləddin Heydərova öz dərin minnətdarlığımı bildirirəm. Açığı onların mənə göstərdiyi qayğı və diqqət olmasaydı, bu qələbəni qazana bilməzdim.

-Əlbəyaxa döyüş növünün bir çox növləri var. Sanda döyüş növünə üstünlük verməyinizin səbəbi nədir?

- Bilmirəm niyə, amma həmişə özümü Sanda döyüş növündə görürdüm. Uzun müddət yunan-roma güləşi ilə məşğul olmağıma baxmayaraq, elə bilirdim ki, Sanda mənə uyğun olan döyüş növüdür və bu idman növü ilə Azərbaycanı başqa ölkələrdə təmsil edə bilərəm. Bu döyüş növünə üstünlük verməyimdə xüsusi səbəb və ya hansısa hadisə olmayıb, sadəcə olaraq məni cəlb etdiyinə görə idman həyatımı bu istiqamət üzrə yönləndirməyə qərar verdim. Ona görə də iki il əvvəl Sanda döyüş növü ilə məşğul olmağa başladım və hisslərim məni yanıltmadı. İlk beynəlxalq yarışda dünya çempionu ola bildim.

Sanda döyüş növü üzrə ilk müəllimim prezident mükafatçısı, dünya və Avropa çempionu Ramil Allahverdiyev olub. Sanda döyüş növü üzrə ilk beynəlxalq yarışda iştirakım zamanı Ramil müəllimlə yanaşı, 19 qat dünya çempionu, 6 qat Avropa çempionu, Azərbaycan kikboksçusu Eduard Məmmədovun dəstəyi böyük olub. Onu da qeyd edim ki, 6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub. Eduard müəllim də bu təmsilçilərdən biri idi və o da vətənə qızıl medalla döndü. Yarım finalda birinci hissəni uduzurdum, amma Eduard müəllimin məsləhətləri və tövsiyələrindən sonra ikinci hissədən qələbə ilə ayrıldım. Verdiyi dəstəyə görə də ona çox minnətdaram.



- Sanda döyüş növü Azərbaycanda o qədər də tanınmır. Ölkəmizdə Sanda döyüş növünə üstünlük verən gənclərin sayı çoxdurmu?

- Bəli, həddindən artıq çoxdur. Son illər bu əlbəyaxa döyüş növünə Azərbaycanda maraq artıb. Əslində bu sevindirici haldır.

-İdmanla bağlı qət etdiyiniz məsafələrdə yolunuz çoxmu enişli-yoxuşlu olub?

-Əsasən yunan-roma güləşi ilə məşğul olurdum. Sanda döyüş növü ilə 2 ildir məşğul oluram. Qət etdiyim məsafədə yolumun çox enişli-yoxuşlu olduğunu düşünmürəm.Təbii ki, hər bir idmançının karyerasında olduğu kimi eniş və çıxışlar yaşanır, amma bunun sayının çox olduğunu söyləmək hələ çox tezdir. Güman edirəm ki, eniş-yoxuşlara baxmayaraq, qarşıma hədəf olaraq qoyduğum bu yolda böyük nailiyyətlər əldə edə bilərəm. Qət etdiyim yolda hədəflərimə çatmaq üçün mübarizənin qaçınılmaz olduğunu düşünürəm.

-Sizcə, 20 yaşda idmana başlayan insan uğur qazana bilərmi?

-Əslində insanın özündən çox şey asılıdır. İdman sahəsində uğurlu nəticə qazanmaq istəyən insan həyatını idmanla bağlamalı və gündəlik olaraq məşqlərə davam etməlidir. Bununla yanaşı, düzgün və sağlam qidalanmaq, yuxu rejiminə diqqət yetirmək lazımdır. 20 yaşlı insan idman sahəsində uğur qazana bilər. Əgər insan qarşısına qoyduğu məqsədə çatmaq istəyirsə, öz üzərində ciddi şəkildə işləməlidir.

- Karyeranızda ümumilikdə neçə döyüş olub?

- Yunan-roma güləş növü ilə çox məşğul olduğuma görə döyüşlərim də çox olub. Sayını konkret olaraq söyləyə bilməyəcəm, amma kifayət qədər çox yarışlarda iştirak etmişəm.

- Adətən idmançılar əsəbi olurlar. Olubmu ki, hansısa yarışda əsəbiləşmisiniz və özünüzü idarə edə bilməmisiniz?

- Əsəb tək idmançılarda deyil, hər kəsdə olur. Bu baxımdan sırf idmançıların əsəbi şəxslər kimi qələmə verilməyini qəbul etmirəm. Əksinə idmançılar səbirli və təmkinli olurlar. Əsl idmançı nəyisə əldə etmək istəyirsə, səbirli olmalıdır. Hər bir yarışda istənilən idmançı qalib gəlmək üçün arenaya çıxır, bu zaman əsəb gərginliyi ancaq ziyan verir və deyim ki, məğlubiyyətlərin böyük hissəsi də məhz əsəb gərginliyi nəticəsində olur. Hansısa hadisədə sırf fiziki gücünə güvənən idmançıları əsl idmançı hesab eləmirəm. Çünki hər kəsin özünə görə fiziki gücü var. Önəmli olan təmkinli və səbirli olmağı bacarmaqdır. Ümumiyyətlə, fiziki zorakılığa qarşı olduğuma görə fiziki gücdən yalnız döyüş meydanlarında istifadə edilməsinin tərəfdarıyam. Fiziki gücünə güvənib, qalib gələn idmançılar isə çox az olur. Əsas olan fiziki güclə mənəvi gücün balansına sahib olub yarışmaqdır. Qələbə ancaq fiziki güclə mənəvi gücün vəhdətindən doğur. Əgər ikisi arasında balans pozulursa, demək ki, məğlub olacaqsan.

- Nə vaxtsa Sanda döyüşündən bezə biləcəyinizi düşünmüsünüz?

-Mənim həyatda yaşamağıma əsas səbəb valideynlərim, qız övladım və idmandır. Deyərdim ki, idmanla nəfəs alıram. Ona görə də nə vaxtsa idmandan ayrılacağımı düşünmürəm. Düzünü desəm, heç bunu düşünə də bilmirəm. Çünki idmanla məşğul olmağı çox sevirəm və bu sahədə mənəvi rahatlıq tapıram.

- Azərbaycanda professional idmanla məşğul olan və yüksək uğur qazanan idmançıların bəziləri kriminal olaylarda iştirak edirlər. Sizin kriminal aləmdən tanışlarınız varmı?

- Fikrimcə, normal insan kriminal hadisələrə müsbət yanaşa bilməz. İdmançılarımızın kriminal hadisələrdə olmasına və adlarının bu şəkildə hallanmasına yaxşı baxmıram. Kriminal aləmdən tanıdığım şəxslər yoxdur. Sadəcə olaraq hamı kimi bəziləri haqqında eşitmişəm. Hər kəsin bu həyatda öz yolu var. Ancaq özüm bu yolun yolçusu olaraq görmürəm və bir qayda olaraq kriminal şəxslərlə təmasdan qaçıram.

- Yüksək uğur qazanmış idmançılarımızın əksəriyyəti “prestijli” bir sahədə çalışmağa can atırlar. Bildiyim qədəriylə, siz də FHN əməkdaşısınız. Lakin siz Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi idman federasiyaları üzrə yarışmırsınız. Bu halda FHN-də sizə qarşı bir ögeylik hiss edirsinizmi?

- Mən FHN-də sürücü işləyirəm. İşimdən də razıyam. Beş ildir bu qurumda çalışıram və bu günə qədər heç bir ögeyliyin şahidi olmamışam. İstər yunan-roma güləşi üzrə yarışlara qatılanda, istərsə də Sanda döyüş növü ilə məşğul olduqdan sonra FHN rəhbərliyndən ancaq qayğı və diqqət görmüşəm. Ölkə prezidenti İlham Əliyevin idmana olan qayğısı da hər kəsə bəllidir və cənab nazir Kəmaləddin Heydərovun Azərbaycan idmanının inkişafı üçün xüsusi olaraq çalışdığını da hər kəs bilir. Mənim dünya çempionu olmağımda da nazirimiz cənab Kəmaləddin Heydərov başda olmaqla, Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin rəisi Cəbrayıl Xanlarovun və müfəttişliyin rəisi Asiman Hüseynlinin xüsusi rolu olub. Məhz onların göstərdikləri diqqət hesabına Azərbaycan bayrağını zirvəyə daşımaq mənə qismət oldu. Ona görə də başda cənab nazirimiz olmaqla, hər kəsə minnətdarlığımı ifadə edirəm.

- Hal-hazırda məşqlərinizi harada davam etdirirsiniz?

- Hal-hazırda məşqlərimi Fövqəladə Hallar Nazirliyinin “Qəbələ” idman klubundakı idman cəmiyyətində davam etdirirəm. Müəllimim Ramil Allahverdiyevdir.

- Hazırda hansısa yarışa hazırlaşırsınızmı?

- Hal-hazırda noyabr ayında İspaniyanın Benidorm şəhərində keçiriləcək əlbəyaxa döyüş növləri üzrə dünya çempionatına hazırlaşıram. Bu yarışla bağlı məşqlərə ciddi şəkildə davam edirəm. Ümid edirəm ki, vətənə qalib olaraq dönəcəm.

-Son olaraq, Azərbaycanda idmana maraq göstərən gəclərin sayı artmaqdadır. Bu sahədə olan gənclərimizə məsləhətiniz nə olardı?

- Bəzi insanlar var ki, sırf formada qalmaq üçün idmana üz tuturlar. Məqsəddən asılı olmayaraq, idmanla məşğul olmaq insan sağlamlığı üçün çox vacibdir. Gənclərə məsləhətim odur ki, sağlam həyat yaşasınlar, zərərli vərdişlərdən uzaq olsunlar, dövlətin mənafeyini hər şeydən üstün tutsunlar.İdmançı adını almaqla, özlərini kimlərdənsə güclü hesab eləməsinlər. Əsl idmançı öz nümunəvi davranışı ilə hamıya örnək olmalıdır.

Gülşən ŞƏRİF
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yunan-Roma güləşində parter qaydası ləğv olundu

    Yunan-Roma güləşində parter qaydası ləğv olundu ...

    7-10-2016, 00:40

  • 
  • Güləşçimiz dünyanın ən yaxşısı seçilib

    Güləşçimiz dünyanın ən yaxşısı seçilib ...

    28-03-2014, 09:23

  • 
  • Ermənilər üzərində daha 2 qələbə

    Ermənilər üzərində daha 2 qələbə ...

    7-08-2014, 00:59

  • 
  • Bakıda keçirilən çempionatda insident törədən iki idmançı həbs edilib

    Bakıda keçirilən çempionatda insident törədən iki ...

    25-12-2013, 17:31

  • 
  • Gənc şahmatçımız dünya çempionu oldu

    Gənc şahmatçımız dünya çempionu oldu ...

    14-05-2015, 21:39


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu